Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur.

Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur. VII sinif şagirdinin ölümü ilə bağlı hadisənin bütün təfərrüatları hələ araşdırılır. Jurnalistlərə hücumun səbəbləri və iştirakçıların məsuliyyəti də hüquqi qiymətini almalıdır. Ancaq baş verənlər daha geniş bir problemin müzakirəsini zəruri edir: məktəblərdə davranış mədəniyyəti, tərbiyə və məsuliyyət anlayışı.

Son illər uşaq hüquqlarından çox danışırıq. Bu, vacibdir. Uşaqlar zorakılıqdan qorunmalı, təhlükəsiz şəraitdə təhsil almalı, ləyaqətlərinə hörmət edilməlidir. Ancaq bir məqamı da unutmayaq: uşaq hüquqlarını müdafiə etmək başqalarının hüquqlarını arxa plana keçirmək demək deyil. Məktəbdə təkcə uşaqlar olmur. Müəllimlər, texniki işçilər, valideynlər və jurnalistlər də var. Onların da təhlükəsiz işləmək, təhqirə, təhdidə və fiziki zorakılığa məruz qalmamaq hüquqları var.
Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdırUşağın hüququ olduğu kimi, məsuliyyəti də var. Hüquq hər istədiyini etmək, hər etirazı aqressiya ilə qarşılamaq, özünü hamıdan üstün tutmaq imkanı deyil. Uşağa yalnız öz haqqını tələb etməyi öyrədib başqasının haqqına hörmət etməyi öyrətməsək, onun tərbiyəsində ciddi boşluq yaranacaq. Hər səhvi ört-basdır edilən, hər davranışına bəraət qazandırılan uşaq zamanla özünü başqalarından üstün görməyə başlaya bilər.

Bəs uşaqlarda aqressiya haradan yaranır? Bunun səbəblərini yalnız məktəbdə axtarmaq düzgün deyil. Ailədəki münasibətlər, valideynlərin davranışı, sosial şəbəkələrdə qarşılaşdıqları məzmun, həmyaşıdlarının təsiri, bullinq və psixoloji gərginlik uşağın davranışına təsir göstərə bilər. Uşaq böyüklərin bir-biri ilə necə danışdığını, münaqişələri necə həll etdiyini görərək öyrənir. Əgər ailədə və cəmiyyətdə kobudluq, təhqir və güc nümayişi adi hala çevrilirsə, bunun uşaqların davranışında əks olunması təəccüblü deyil.

Məsələnin digər tərəfi isə məktəb rəhbərliyinin seçilməsi və müəllimin nüfuzunun qorunmasıdır. Bu gün məktəb direktoru təyin edilərkən yalnız test suallarına düzgün cavab vermək kifayət hesab olunmamalıdır. Məktəb idarə etmək tamam başqa məsuliyyətdir. İllərin pedaqoji təcrübəsindən keçməmiş, kollektivlə işləmək, valideynlərlə münasibət qurmaq, münaqişələri idarə etmək və məktəbdə sağlam mühit yaratmaq bacarığı sınaqdan çıxmamış insanı rəhbər vəzifəyə gətirmək nə dərəcədə doğrudur? Test biliyi ölçə bilər, amma insanın idarəçilik qabiliyyətini, prinsipiallığını və çətin vəziyyətlərdə düzgün qərar vermək bacarığını tam müəyyənləşdirə bilməz.

Təsadüfi adamları məktəb direktoru təyin etməklə, sanki testdən keçmək hər şeyə kifayət edirmiş kimi davranmaqla məktəbin idarə olunmasının nə qədər mürəkkəb bir iş olduğunu nəzərdən qaçırırıq. Direktor yalnız sənədlərə imza atan şəxs deyil. O, müəllimin nüfuzunu qorumalı, kollektivdə intizam yaratmalı, valideynlərlə münasibətləri düzgün qurmalı və şagirdlərin davranışına görə məsuliyyət mexanizmlərinin işləməsini təmin etməlidir. Bu keyfiyyətlər yalnız imtahan nəticəsi ilə müəyyənləşmir; təcrübə, peşəkarlıq və illərin sınağından keçmiş idarəçilik bacarığı tələb edir.

