Bakı-Hanoi xəttində yeni perspektivlər: İlham Əliyevin səfəri nə vəd edir?

Bakı-Hanoi xəttində yeni perspektivlər: İlham Əliyevin səfəri nə vəd edir?"Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ölkəmizin xarici siyasətində Asiya istiqamətinin gücləndirilməsi, yeni siyasi və iqtisadi tərəfdaşlıqların qurulması baxımından mühüm hadisədir. Bu səfər, eyni zamanda, Azərbaycan diplomatiyasının praqmatik, çoxşaxəli və milli maraqlara əsaslanan strategiyasının növbəti təzahürüdür.
Azərbaycan-Vyetnam münasibətləri sıradan diplomatik əlaqələr deyil, tarixi dostluq və qarşılıqlı hörmət üzərində formalaşmış münasibətlərdir. Bu əlaqələrin təməlində Heydər Əliyev və Ho Şi Min kimi tarixi şəxsiyyətlərin qoyduğu siyasi irs dayanır. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatik siyasət həmin tarixi bağları müasir dövrün geosiyasi və iqtisadi reallıqları ilə uzlaşdıraraq yeni mərhələyə daşıyır".
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Ekspert qeyd edib ki, səfərin əsas əhəmiyyəti iqtisadi əməkdaşlıq perspektivləri ilə də bağlıdır. Onun sözlərinə görə, Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biridir. Azərbaycan isə enerji, nəqliyyat, logistika və tranzit imkanları ilə beynəlxalq iqtisadi əlaqələr sistemində mühüm mövqeyə malikdir.
Bakı-Hanoi xəttində yeni perspektivlər: İlham Əliyevin səfəri nə vəd edir?B.Quliyev bildirib ki, bu potensialların uzlaşdırılması qarşılıqlı ticarətin genişləndirilməsi, investisiya imkanlarının artırılması, enerji, sənaye və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Xüsusilə SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları vasitəsilə əlaqələrin inkişafı perspektivləri diqqət çəkir. Ekspertin fikrincə, bu imkanlar Azərbaycanın yalnız regional deyil, daha geniş beynəlxalq iqtisadi platformalarda iştirakını da genişləndirə bilər.
"Bu səfərin siyasi mesajı da kifayət qədər aydındır. Azərbaycan öz xarici siyasətini konkret coğrafiyalarla məhdudlaşdırmır, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini inkişaf etdirir. Bakı beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq platforması kimi mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafına yeni impuls verəcək, siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da genişlənməsinə xidmət edəcək", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 261   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20.11.2026 273
.

Travmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video

"Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya d

20.11.2026 271
.

Azərbaycan-Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır

Azərbaycanın xarici siyasətində Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu çərçivədə Vyetnamla formalaşmış tarixi dostluğun müasir dövrün tələblərinə uyğun olaraq siyasi, iqtisadi və humanitar əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi xüsusi əhəmiyyə

20.11.2026 232
.

Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar?

2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb. -ın məlumatına görə, bunlardan 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət bağçalarının payına düşüb. Ən çox qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları qeydə alınıb. Bu kateqoriy

20.11.2026 133
.

Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:

20.11.2026 312
.

Universitet divarları arasında baş verən faciə və cavabsız qalan suallar

Bakı Dövlət Universitetinin müəllimi Nərman Süleymanovun faciəli ölümü cəmiyyətdə ciddi suallar doğurub. Bu hadisə artıq yalnız bir insanın taleyi ilə bağlı məsələ deyil. O, ali təhsil müəssisələrində münasibətlər, akademik etika, tələbə hüquqları, müəllim nüfuzu və universitet rəhbərliyinin məsuliyyət

20.11.2026 253
.

Elton qızına toy edir

Əməkdar artist Elton Hüseynəliyevin ailəsində xeyir iş olub. Axşam.az xəbər verir ki, müğənninin qızı Nuray nişanlanıb. Bu haqda ifaçı "Qonaqcanlı" proqramında danışıb. O, kiçik qızının toyunun yaxın günlərdə olacağını bildirib:. "Nuray qızım Lətif adlı bəylə nişanlanıb. Bir sinifdə oxuyublar

20.11.2026 346
.

21° isti... - Sabahın havası

Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

20.11.2026 272
.

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

"Azərbaycanda 2030-cu ilədək fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onların universitetlərin tərkib hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır". Axşam.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunu "2026/2027-ci tədri

20.11.2026 265
.