Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib.
İddia olunur ki, tibb müəssisəsində həkimlərin vaxtında müdaxilə etməməsi səbəbindən döl ana bətnində tələf olub. Hadisədən üç gün sonra isə süni doğuş həyata keçirilib. Körpənin ölümünün həkim səhlənkarlığı nəticəsində baş verdiyi iddia olunur.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan (ETMGİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2004-cü il təvəllüdlü Zivər Azay qızı Azadlı oktyabrın 22-də qarnın aşağı nahiyəsində ağrılar və uşaqlıq yolundan az miqdarda qanlı ifrazat şikayəti ilə ETMGİ-yə müraciət edib:
"32 həftə+6 gün hamiləlik, baş gəlişi, normal yerləşmiş ciftin vaxtından əvvəl hissəli ayrılması, "Uşaqlığın anomaliyası (ikili uşaqlıq)" diaqnozu ilə I Mamalıq şöbəsinə qəbul edilib. Hamiləliyə nəzarət özəl klinikada aparılıb. Anamnezində ikinci hamiləlikdir. İlk hamiləliyi 9 həftəsində inkişafdan qalıb. Anamnezində qohum nikahı olduğu bildirilib.
Şöbədə müvafiq müayinələr aparılıb və hamiləyə mövcud klinik protokollara uyğun tibbi yardım göstərilib. Pasiyentin vəziyyəti stabilləşdirildikdən sonra saxlayıcı-qoruyucu müalicə məqsədilə Hamilələrin patologiyası şöbəsinə köçürülüb.
Oktyabrın 24-də saat 00:30-da hamilədə qarında ağrılar və uşaqlıq yolundan qəhvəyi ifrazat müşahidə olunub. Növbətçi həkim mama-ginekoloq tərəfindən müvafiq müayinələr aparılaraq müalicə tədbirləri görülüb. Aparılan müayinələr zamanı döldə və anada həyati təhlükə aşkarlanmayıb.
Həmin gün saat 8:20-də növbəti KTQ müayinəsi zamanı dölün ürək döyüntüsünün mənfi olduğu aşkarlanıb və USM ilə "33 həftəlik hamiləlik. Ölü döl" diaqnozu təsdiqlənib. Hamilə qadın hamiləliyin sonlandırılması üçün II Mamalıq şöbəsinə köçürülüb və "Qeysəriyyə kəsiyi" əməliyyatı ilə hamiləlik sonlandırılıb", - açıqlamada deyilir.
Məlumatda qeyd olunub ki, Z.Azadlı və ailə üzvləri dölün təşrihindən imtina edib və bunu yazılı surətdə bildiriblər:
"Tələf olmuş döl patohistoloji müayinəyə verilmədiyi üçün antenatal ölümün bilavasitə səbəbi haqqında fikir söyləmək mümkün deyil. Hadisənin qısa müddətdə ETMGİ-nin Tibbi Şurasında müzakirə olunması və nəticəyə əsasən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 139 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİspaniyada üçgünlük matəm elan edildi
İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə
28.10.2026 0 Moskvada həşəratlar üçün otel yaradıldı
Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas
28.10.2026 221 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
28.10.2026 0 "Həyat yoldaşım iki ev arasında qalıb"
"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya
28.10.2026 233 Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, "boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda
28.10.2026 330 Uşağa "yox" deməyi necə öyrətməli?
Yeddi yaşlı qız sinif yoldaşı iki dəfə xahiş etdiyi üçün sevimli oyuncağını ona verir. Çünki imtina etməyi ayıb hesab edir. Bir saat sonra isə otağında ağlayır. Halbuki heç kim oyuncağını sındırmayıb və ya zorla əlindən almayıb. Onun qardaşı isə oxşar vəziyyətdə sakit şəkildə "yox" deyir v
28.10.2026 186 Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?
Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə
28.10.2026 221 Putinlə danışan avropalı lider: Fikrini dəyişdirməyəcək
"Finlandiya Prezidenti Aleksandr Stubbla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə apardığımız telefon danışığının məqsədi Kreml rəhbərinə həm Avropanın, həm də ABŞ-nin mövqeyini çatdırmaq idi". Teleqraf xəbər verir ki, bunu Norveç Baş naziri Yonas Qar Stere deyib. Baş nazir bildirib ki
28.10.2026 155 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib
28.10.2026 1