İraqın şimalında yeni siyasi qarşıdurma: Vaşinqton nə istəyir?

İraqın şimalında yeni siyasi qarşıdurma: Vaşinqton nə istəyir?İraqda mərkəzi hakimiyyətlə Kürdüstan Regional Administrasiyası (KRA) arasında uzun illərdir davam edən siyasi və iqtisadi qarşıdurma yeni mərhələyə qədəm qoyub. İraqın Baş naziri Əli əl-Zeydinin noyabrın 24-də verdiyi qərarlar tərəflər arasında gərginliyi daha da artırıb. Bağdad regional administrasiyanın nəzarətində olan sərhəd-keçid məntəqələrinin federal qurumların idarəçiliyinə verilməsini, eləcə də Kürdüstanın rəsmi inzibati sərhədlərindən kənarda yerləşən bir sıra neft yataqlarının İraq Neft Nazirliyinin nəzarətinə keçirilməsini tələb edib. Bundan başqa, neft ixracının yalnız federal hökumətin razılığı ilə həyata keçirilməsi barədə göstəriş verilib. İraq Ali Federal Məhkəməsinin federal hökumətin beynəlxalq sərhədlərdə nəzarəti həyata keçirmək səlahiyyətini təsdiqləməsi isə Bağdadın mövqeyini gücləndirib.
Bağdadın bu addımları enerji gəlirləri, gömrük rüsumları və strateji ərazilər üzərində vahid dövlət nəzarətini bərpa etmək məqsədi daşıyır. Kürd administrasiyası uzun müddət neft hasilatı və ixracı, eləcə də Türkiyə ilə sərhəd ticarəti vasitəsilə ciddi iqtisadi və siyasi təsir imkanları əldə edib. Mərkəzi hökumət isə bu sistemin İraqın ümumi iqtisadi və hüquqi mexanizmlərindən kənarda fəaliyyət göstərdiyini iddia edir. Neft gəlirlərinin bölüşdürülməsi, büdcə transfertlərinin gecikdirilməsi və gömrük sisteminə nəzarət uğrunda mübarizə də tərəflər arasında etimadsızlığı dərinləşdirib.
İraq neftinin Türkiyə üzərindən ixracının bərpası mərkəzi hakimiyyətə daha çox nəzarət etdiyi marşrutlardan istifadə etmək imkanı yaradır. Bununla yanaşı, İnkişaf Yolu layihəsinin reallaşdırılması İraqın regional tranzit və logistika mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən ölkənin şimalındakı sərhədlər, neft infrastrukturu və tranzit imkanları üzərində vahid nəzarətin təmin edilməsi Bağdad üçün xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, İraq hökuməti gələcək iqtisadi layihələrdən əvvəl ölkə daxilindəki paralel iqtisadi və siyasi güc mərkəzlərinin imkanlarını məhdudlaşdırmağa çalışır.
Lakin Bağdadın bu siyasətinin qarşısında ciddi maneə var. Kürdüstan Regional Administrasiyası özünü İraqın adi inzibati vahidi deyil, Konstitusiya ilə tanınmış federal qurumu hesab edir. Buna görə də mərkəzi hökumətin sərhədlər və neft yataqları üzərində nəzarəti ələ keçirmək cəhdlərini öz konstitusion statusuna və özünüidarə hüququna müdaxilə kimi qiymətləndirir.
Baş nazir Məsrur Bərzani Bağdadın addımlarını qəbuledilməz adlandıraraq Kürdüstanın statusunu qorumaq üçün hər kəsin Peşmərgəyə çevrilməyə hazır olduğunu bildirib. Kürd siyasi qüvvələri də federal hökumətin qərarlarına qarşı birgə mövqe nümayiş etdiriblər. Ərbil və Duhokda etiraz aksiyalarının keçirilməsi, Peşmərgə qüvvələrinin mübahisəli ərazilər istiqamətində hərəkətə gətirilməsi və hərbi mövqelərin gücləndirilməsi mübahisənin daha ciddi mərhələyə keçdiyini göstərir.
