İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?

İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əldə etmək hələ hökuməti formalaşdırmaq demək deyil.
Netanyahunun rəhbərlik etdiyi sağçı blokun parlamentdə hökumət qurmaq üçün zəruri olan 61 mandatı əldə edə bilməməsi koalisiya danışıqlarını həlledici mərhələyə çıxarır. Bu səbəbdən qarşıdakı dövrdə siyasi partiyalar arasında aparılacaq danışıqlar, mümkün ittifaqlar və kompromislər İsrailin siyasi gələcəyini müəyyən edəcək".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
İsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?Ekspert qeyd edib ki, İsraili daxili siyasətdə ciddi sınaqlar gözləyir. Cəmiyyətdə təhlükəsizlik, hərbi əməliyyatlar, hökumətin məsuliyyəti və sosial-iqtisadi problemlərlə bağlı fikir ayrılıqları davam edir. Yeni hökumətin formalaşdırılması bu ziddiyyətləri avtomatik olaraq aradan qaldırmayacaq.
Xarici siyasətə gəldikdə isə ekspertin fikrincə, hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, İsrailin milli təhlükəsizlik məsələlərinə prioritet verməsi gözlənilir. İranla münasibətlər, Fələstin məsələsi, Qəzzadakı vəziyyət və ABŞ-la strateji tərəfdaşlıq gələcək siyasətin əsas istiqamətləri olaraq qalacaq. Bununla belə, yeni siyasi konfiqurasiya diplomatik danışıqların aparılma formasına və regional münasibətlərə müəyyən təsir göstərə bilər.
"Beləliklə, mövcud nəticələr Netanyahunun siyasi mübarizədən kənarda qalmadığını və hakimiyyətdə qalmaq imkanlarını qoruduğunu göstərir. Lakin onun siyasi gələcəyini müəyyən edəcək əsas amil parlamentdə dayanıqlı çoxluq formalaşdırıb-formalaşdıra bilməməsidir. İsrailin qarşısında duran başlıca vəzifə isə siyasi sabitliyi təmin etməklə yanaşı, təhlükəsizlik çağırışlarına və regional böhrana necə cavab verəcəyini müəyyənləşdirməkdir", - deyə Bəhruz Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 138   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"

Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi

13:30 174
.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

14:59 143
.

2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 28-i saat 18 radələrində Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü Atilla Vasif oğlu İsmayılov qonşunun evində pilləkəndən yıxılaraq ölüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğund

10:20 244
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 210
.

Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldı

Monakoda knyaz II Albertin 29 yaşlı bibisi nəvəsi Antuan de Massinin meyiti aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə "Monaco-Matin" nəşri məlumat yayıb. Bildirilib ki, Antuan ölümündən qısa müddət əvvəl gecə klubundan çıxarkən görülüb. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Ertəs

28.10.2026 325
.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

28.10.2026 337
.

Le Monde: Avropa İttifaqı Kanada ilə yaxınlaşma məsələsində fikir ayrılığı yaşayır

Avropa İttifaqı ilə Kanada arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, lakin Kanadaya Aİ-də xüsusi assosiativ status verilməsi təklifi Fransa və Almaniyanın etirazı ilə qarşılaşıb. Tərəflər ticarət, müdafiə, enerji və süni intellekt sahələrind

13:37 168
.

Zəfərdən doğan yeni reallıqlar: Azərbaycan qalib dövlət kimi gələcəyə doğru inamla irəliləyir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik strategiyasının, xalq-ordu birliyinin və müstəqil siyasətin təntənəsidir. 8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Azərbaycanın siyasi və hərb

12:32 186
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 492
.