Kəlbəcər - Zəfərin, milli iradənin və Böyük Qayıdışın rəmzi

Kəlbəcər - Zəfərin, milli iradənin və Böyük Qayıdışın rəmziKəlbəcər Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birini, eyni zamanda milli iradənin, sarsılmaz dövlətçilik əzminin və tarixi ədalətin təntənəsini özündə birləşdirən müqəddəs torpaqlarımızdan biridir. Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin işğaldan azad olunmasının ildönümünü qeyd etmək deyil, həm də xalqımızın yaddaşına həkk olunmuş mübarizənin, Vətən sevgisinin və dövlətimizin gücünün ifadəsidir. Bu gün Kəlbəcər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfərin mühüm rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Kəlbəcərin tarixi taleyi Azərbaycan xalqının yaşadığı faciələrin və mübarizənin ayrılmaz hissəsidir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon uzun illər ərzində ağır dağıntılara, talana və ekoloji terrora məruz qaldı. Doğma yurdlarından didərgin düşən kəlbəcərlilər illərlə Vətən həsrəti ilə yaşadılar. Onların yaddaşında doğma evlərin, dağların, yaylaqların, bulaqların və ata-baba yurdlarının xatirəsi heç zaman silinmədi. Kəlbəcərlilərin qayıdış arzusu milli yaddaşın və torpağa bağlılığın ən təsirli nümunələrindən birinə çevrildi.

Azərbaycan dövləti bütün bu illər ərzində işğal faktı ilə barışmadı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin siyasi, iqtisadi və hərbi gücünün möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan beynəlxalq müstəvidə öz mövqelərini gücləndirməklə yanaşı, müasir və qüdrətli ordu quruculuğunu da prioritet istiqamətə çevirdi. Bütün bunlar tarixi Zəfərin əldə olunmasında həlledici rol oynadı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin peşəkarlığı, xalqımızın Prezident və Ali Baş Komandan ətrafında sıx birliyi nəticəsində 44 günlük müharibə böyük Zəfərlə başa çatdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, 25 noyabr Azərbaycan tarixində Kəlbəcərin azad olunması günü kimi əbədi yerini tutdu.

Kəlbəcərin azad edilməsi hərbi və siyasi baxımdan mühüm hadisə olmaqla yanaşı, tarixi ədalətin bərpası idi. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan xalqının iradəsi, dövlətimizin qətiyyəti və ordumuzun gücü qarşısında heç bir işğal faktı əbədi ola bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmini nümayiş etdirdi və regionda yeni reallıqlar yaratdı.

Kəlbəcər yalnız coğrafi ərazi deyil. Bu torpaq zəngin təbiəti, mineral su ehtiyatları, meşələri, dağları, yaylaqları və tarixi-mədəni irsi ilə Azərbaycanın ən qiymətli bölgələrindən biridir. İstisu mineral bulaqları, qədim tarixi abidələr, ecazkar dağ mənzərələri Kəlbəcərin turizm və iqtisadi potensialını müəyyən edən əsas sərvətlərdəndir. Uzun illər işğal altında qalan bu sərvətlərin yenidən Azərbaycan xalqının rifahına xidmət etməsi dövlətin qarşıya qoyduğu mühüm hədəflərdəndir.

İşğaldan azad edildikdən sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması dövlətimizin bu əraziyə verdiyi strateji əhəmiyyətin göstəricisidir. İlk növbədə təhlükəsizlik məsələləri, mühəndis-kommunikasiya infrastrukturu, avtomobil yolları, enerji təminatı və sosial obyektlərin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Kəlbəcər-Laçın avtomobil yolu, tunellər, körpülər, elektrik enerjisi infrastrukturu və digər layihələr bölgənin ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir.

Bu quruculuq prosesində Kəlbəcərin təbii potensialından səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır. İstisu mineral su mənbələrinin yenidən istifadəyə verilməsi, turizm infrastrukturunun inkişafı, kənd təsərrüfatı və heyvandarlıq imkanlarının genişləndirilməsi rayonun gələcək iqtisadi inkişafına ciddi töhfə verə bilər. Kəlbəcər həm də alternativ və bərpaolunan enerji mənbələri baxımından böyük imkanlara malikdir. Bu potensialın reallaşdırılması bölgəni Azərbaycanın mühüm iqtisadi və turizm mərkəzlərindən birinə çevirə bilər.

Kəlbəcərin dirçəldilməsi Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. Böyük Qayıdış sadəcə insanların doğma torpaqlarına köçürülməsi deyil, həm də həmin ərazilərdə normal həyat şəraitinin, sosial rifahın, məşğulluğun və dayanıqlı iqtisadi fəaliyyətin təmin edilməsidir. Məqsəd keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz, rahat və müasir şəraitdə yaşamasını təmin etməkdir.

Bu baxımdan Kəlbəcərdə aparılan tikinti və abadlıq işləri gələcəyə hesablanmış dövlət siyasətinin tərkib hissəsidir. Yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun qurulması, məktəblərin, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin yaradılması rayonun sosial həyatının yenidən formalaşmasına xidmət edir. Ən böyük məqsəd isə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarında yeni həyat qurmasıdır.

