Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDABu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələri ilə davam edib.

Zərərçəkən K.Q. ona 1 milyon 500 min manat maddi ziyan vurulduğunu bildirib:

"Siracı 2014-cü ildən tanıyıram. O, mənzilləri təmir edib satırdı. Mənə 1 milyon 500 min manat ziyan vurulub. Bir onu deyə bilərəm ki, oğullarımın və qardaşımın əmlakı ilə bağlı Sahil qeyriləri vasitəsilə 358 dənə etibarnamə götürüb. Birlikdə mənim mülklərimi dağıdıblar".

Digər zərərçəkən Q.V. isə 900 min manatdan çox ziyana düşdüyünü deyib:

"Sahilə üç bağ evimin və maşınımın etibarnaməsini vermişəm. Məndən xəbərsiz onları aparıb ‘Turan’ banka qoyub. Məcbur qalıb pul ödəyərək evimi geri götürdüm. Biz Həzi Aslanov istiqamətində tikinti ilə məşğul olmuşuq. O, evləri təmir edərək baha satacağımızı, qazancı ortaq böləcəyimizi deyirdi. Amma ortada heç bir qazanc görmədim, əksinə, ziyana düşdüm".

Zərərçəkən Q.R. isə ona 755 min manat ziyan dəydiyini bildirib:

"Bunun 530 min manatını nağd vermişəm. Məndən borc aldı. Sonra mənə ‘Ukrayna dairəsi’ndə mənzil vermişdi. Sonradan məlum oldu ki, həmin ev başqasına satılıb. Sahillə Siraca görə münasibətim olub. Etibarnaməni Sahilə vermişəm. Bu ikisi bütün cinayətlərdə əlbirdirlər. Pul tələbim yoxdur, amma cəzalarını almalarını istəyirəm".

Məhkəmədə ifadə verən S.A. isə Sirac Səmədovu bacısının həyat yoldaşı vasitəsilə tanıdığını bildirib:

"2021-ci ilin fevralında mənə 40 min manat dəyərində ev verdi, amma sənəd vermədi. Sonra bunu tutdular, evin başqa sahibi çıxdı. İndi həmin şəxs məni məhkəməyə verib, evdən çıxmağımı istəyir".

Məhkəmənin növbəti iclası dekabrın 9-u saat 10:00-a təyin edilib.

Xatırladaq ki, ittihama əsasən, Sirac Səmədov və Sahil Nəhmətov qabaqcadan əlbir olaraq müxtəlif şəxslərin etibarından sui-istifadə etməklə onların külli miqdarda pul və əmlakını ələ keçiriblər.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər M.N.-yə məxsus "BMW 330i" markalı avtomobili etibarnamə əsasında sataraq 60 min manat vəsaiti mənimsəyiblər.

Bundan başqa, Ü.M.-dən 50 min manat nağd pul və 300 min manat dəyərində mənzil alınmaqla ona ümumilikdə 350 min manat ziyan vurulduğu bildirilir.

İttihama əsasən, Bakı sakini H.M.-yə məxsus "Land Rover Range Rover" markalı avtomobil 140 min manata, N.M.-yə məxsus eyni markalı avtomobil isə 136 min manata satılıb. Təqsirləndirilən şəxslər əldə olunan vəsaiti sahiblərinə qaytarmaq əvəzinə, müxtəlif vədlərlə onları aldadıblar.

Cinayət işinin materiallarında Q.V.-yə 330 min manat, Ş.T.-yə isə 200 min manat ziyan vurulduğu da qeyd olunur.

İstintaqın müəyyən etdiyinə görə, təqsirləndirilən şəxslər B.B.-yə mənzil və qeyri-yaşayış sahələrinin alınıb təmir edilərək daha baha satılması ilə bağlı vədlər veriblər. Bu yolla ondan hissə-hissə 1 milyon 200 min manat alıblar. Sonradan "Səbət" restoranının bir hissəsi 600 min manat dəyərləndirilərək B.B.-nin mülkiyyətinə keçirilib, qalan 600 min manat isə mənimsənilib.

Ümumilikdə, Sirac Səmədov və Sahil Nəhmətovun vətəndaşlara 5 milyon manatdan artıq maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirildikləri bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Sahil Nəhmətov barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Sirac Səmədov barəsində isə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki şəxs barəsində yekun məhkəmə hökmü çıxarılmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 142   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Payızda necə qidalanmalıyıq? - Ekspertdən vacib tövsiyələr

"Payız fəslində düzgün qidalanma orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanması, immun sisteminin normal fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövsümdə qida rasionumuzda təzə, mövsümi meyvə və tərəvəzlərə üstünlük verməliyik". Bunu BİG.AZ-a açıqlamasınd

14:24 200
.

İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub

Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik. "Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələr

16:50 124
.

"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"

Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını

15:27 215
.

Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri

11:45 263
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

15:33 162
.

Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi

Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v

11:40 280
.

Başqasına təhsil dərsi keçməzdən əvvəl öz evinizə baxın

İran rəsmiləri Azərbaycan qızlarına təhsil almaq üçün qapılarını açdıqlarını bəyan edirlər. Guya Azərbaycanda hicablı qızlar təhsildən məhrum edilir, İran isə onları qəbul etməyə, oxutmağa, gələcəklərini qurmağa hazırdır. Özlərini elə aparırlar ki, sanki İranda bütün qadınlar ağ günə çıxıb, bütün qızla

11:34 245
.

WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?

WhatsApp vasitəsilə həyata keçirilən sosial mühəndislik və kiberdələduzluq halları istifadəçilər üçün ciddi təhlükə yaradır. Fırıldaqçılar insanların etibarından sui-istifadə edərək pul əldə etməyə, şəxsi məlumatları ələ keçirməyə və hesabları mənimsəməyə çalışırlar. Belə hallardan qorunmaq üçün təhlükəsizli

14:40 199
.