Valideynin müəllim qarşısında əsassız üstünlük qazanmasına, müəllimin şagirdin və ya valideynin yanında alçaldılmasına göz yumulanda məktəbdə tərbiyə və intizamdan danışmaq çətinləşir. Müəllimin nüfuzu qorunmadıqda onun şagird qarşısındakı mövqeyi də zəifləyir. Uşağa hüquqlarının olduğu öyrədilir, amma bu hüquqların başqalarının hüquqları ilə sərhədləndiyi, hərəkətlərinə görə məsuliyyət daşıdığı izah olunmursa, yanlış təsəvvür formalaşır. Məktəb rəhbərinin təcrübəsizliyi, müəllimin nüfuzunun zəiflədilməsi və hüquqların birtərəfli izahı eyni mühitdə birləşəndə, bu gün qarşılaşdığımız problemlərin yaranması təəccüblü deyil.

Bu, uşaqların hamısını aqressiv adlandırmaq üçün əsas deyil. Əksinə, problemin səbəblərini vaxtında müəyyənləşdirmək, psixoloji dəstəyi gücləndirmək və düzgün tərbiyə üsullarını tətbiq etmək lazımdır. Ancaq səbəbi anlamaq məsuliyyəti aradan qaldırmaq demək deyil.

225 nömrəli məktəbdə jurnalistlərə qarşı baş verən zorakılıq göstərir ki, hüquqlar məsələsinə birtərəfli yanaşmaq olmaz. Hadisədə kimin iştirak etdiyi araşdırılmalıdır, amma heç bir narazılıq fiziki hücuma haqq qazandırmır. Uşaqların məxfiliyini və təhlükəsizliyini qorumaq vacib olduğu kimi, jurnalistlərin də peşə fəaliyyətini təhlükəsiz həyata keçirmək hüququ var.

Məktəb uşağın özünü hamıdan üstün hiss etdiyi deyil, başqaları ilə birgə yaşamağı öyrəndiyi yer olmalıdır. Uşağa hüquqlarını öyrətməklə yanaşı, vəzifələrini, davranışının nəticələrini və başqalarının sərhədlərinə hörmət etməyin əhəmiyyətini də anlatmalıyıq. Əks halda, bu gün görməzliyə vurduğumuz problemlər sabah daha ağır nəticələrlə qarşımıza çıxa bilər.

Uşaq hüquqları başqalarının hüquqlarını inkar etmir. Həqiqi tərbiyə uşağa yalnız öz haqqını qorumağı deyil, başqasının haqqına hörmət etməyi də öyrətməkdir.

Şəmsi QOCA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 144   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"

Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi

13:30 174
.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

14:59 143
.

2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 28-i saat 18 radələrində Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü Atilla Vasif oğlu İsmayılov qonşunun evində pilləkəndən yıxılaraq ölüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğund

10:20 244
.

Kollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?

Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ

11:41 210
.

Monakoda knyazın 29 yaşlı qohumunun meyiti tapıldı

Monakoda knyaz II Albertin 29 yaşlı bibisi nəvəsi Antuan de Massinin meyiti aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə "Monaco-Matin" nəşri məlumat yayıb. Bildirilib ki, Antuan ölümündən qısa müddət əvvəl gecə klubundan çıxarkən görülüb. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Ertəs

28.10.2026 325
.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

28.10.2026 337
.

Le Monde: Avropa İttifaqı Kanada ilə yaxınlaşma məsələsində fikir ayrılığı yaşayır

Avropa İttifaqı ilə Kanada arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, lakin Kanadaya Aİ-də xüsusi assosiativ status verilməsi təklifi Fransa və Almaniyanın etirazı ilə qarşılaşıb. Tərəflər ticarət, müdafiə, enerji və süni intellekt sahələrind

13:37 168
.

Zəfərdən doğan yeni reallıqlar: Azərbaycan qalib dövlət kimi gələcəyə doğru inamla irəliləyir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, güclü dövlətçilik strategiyasının, xalq-ordu birliyinin və müstəqil siyasətin təntənəsidir. 8 Noyabr - Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Azərbaycanın siyasi və hərb

12:32 186
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 492
.