Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VideoSosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir.

Məsələ ilə bağlı yataqxana rəhbərinə aid olduğu deyilən səsyazısı da yayılıb. Səsyazısında səsləndirilən fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yataqxananın rəhbəri iddialara münasibət bildirərək hadisənin təsadüfən baş verdiyini deyib. Onun sözlərinə görə, həmin şəxs özündə olmayıb və ayaqyoluya getmək istədiyini bildirib. Qızlar isə onun yataqxananın bu hissəsinə keçməsinin qadağan olduğunu deyərək etiraz ediblər. Şəxsin yataqxananı tərk etmədiyini görən tələbələr kömək üçün qışqırıblar.

Onun sözlərinə görə, mühafizəçi həmin vaxt tələbələr üçün çay hazırlamaq və yeməkxananı səliqəyə salmaq məqsədilə postundan qısa müddətə ayrılıb. Tələbələrin həyəcan siqnalını işə salmasından sonra isə polis əməkdaşları əraziyə gəliblər.

Yataqxanada qalan tələbələr isə bildiriblər ki, kişi qohumlarının belə yataqxananın daxilinə keçməsinə icazə verilmir. Ərazidə həm içəridə, həm də çöldə mühafizə xidməti fəaliyyət göstərir.

Baku TV-nin əldə etdiyi məlumata görə, hadisədə adı çəkilən şəxs polis tərəfindən müəyyən edilib və barəsində qanunvericiliyə uyğun tədbir görülüb./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 168   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

28.10.2026 346
.

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld

15:10 190
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

14:14 234
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

14:07 258
.

Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı

Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə

17:03 144
.

Zəfər Günü və Şuşa Günü: Azərbaycanın tarixi qələbəsi, milli qüruru və əbədi yaddaşı

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü milli iradənin, qəhrəmanlığın, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur. Bu tarixlər yalnız keçmişdə qazanılmış qələbəni xatırlatmır, həm də Azərbaycanın gələcəyini müəyyənləşdirən milli birlik

12:45 214
.

Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir

İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya

10:34 236
.

Le Monde: Avropa İttifaqı Kanada ilə yaxınlaşma məsələsində fikir ayrılığı yaşayır

Avropa İttifaqı ilə Kanada arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, lakin Kanadaya Aİ-də xüsusi assosiativ status verilməsi təklifi Fransa və Almaniyanın etirazı ilə qarşılaşıb. Tərəflər ticarət, müdafiə, enerji və süni intellekt sahələrind

13:37 202
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28.10.2026 333
.