Kəlbəcərin dirçəlişi həm də Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi siyasi iradənin göstəricisidir. Ölkəmiz müharibədən sonra yalnız dağıdılmış əraziləri bərpa etmir, eyni zamanda regionun gələcək inkişafı üçün yeni iqtisadi və sosial model formalaşdırır. Bu modelin əsasını təhlükəsizlik, dayanıqlı inkişaf, müasir infrastruktur, məşğulluq və insanların rifahı təşkil edir.

Kəlbəcər Günü bizə şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və Vətən uğrunda canından keçən bütün igidlərimizin müqəddəs xatirəsini bir daha yad etməyi də xatırladır. Bu torpaqların azadlığı böyük qurbanlar hesabına əldə olunub. Ona görə də Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı yalnız dövlət suverenliyimizin deyil, həm də şəhidlərimizin qanı, xalqımızın birliyi və milli qürurunun rəmzidir.

Bu gün Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyur. Dünən işğalın və dağıntıların simvoluna çevrilmiş bu torpaq bu gün quruculuğun, dirçəlişin və gələcəyə inamın ünvanıdır. Kəlbəcərin yenidən məskunlaşması, iqtisadi imkanlarının genişləndirilməsi və turizm potensialının reallaşdırılması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük quruculuq siyasətinin mühüm nəticələrindən biri olacaq.

25 noyabr - Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında yalnız tarixi bir hadisənin ildönümü kimi deyil, milli birliyin, dövlət gücünün və əbədi Vətən sevgisinin təcəssümü kimi yaşayacaq. Kəlbəcər öz doğma sakinlərinə qovuşduqca, dağlarında yenidən həyat canlandıqca, hər yeni tikili və qurulan infrastruktur bu torpağın gələcəyinə olan inamı daha da gücləndirəcək. Kəlbəcərin azadlığı Azərbaycanın Zəfər tarixinin parlaq səhifəsidir, onun dirçəlişi isə müstəqil dövlətimizin gələcək nəsillərə ötürdüyü ən mühüm tarixi miraslardan biridir.

Əli Məsimli
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 67   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş nazirdən çağırışaqədərki hazırlıqla bağlı - Qərar

"Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə" təsdiqənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Sənədlə "Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1998-ci il 2

24.11.2026 288
.

Torpağın qiymətini nə müəyyən edir: yerləşmə, yoxsa hüquqi təyinat?

Torpaq bazarında ən çox müzakirə olunan məsələlərdən biri qiymətə hansı amilin daha çox təsir etməsidir: yerləşmə, yoxsa hüquqi təyinat? Mənim fikrimcə, bu iki amili bir-birindən ayırmaq düzgün deyil. Çünki yerləşmə torpağın bazar cəlbediciliyini, hüquqi təyinat isə onun hansı iqtisadi məqsədlər üçü

11:35 126
.

Maaş xərclərə çatmır, çıxış yolu kredit olur

Əhalinin borc yükündən qurtula bilməməsini yalnız insanların şəxsi maliyyə vəsaitlərini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Bu problemin yaranmasında həm maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik zəruri xərcləri tam qarşılamaqda çətinlik çəkməsi eyni vaxtda rol oynayır

12:09 114
.

Paşinyan Aİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə akkreditə olunmuş Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri ilə görüş keçirib. xəbər verir ki, bu barədə məlumat yayıb. Görüşdə Ermənistan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər əməkdaşlıq gündəliyini, o cümlədən viz

10:34 138
.

"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama

Ötən gün Lökbatandakı qəzada həlak olan sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimovun şəxsi həyatları barədə sosial şəbəkələrdə dezinformasiyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl -a açıqlam

24.11.2026 732
.

İranda son 48 saatda 8 nəfər spirtli içkidən zəhərlənib öldü

İranda son 48 saat ərzində saxta spirtli içki qəbul edən azı 8 nəfər ölüb, 164 nəfər zəhərlənib. İran mediasına istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən dördünün reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Bir nəfərin isə beyin ölümü baş verib. Spirtli içki istehlakının qadağan olunduğu İrand

24.11.2026 322
.

Leyla Əliyeva Nəbatat bağında - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqram səhifəsində Mərkəzi Nəbatat bağından fotolar paylaşıb. "Qafqazinfo" həmin fotoları təqdim edir:

10:18 212
.

ABŞ-də Trampın qətlinə çağırış: Venesuela vətəndaşı saxlanıldı

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ Prezidenti Donald Trampın qətlinə çağırış edən materiallar yaydığına görə Venesuela vətəndaşını saxlayıblar. -ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən bildirilib. O, ABŞ prezidentinin öldürülməsinə çağırışla

24.11.2026 312
.

5 yaşlı qıza qarşı qeyri-etik hərəkətlər edən saxlanıldı

İstanbulun Esenyurt rayonunda çörək almağa gedən 5 yaşlı qız uşağına cinsi təcavüz edilib. Cinayəti törədən hadisədən sonra izləri itirməyə çalışıb. Yaşanan hadisə yaxınlıqdakı müşahidə kameralarına düşüb. Görüntülərdən aydın olur ki, əməli törədən şəxs hadisədən sonra rahat davranaraq ərazidən uzaqlaşıb

24.11.2026 460
.