Maaş xərclərə çatmır, çıxış yolu kredit olur
Əhalinin borc yükündən qurtula bilməməsini yalnız insanların şəxsi maliyyə vəsaitlərini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Bu problemin yaranmasında həm maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik zəruri xərcləri tam qarşılamaqda çətinlik çəkməsi eyni vaxtda rol oynayır.
Bəzi ailələr gəlirlərinə uyğun olmayan xərclərə yol verir, kredit kartlarından və istehlak kreditlərindən plansız istifadə edirlər. Xüsusilə bir kreditin digər kredit hesabına bağlanması borc yükünü daha da artırır. İnsan gələcək gəlirlərini və ödəmə imkanlarını nəzərə almadan borclandıqda, müəyyən müddətdən sonra maaşının əhəmiyyətli hissəsi, bəzən isə demək olar ki, hamısı kredit ödənişlərinə yönəlir.
Lakin digər tərəfdən, yaranmış vəziyyətə görə yalnız əhalini məsul tutmaq da düzgün deyil. Ərzaq, kommunal xidmətlər, kirayə, nəqliyyat, təhsil və digər zəruri xərclərin artması ailə büdcəsinin böyük hissəsinin gündəlik istehlaka yönəlməsinə səbəb olur. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, orta statistik Azərbaycan vətəndaşı gəlirlərinin təxminən 50 faizini gündəlik tələbat mallarına sərf edir. Avropa ölkələrində isə bu göstəricinin 10-15 faiz arasında dəyişdiyi bildirilir. Maaş əsas ehtiyacları qarşılamağa kifayət etmədikdə ailələr kreditə müraciət etmək məcburiyyətində qalırlar. Belə olan halda kredit əlavə istehlak vasitəsi deyil, aylıq büdcədə yaranan maliyyə çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan alətə çevrilir.
Əsas problem gəlirlərlə xərclər arasındakı fərqin getdikcə azalmasıdır. Əgər insan aylıq gəlirindən zəruri xərclərini ödədikdən sonra ehtiyat vəsait yaratmaq imkanına malik deyilsə, gözlənilməz xərc yarandıqda onun əsas çıxış yolu borclanmaq olur. Nəticədə borc birdəfəlik maliyyə alətindən çıxaraq ailə büdcəsindəki çatışmazlığı davamlı şəkildə kompensasiya edən vasitəyə çevrilir.
Bu baxımdan, əhalinin borc yükündən azad olması üçün həm maliyyə savadlılığının artırılması, həm də real gəlirlərin yüksəldilməsi vacibdir. İnsanların xərclərini düzgün planlaşdırması və borclanma qərarlarını daha məsuliyyətlə verməsi kredit risklərini azalda bilər. Lakin gəlirlər gündəlik zəruri ehtiyacları qarşılamağa belə kifayət etmirsə, problemi yalnız qənaət etməklə həll etmək mümkün deyil. Bunun üçün əhalinin alıcılıq qabiliyyətinin və real gəlirlərinin artırılması da mühüm əhəmiyyət daşıyır.
Akif Nəsirli-Liberal İqtisadçılar Mərkəzinin sədri
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 117 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 29 yaşlı oğlan küçədə öldü
Bakıda gənc oğlan küçədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib. Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb. Faktla bağlı araşdırmala
24.11.2026 480 İranda son 48 saatda 8 nəfər spirtli içkidən zəhərlənib öldü
İranda son 48 saat ərzində saxta spirtli içki qəbul edən azı 8 nəfər ölüb, 164 nəfər zəhərlənib. İran mediasına istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən dördünün reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Bir nəfərin isə beyin ölümü baş verib. Spirtli içki istehlakının qadağan olunduğu İrand
24.11.2026 322 Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc
Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər. Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərind
24.11.2026 389 Kənd təsərrüfatı təyinatlı torpaqla yaşayış məntəqəsi torpağının qiymətləndirilməsi arasında hansı fərqlər var?
Kənd təsərrüfatı təyinatlı torpaqlarla yaşayış məntəqələrinin torpaqlarının qiymətləndirilməsi arasındakı əsas fərq onların iqtisadi funksiyası, hüquqi istifadə imkanları və gəlir yaratma potensialı ilə bağlıdır. Bu torpaq kateqoriyalarını eyni qiymətləndirmə meyarları əsasında müqayisə etmək metodoloj
24.11.2026 368 Kəlbəcər Günü - Tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışın təntənəsi
Kəlbəcər Azərbaycanın tarixində özünəməxsus yeri, zəngin mədəni irsi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Kəlbəcər Günü yalnız bir rayonun azadlığının və tarixi ədalətin bərpasının qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli birliyinin
12:04 105 Türkiyə millisinin keçmiş futbolçusu gözlənilmədən karyerasını dayandırdı
Hollandiya klubunun qanad oyunçusu qərarını orqanizminin səsini dinləmək ehtiyacı ilə izah edib. NEC-ın qanad oyunçusu 29 yaşlı Emre Mor səhhətindəki problemlərə görə peşəkar futbol karyerasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. bildirir ki, futbolçu bu barədə "Instagram" səhifəsind
24.11.2026 335 İrandan ABŞ-yə mesaj: "7 şərt yerinə yetirilmədən Vaşinqtonla danışıqlar aparılmayacaq"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, əvvəllər açıqladığımız 7 şərt yerinə yetirilmədən Vaşinqtonla heç bir müzakirə aparılmayacaq. Bunu xarici mediaya istinadən xəbər verir. İran parlamentinin iclasında çıxış edən Qalibaf ABŞ Prezidenti Donald Trampın və digər amerikalı rəsmiləri
24.11.2026 259 "Barselona" Bakıdan maraqlı paylaşım etdi - Video
Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Sabah"la qarşılaşma üçün ölkəmizə gələn "Barselona" Bakıdan paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Kataloniya klubunun instaqram hesabında paytaxtımızdan maraqlı görüntülər paylaşılıb. Qeyd edək ki, "Sabah"
24.11.2026 389 "Santa Barbara"nın aktyorunu maşın vurub öldürdü
ABŞ-nin məşhur "Santa Barbara" serialının aktyoru Larri Poyndekster yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə 66 yaşlı Poyndeksterin Los-Ancelesin Studio-Siti rayonunda yaşadığı evin yaxınlığında yolu keçərkən avtomobil vurması nəticəsind
24.11.2026 383