İbrahimoviç kriminal serialda cinayətkar rolunu oynayacaq
İsveçin əfsanəvi futbolçusu Zlatan İbrahimoviç karyerasını kino sahəsində davam etdirə bilər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı sabiq futbolçu Britaniyanın məşhur "MobLand" ("Qanqsterlər dünyası") kriminal serialının üçüncü mövsümündə mənfi obrazlardan birini canlandırmaq üçün təklif alıb.
İbrahimoviçin Tom Hardi, Pirs Brosnan və Helen Mirren kimi dünya şöhrətli aktyorlarla birlikdə çəkiləcəyi gözlənilir. Məlumata görə, prodüserlər futbolçunun xarizmasının və xarici görünüşünün təhlükəli cinayətkar obrazına uyğun olduğunu düşünürlər.
2025-ci ilin martında "Paramount+" platformasında yayımlanmağa başlayan serial Londonun kriminal dünyasına nəzarət uğrunda mübarizə aparan iki nüfuzlu cinayətkar ailədən bəhs edir. Serialın yaradıcı heyətində məşhur rejissor Qay Riçi də yer alır. Noyabrın 20-də serialın ikinci mövsümü başa çatıb və üçüncü mövsümün çəkilişlərinə start verilib.
İbrahimoviçin kriminal Harrigan ailəsinin yeni düşmənlərindən birini canlandıracağı ehtimal edilir. Lakin onun rolu və yeni mövsümün yayım tarixi hələ rəsmən açıqlanmayıb.
Xatırladaq ki, məşhur futbolçunun ilk aktyorluq təcrübəsi olmayacaq. O, 2023-cü ildə "Asteriks və Obeliks: Səma imperiyası" filmində Yuli Sezarın ordusunda xidmət edən Antivirus adlı Roma döyüşçüsünü canlandırıb. Bundan başqa, İbrahimoviç 2022-ci ildə "Netflix" platformasının animasiya filmində özünü səsləndirib. Onun həyatı və futbol karyerası haqqında sənədli və bioqrafik filmlər də çəkilib.
Qeyd edək ki, "Milan", "Barselona", PSJ və "Mançester Yunayted" kimi klublarda çıxış edən İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. Hazırda o, "Milan" klubunun rəhbərliyində müşavir kimi fəaliyyət göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 91 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni Ay torpağında yeməli kartof yetişdirildi
NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar. "Qafqazinfo" xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətind
24.11.2026 338 Kəlbəcər - Zəfərdən quruculuğa, tarixi qayıdışdan yeni inkişaf mərhələsinə
25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin salnaməsində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix təkcə Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünü
12:07 183 Maaş xərclərə çatmır, çıxış yolu kredit olur
Əhalinin borc yükündən qurtula bilməməsini yalnız insanların şəxsi maliyyə vəsaitlərini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Bu problemin yaranmasında həm maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik zəruri xərcləri tam qarşılamaqda çətinlik çəkməsi eyni vaxtda rol oynayır
12:09 224 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı
Bakıda 29 yaşlı kişinin meyiti tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Fərid Vahid oğlu Nurəliyevin meyiti rayon ərazisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Faktla bağlı araşdırmala
24.11.2026 381 Sabaha gözlənilən hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
12:11 218 Kəlbəcər Zəfərin, qayıdışın və Azərbaycanın yenilməz iradəsinin təntənəsidir
25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını, dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün yalnız Kəlbəcərin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycan dövlətini
12:14 191 Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir. "Qafqazinfo" xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-da
15:02 260 Filarmoniyaya bilet aldı, konsert əvəzinə divarı izlədi
Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert izləməyə gələn tamaşaçı zalda oturacaqların yerləşməsindən şikayətlənib. Axşam.az xəbər verir ki, o, amfiteatr hissəsinə bilet alsa da, səhnəni görə bilmədiyini bildirib. Tamaşaçı qeyd edib ki, stollar elə formada düzülüb ki, ancaq divarı görmək mümkündür:
24.11.2026 498 Saxlanılanlar arasında onlar da var - Siyahı
Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlara qarşı keçirilən əməliyyat çərçivəsində müğənni Özcan Deniz və aktrisa Deniz Çakır saxlanılıb. Axşam.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 23-ü artıq saxlanılıb
11:11 336