Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
Xalq artisti Ağadadaş Ağayev oğlu Səbuhi Ağayevin müğənnilikdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, sənətçi oğlunun dövlət məmuru olmaq qərarı verdikdən sonra səhnə fəaliyyətini dayandırdığını bildirib.
Ağadadaş Ağayevin sözlərinə görə, Səbuhi dörd il onun tələbəsi olub və gözəl səsə malikdir:
"Oğlum Səbuhi dörd il tələbəm olub. Həmişə yanımdadır. Çox gözəl səsi var, amma dövlət məmurudur. Məmur olmamışdan əvvəl toylara, tədbirlərə gedirdi. Sonra mənə dedi ki, məmur olmaq istəyir. Dedim ki, bunu sənə əvvəldən demişdim, amma məni dinləmədin. İndi gəldin əsas məsələyə, get, məmur ol. Bu, çətin yoldur".
Xalq artisti sənət yolunun çətinliklərindən danışaraq övladlarının onun yaşadığı çətinliklərlə üzləşməsini istəmədiyini vurğulayıb:
"İstəmədim ki, övladlarım həmin yolu yaşasınlar. Bizim işin həm yaxşı, həm də ağır tərəfləri var. Onları bir yerdə daşımaq çətindir. Nəvəm Ağadadaş da oxumaq istəyir. Amma nə qədər ömrüm var, onu oxumağa qoymayacağam. Ağadadaş bir dənə olar".

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTarantinonun üçüncü övladı oldu
Dünyaca məşhur amerikalı rejissor Kventin Tarantinonun üçüncü övladı olub. Axşam.az xəbər verir ki, rejissorun həyat yoldaşı, israilli müğənni və aktrisa Daniella Pick oğlu dünyaya gəlib. Qeyd edək ki, Kventin Tarantino və Daniella Pick 2018-ci ildə ailə qurublar. Cütlüyün ilk övladı Leo 2020-ci ildə
23.11.2026 280 Kanye Uest məhkəməyə verildi
Opera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbu
15.11.2026 449 "Onu itirmək həyatımdakı ən ağır sınaq olub"
Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə atası ilə bağlı açıqlamasıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, İtaliya mediasına müsahibə verən aktrisa atasını 16 yaşında itirməyin onun üçün çox ağır olduğunu deyib:. "Xarici görünüşcə atama çox bənzəyirəm. Demək olar ki, onun qadı
21:45 1 CeyLo gecəyə 10 milyonluq zinət əşyası ilə qatıldı
Dünyaca məşhur müğənni Cennifer Lopez Los-Ancelesdə "The JLo Show: Live in Las Vegas" filminin premyerasına qatılıb. Axşam.az xəbər verir ki, 57 yaşlı sənətçi tədbir üçün "Dolce & Gabbana" brendindən libas seçib. O, obrazını xəz detallı, atlaz plaşla tamamlayıb. Gecənin ən diqqətçəkə
20.11.2026 598 Mətanətdən müğənni olmaq istəyənlərə məsləhət: "Ailə qurun, bir kişinin çörəyini yeyin"
Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı açıqlama verib. Qaynarinfo xəbər verir ki, o, özünə ailə həyatı qurmaq üçün saysız-hesabsız təkliflərin edildiyini bildirib:. "Saymaqla bitməz, amma istəmirəm. Mənim üçün bu kitab bağlanıb. Bu saat yadıma sağlam can düşür. Ancaq axirəti düşünürük"
17.11.2026 790 Kevin bu dəfə "Evdə tək"də tələlərə özü düşəcək
Məşhur "Evdə tək" filminin davamı çəkiləcək. Axşam.az xəbər verir ki, ekran işində orijinal filmin ulduzu Makoley Kalkinin yenidən baş rola qayıtması gözlənilir. Bildirilib ki, yeni filmin ssenarisi üzərində Set Rogen və Evan Qoldberq çalışır. Onlar layihənin həm ssenari müəllifi, həm də prodüser
22.11.2026 319 Aysun arıqlayıb TANINMAZ HALA DÜŞDÜ - VİDEO
Müğənni Aysun İsmayılova formada qalmaq üçün tətbiq etdiyi üsulla bağlı səmimi etirafı ilə diqqət çəkib. -ın məlumatına görə, sənətçi izləyiciləri ilə söhbəti zamanı qidalanma rejimində etdiyi dəyişiklikdən danışıb. O, son iki aydır çörək yemədiyini və bunun nəticəsində xeyli çəki itirdiyini bildirib
22.11.2026 578 "Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım" - Nazpəri Dostəliyeva
Xalq artisti Nazpəri Dostəliyeva ona pislik edənlərdən danışıb. "Qonaqcanlı" verilişində qonaq olan sənətçi həmin şəxslərin kimliyini bildiyi halda onlara heç nə demədiyini söyləyib:. "Mənə pislik edənlər, zəhərləmək istəyənlər çox olub. Mən onların hamısının üstündən keçmişəm. Çünki mən
14.11.2026 538 Elariz Amerikadakı qazancından danışdı
ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu Amerikadakı fəaliyyəti və qazancı barədə danışıb. Axşam.az xəbər verir ki, uzun illərdir ailəsi ilə birlikdə Amerikaya köçən sənətçi bu barədə aparıcı Fərid Rəsula açıqlamasında deyib. O, ABŞ-də toy və ad günlərinə dəvət aldığını, bunun üçün müxtəlif ştatlar
16.11.2026 893