Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir

Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır.

Lakin bu tolerantlıq mühitindən sui-istifadə edərək Azərbaycan ailə modelinə müdaxilə etmək, uşaqları və yeniyetmələri radikal dini ideologiyaya cəlb etmək, təhsil prosesini dini təsir vasitəsinə çevirmək qətiyyən yolverilməzdir. Məktəb dini eksperimentlərin deyil, elmin, təhsilin və milli tərbiyənin məkanıdır!"
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, baş verən təxribatların arxasında İranın dini dairələrinin, xüsusilə mollaların müdaxiləsi və yönləndirməsi ilə bağlı faktlar ciddi narahatlıq doğurur. Xaricdən dini pərdəyə bürünmüş ideoloji müdaxilə cəhdləri Azərbaycanın suverenliyinə, milli kimliyinə və ailə institutuna qarşı yönəlmiş təhlükə kimi qiymətləndirilməlidir. Heç bir xarici qüvvə öz siyasi və ideoloji maraqlarını Azərbaycan uşaqlarının gələcəyi hesabına həyata keçirə bilməz.
Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidirBiz dinə deyil, dindən sui-istifadəyə, dini dəyərlərə deyil, onların siyasi məqsədlər üçün istismarına qarşıyıq. "Düşünürəm ki, Azərbaycan xalqının inancı da, ailə ənənələri də, milli-mənəvi dəyərləri də yad ideoloji təsirlərin girovuna çevrilməməlidir.

Milli dəyərlərimizin, Azərbaycan ailəsinin və dünyəvi dövlətçiliyimizin qorunması milli təhlükəsizlik məsələsidir. Bu məsələdə güzəştə yer yoxdur!"-deyə, B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 96   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar

12.10.2026 336
.

Prezident onu qarşıladı - Fotolar

Bu gün Bakıda Laos Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulit

11:22 131
.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:22 110
.

Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!

I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu

12.10.2026 397
.

"Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq

Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı

12:10 171
.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən BİG.AZ-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ d

10:27 140
.

Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi

"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı

11:12 147
.

Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ

12:45 114
.

İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir

"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə

12:15 122
.