Diqqətçəkən digər məqam Bərzani və Talabani ailələri arasında münasibətlərin son dövrlərdə pisləşməsidir. Kürdüstan Demokrat Partiyası ilə Kürdüstan Vətənpərvərlər İttifaqı arasında hökumətin formalaşdırılması, parlamentin fəaliyyəti və inzibati səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Talabanilərin təmsil olunduğu siyasi qüvvənin regional hökumətdən çəkilməsi də bu ziddiyyətləri dərinləşdirib. Əslində, Bağdadın hərəkətə keçməsi üçün yaranmış əlverişli məqamlardan biri də məhz bu daxili parçalanmadır. Mərkəzi hakimiyyətin regional muxtariyyətin əsas iqtisadi və təhlükəsizlik rıçaqlarına müdaxiləsi iki siyasi qüvvəni ortaq mövqeyə yaxınlaşdırsa da, daxili ziddiyyətlərin tam aradan qalxdığını söyləmək olmaz.
İraq hökumətinin paralel olaraq İranla yaxınlığı ilə tanınan şiə silahlı qruplaşmaların fəaliyyətini məhdudlaşdırmağa çalışması da diqqət çəkir. Əl-Zeydi hökuməti bununla öz siyasətini hər hansı siyasi və ya etnik qüvvəyə qarşı mübarizə deyil, İraq dövlətinin mərkəzi hakimiyyətinin bərpası kimi təqdim edir.
Bu məsələdə diqqətimi ən çox çəkən məqam isə ABŞ-ın mövqeyidir. ABŞ-ın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak noyabrın 11-də Londonda çıxışı zamanı İraqın daxili məsələlərinin amerikalılar tərəfindən həll edilməyəcəyini, bu qərarların İraqın özünə aid olduğunu bildirib. O, Vaşinqtonun yalnız məsləhət, yardım və vasitəçilik göstərə biləcəyini vurğulayıb. Barrak kürd liderlərini Bağdadla münasibətləri normallaşdırmağa və daxili siyasi parçalanmanı aradan qaldırmağa çağırıb. Noyabrın 25-də Ərbil-Bağdad gərginliyi artdıqdan sonra isə tərəflərə vasitəçilik təklif edib və əl-Zeydini hərbi variantdan çəkinməyə çağırıb.
Hesab edirəm ki, Vaşinqtonun bu yanaşmasının arxasında konkret strateji hesablamalar dayanır. Baş verənlərə ABŞ-İran qarşıdurmasının genişlənməsi kontekstində baxmaq lazımdır. Vaşinqton uzun müddətdir kürd faktorunu Yaxın Şərq siyasətində mühüm təsir vasitələrindən biri kimi nəzərdən keçirir. Kürdlər də öz növbəsində, xüsusilə İŞİD-ə qarşı mübarizədə ABŞ-ın əsas tərəfdaşlarından biri olublar. Bunun müqabilində isə yalnız siyasi dəstək və təhlükəsizlik təminatları deyil, daha konkret siyasi nəticələr gözləyirlər. Kürd siyasi hərəkatının müəyyən qanadları üçün bu nəticənin ən yüksək forması müstəqil dövlətin yaradılmasıdır.
ABŞ-ın Bağdadın Ərbilə təzyiq imkanlarının artmasına şərait yaratmaqla kürd siyasi qüvvələrini seçim qarşısında qoya biləcəyi ehtimalı da var. Başqa sözlə, Vaşinqtonun regional siyasətinə, xüsusilə İranla qarşıdurmada gözlənilən əməkdaşlığa kifayət qədər dəstək vermədikləri təqdirdə, kürdlərin mövcud muxtariyyətlərini qorumaq imkanları zəifləyə bilər.
Digər və mənim fikrimcə, əsas ehtimallardan biri isə ABŞ-ın İraqın mərkəzi hakimiyyəti ilə Kürdüstan Regional Administrasiyası arasında gərginliyin dərinləşməsində müəyyən marağının olmasıdır. Hətta vəziyyətin silahlı qarşıdurmaya çevrilməsi ehtimalı da istisna edilmir. Belə bir ssenari kürd məsələsini yenidən beynəlxalq gündəmə gətirə bilər. Bağdadın təzyiqləri Ərbildə muxtariyyətin gələcəyinə dair narahatlığı artırarsa, müstəqillik məsələsi kürd siyasi qüvvələri arasında yenidən aktuallaşa və referendum tələbi gündəmə gələ bilər.
Bütün hallarda mövcud vəziyyət kürdləri mürəkkəb seçim qarşısında qoyur: ya Vaşinqtonun regional strategiyasına daha uyğun mövqe tutmalı, ya da Bağdad qarşısında siyasi və iqtisadi imkanlarının tədricən zəifləməsi riskini nəzərə almalıdır.

