Saxta təbəssüm xoşbəxtlik gətirir?

Saxta təbəssüm xoşbəxtlik gətirir?Təxminən 1200 iştirakçının qatıldığı genişmiqyaslı araşdırma göstərib ki, könüllü edilən təbəssüm əhval-ruhiyyəni yüksəldə bilər, lakin daimi və məcburi gülüş insanı xoşbəxt etmək əvəzinə qəzəb və qıcıqlanma yaradır.

"Qafqazinfo" xəbər verir ki, Florida Universitetinin psixologiya professoru Nikolas Kolz və komandasının "Journal of Experimental Social Psychology"də dərc olunan araşdırmasında iştirakçılara müsbət (pişik balaları, çiçəklər) və mənfi (heyvanlara qarşı qəddarlıq, oğurluq) görüntülər göstərilib.

Bəzi iştirakçılar təbii reaksiya verib, digərlərindən isə müəyyən şərtlərlə gülümsəmək istənilib.

Təcrübənin nəticələrinə görə, tək və könüllü gülümsəmə qısamüddətli müsbət təsir bağışlaya bilər. Lakin eyni davranış təkrarlandıqca və xüsusilə kənar təzyiq altında məcburi hala gətirildikdə xoşbəxtlik hissi azalır, əvəzində qəzəb və gərginlik artır.

Tədqiqatın müəllifi Nikolas Kolz bu mövzunun onun əyləncə parkındakı keçmiş iş təcrübəsindən qaynaqlandığını bildirib. O qeyd edib ki, müştəri münasibətindən asılı olmayaraq daim gülümsəmək tələbi ilə insanın öz istəyi ilə gülümsəməsi arasında ciddi fərq var.

Araşdırmada iştirak etməyən Toronto Universitetinin professoru Norman Farb isə vurğulayıb ki, daim gülümsəməyə çalışmaq əlavə zehni diqqət tələb edir və insanın ətrafdakı hadisələrə reaksiyasını dəyişdirir. Xüsusilə maddi itki və ya cəza qorxusu altında gülümsəməyə məcbur edilmək narahatlığı artırır.

Mütəxəssislərin fikrincə, işçilərdən daim gülümsəməyi tələb etmək əhval-ruhiyyəni yaxşılaşdırmağın zərərsiz yolu deyil.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 84   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divarlara şer yazan kirayəşin məhkəməlik oldu

Türkiyənin İstanbul şəhərində kirayəçinin evdən çıxarkən divarlara, qapılara, pəncərələrə və hətta məişət avadanlıqlarına sevgi şeirləri yazması gündəm olub. Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Böyükçəkməcə rayonunda qeydə alınıb. İki il ərzində kirayədə yaşayan şəxs mənzil

22.11.2026 480
.

Pişiklər sahiblərindən bu 3 səbəbə görə inciyə bilərlər

Pişiklərin davranışlarını anlamaq bəzən olduqca çətin olur. Onlar da insanlar kimi narahatlıq və narazılıq hiss edə bilirlər. Lakin bu duyğuları fərqli şəkildə büruzə verdiklərindən sahibləri çox vaxt öz hərəkətləri ilə ev heyvanlarını narahat etdiklərinin fərqinə varmırlar. Mütəxəssislər pişikləri

22.11.2026 463
.

ABŞ və Avropada qiyamət günü hazırlığı: Bu məhsullara tələb 450 artıb

Müharibə və təhlükəsizliklə bağlı artan qlobal narahatlıqlar, potensial genişmiqyaslı böhran ssenariləri və texnoloji sistemlərdəki nasazlıqlar ABŞ və Avropada vətəndaşları səfərbər edib. -ın xarici mediaya istinadən xəbərinə görə, potensial fəlakətə hazırlaşanlar konservləşdirilmiş məhsullardan və içməl

22.11.2026 392
.

Soyuqdəymə zamanı bunları etməyin - Vəziyyətinizi ağırlaşdıran 4 vərdiş

Soyuqdəymə zamanı bəzi ənənəvi müalicə üsulları sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər. xəbər verir ki, burun axması, boğaz ağrısı və burun tutulması başlayanda bir çox insan xoşagəlməz simptomlardan mümkün qədər tez qurtulmaq üçün sınanmış ev üsullarına müraciət edir. Limonl

22.11.2026 394
.

Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik

Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. BİG.AZ -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar

25.11.2026 388
.

Ucuz Telefon satışı elanları Tezbazar.Az-da

Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız

25.11.2026 669
.

Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır?

Avtomobil bazarında alıcıların seçimləri dəyişir. Çin markalarına maraq artır, yerli istehsal avtomobillərinin mövqeyi güclənir. İkinci əl bazarında isə mühərrik gücü əsasən 1.6 litr olan avtomobillərə tələb qalır. Avtomobil bazarında median qiymət artsa da, bu, real bahalaşmadan deyil, satışa çıxarıla

22.11.2026 357
.

Qaza qənaət üçün kombi neçə dərəcədə olmalıdır?

Qış aylarında evin isti olması ilə yanaşı, qaz xərclərinə qənaət etmək də vacibdir. Bir çox insan mənzili daha tez isitmək üçün kombinin temperaturunu maksimum həddə qaldırır. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul heç də həmişə qənaətli deyil. xarici mediaya istinadən xəbər verir ki, kombinin optima

22.11.2026 527
.

Yeniyetməlik dövründə beyin inkişafı gələcəkdə sosial münasibətlərə təsir göstərir - TƏDQİQAT

Alimlər yeniyetməlik dövründə beyində baş verən dəyişikliklərin insanın gələcəkdə sosial ünsiyyətə marağına təsir göstərə biləcəyini müəyyən ediblər. Araşdırmaya əsasən, bu yaş mərhələsində müəyyən neyron əlaqələrinin inkişafının pozulması yetkinlik dövründə sosial münasibətlərə marağın azalmasına səbə

11:00 179
.