Jurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib.
BiG.AZ xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:
- ən yaxşı reportaj;
- ən yaxşı ictimai-siyasi təhlil;
- ən yaxşı sosial-iqtisadi təhlil;
- ən yaxşı müsahibə;
- ən yaxşı mədəniyyət materialı;
- ən yaxşı publisistik məqalə (köşə yazısı);
- ən yaxşı jurnalist araşdırması;
- ən yaxşı oçerk.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:
- ən yaxşı ictimai-siyasi reportaj;
- ən yaxşı sosial-iqtisadi reportaj;
- ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
Qeyd edilib ki, materialların qiymətləndirilməsi Media və Yayım Şurası tərəfindən cəlb edilmiş müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Yeni qaydalara əsasən müsabiqəyə təqdim olunan materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi, həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar (foto, video, audio, infoqrafika və s.) da qiymətləndirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 27 noyabr, saat 18:00-dək davam edəcək.
"Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları" ilə buradan tanış ola bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 263 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
20.11.2026 273 Travmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video
"Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya d
20.11.2026 271 Azərbaycan-Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır
Azərbaycanın xarici siyasətində Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu çərçivədə Vyetnamla formalaşmış tarixi dostluğun müasir dövrün tələblərinə uyğun olaraq siyasi, iqtisadi və humanitar əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi xüsusi əhəmiyyə
20.11.2026 232 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar?
2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb. -ın məlumatına görə, bunlardan 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət bağçalarının payına düşüb. Ən çox qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları qeydə alınıb. Bu kateqoriy
20.11.2026 133 Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:
20.11.2026 312 Universitet divarları arasında baş verən faciə və cavabsız qalan suallar
Bakı Dövlət Universitetinin müəllimi Nərman Süleymanovun faciəli ölümü cəmiyyətdə ciddi suallar doğurub. Bu hadisə artıq yalnız bir insanın taleyi ilə bağlı məsələ deyil. O, ali təhsil müəssisələrində münasibətlər, akademik etika, tələbə hüquqları, müəllim nüfuzu və universitet rəhbərliyinin məsuliyyət
20.11.2026 253 Elton qızına toy edir
Əməkdar artist Elton Hüseynəliyevin ailəsində xeyir iş olub. Axşam.az xəbər verir ki, müğənninin qızı Nuray nişanlanıb. Bu haqda ifaçı "Qonaqcanlı" proqramında danışıb. O, kiçik qızının toyunun yaxın günlərdə olacağını bildirib:. "Nuray qızım Lətif adlı bəylə nişanlanıb. Bir sinifdə oxuyublar
20.11.2026 346 21° isti... - Sabahın havası
Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı
20.11.2026 272 Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək
"Azərbaycanda 2030-cu ilədək fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onların universitetlərin tərkib hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır". Axşam.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunu "2026/2027-ci tədri
20.11.2026 265