XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü ilə qədər dünyanın istənilən nöqtəsində bundan daha uzun tam tutulma baş verməyəcək. Lakin bu tutulmanın əsas özəlliyi onun coğrafi mövqeyidir.

Qaynarinfo xəbər verir ki, "Space.com" nəşrinin yazdığına görə, tutulmanın ən yüksək həddə çatacağı nöqtə Fiv şəhərindən cəmi bir neçə kilometr aralıda yerləşir. Fiv Orta və Yeni padşahlıqlar dövründə Qədim Misirin mühüm dini və siyasi paytaxtı olub.

Möhtəşəm Nil çayının şərq sahilində Luksor yerləşir. Bu, nəhəng Karnak və Luksor məbəd komplekslərinin olduğu böyük "dirilər şəhəri"dir. Qərb sahilində isə "ölülər şəhəri" yerləşir.

Buraya Çarlar vadisi və Hatşepsut məbədi daxildir. Hazırda 285 min nəfərin yaşadığı Luksor 2027-ci il avqustun 2-də Günəş tutulmasını izləmək həvəskarları üçün əsl ziyarət məkanına çevriləcək. Şəhərə dünyanın müxtəlif ölkələrindən minlərlə turistin gələcəyi gözlənilir.

Onlar tutulmanın tam mərhələsinin 6 dəqiqə 23 saniyə davam edəcəyini görmək, eləcə də buludlu hava ehtimalının sıfıra yaxın olması proqnozundan yararlanmaq üçün buraya gələcəklər. Eyni zamanda, turistlər Qədim Misirin məbədlərini və tarixi abidələrini ziyarət etmək imkanı da əldə edəcəklər.

Tam tutulmanı məhz böyük məbədlərdən birində izləmək ehtimalı, yəqin ki, o qədər də yüksək deyil. Bununla belə, Luksora gələn tutulma həvəskarlarının demək olar ki, hamısı hadisədən əvvəl və ya sonra bu məbədləri görmək istəyəcək. Ziyarətçilər avqust ayına xas olan həddindən artıq isti hava şəraitinə hazır olmalıdırlar.

Bundan əlavə, hər hansı arxeoloji ərazidə tutulmanı izləməyi planlaşdırmazdan əvvəl rəsmi iş saatlarını və əraziyə giriş şərtlərini mütləq yoxlamaq lazımdır.

Tutulmanın qismən mərhələlərində müşahidə üçün sertifikatlaşdırılmış xüsusi eynəklərdən istifadə etmək vacibdir. Yalnız tam tutulma mərhələsində, Günəş tamamilə örtüldükdə, ona qoruyucu eynəksiz baxmaq olar.

Tam tutulma zolağında yerləşən qədim abidələr

Qədim Misirin bütün ərazilərində tutulmanın tam mərhələsi müşahidə olunmayacaq. Misirin əsas görməli yerlərindən biri olan, Qahirə yaxınlığındakı Giza piramidaları tam tutulma zolağının şimalında yerləşir. Orada Günəşin yalnız 95 faizinin örtüləcəyi qismən tutulma baş verəcək. Asvan şəhərindən cənubda, Nasir gölünün sahilində yerləşən Əbu-Simbel məbədlərində isə 92 faizlik qismən tutulma müşahidə olunacaq.

Lakin bu, ciddi problem deyil. Luksor dünyanın ən möhtəşəm və ən yaxşı qorunub saxlanmış qədim abidələrindən bəzilərinin yerləşdiyi şəhərdir. Onun məbədləri, nekropolları və sarayları, eləcə də yaxınlıqdakı digər tarixi məkanlar eni 257 kilometr olan tam tutulma zolağına düşür. 2027-ci il avqustun 2-də Ayın kölgəsi bu ərazilərin üzərinə düşəcək.

1. Karnak məbədi
2. Luksor məbədi
3. Çarlar vadisi
4. Hatşepsut məbədi
5. Memnon kolossları
6. Medinet-Abu kompleksi
7. Ramesseum məbədi
8. Xnum məbədi
9. Dendera məbədi
10. Hor məbədi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

22:30 0
.

Firuzə İbadova niyə kirayədə yaşayır?

"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir". Axşam.a

16:06 366
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

18:15 236
.

Yeni işi bəlli oldu

Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib

22:00 104
.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

11:55 289
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

23:00 1
.

"Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab

"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri

15:10 267
.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini

16:55 254
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

15:33 287
.