Turan Rzayev-politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 153   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb

Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin "Beşiktaş"Hapoel Beer-Şeva" matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanı

12:22 216
.

İstifadəsiz torpaqlar Azərbaycanın iqtisadi inkişafına necə töhfə verə bilər?

İstifadəsiz kənd təsərrüfatı torpaqlarına yalnız iqtisadi dövriyyədən kənarda qalmış əmlak kimi deyil, həm də ölkənin gələcək aqrar və investisiya potensialının mühüm ehtiyatı kimi yanaşmaq lazımdır. Torpağın istifadəsiz qalması təkcə mülkiyyətçinin gəlir əldə edə bilməməsi deyil, eyni zamanda ölkə iqtisadiyyat

14:52 146
.

Süni İntellektin Yeni Üfüqləri və Gizli Təhlükələri

Texnoloji inkişafın sürəti artıq təcrübə mərhələsini geridə qoyaraq real inqilaba çevrilib. 2025-ci ilə nəzər saldıqda görürük ki, süni intellekt (Sİ) artıq sadəcə suallara cavab verən köməkçi deyil. O, mürəkkəb məntiqi nəticələr çıxaran, elmi tədqiqatları sürətləndirən və eyni zamanda hələ bütün miqyasın

15:05 138
.

Paşinyan Ermənistan gerbinin taleyinin referendumda həll ediləcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində Ağrı dağı (Ararat) təsvir olunan ölkə gerbinin taleyinin referendum yolu ilə xalq tərəfindən müəyyən ediləcəyini bildirib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiy

14:13 114
.

42 yaşlı rəis qəfil vəfat etdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib. Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub

14:44 183
.

Məşhur aktrisa ölümündən sonra ağaca çevrilmək istəyir

Hollivudun əfsanəvi aktrisası, 93 yaşlı Kim Novak ölümündən sonra bədəni ilə bağlı qeyri-adi qərar verib. xəbər verir ki, aktrisa ənənəvi dəfn və kremasiyadan imtina edərək, ölümündən sonra cəsədinin bitkilərin yetişdirilməsi üçün münbit torpağa çevrilməsini istəyir. Novak bu barədə "People"

26.11.2026 367
.

Böyük Qayıdış: Azərbaycanın Zəfərdən quruculuğa uzanan strateji inkişaf modeli

Böyük Qayıdış Azərbaycanın müasir dövlətçilik tarixində ən mühüm siyasi, sosial və iqtisadi proseslərdən biri olmaqla, tarixi Zəfərin real nəticələrinin təmin edilməsinə, milli ədalətin bərpasına və ölkənin uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə xidmət edir. Bu prosesə yalnız keçmi

26.11.2026 422
.

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə bağlı görüntülər yayılıb. xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı APA-nın sorğusun

26.11.2026 347
.

İraqda İŞİD-ə qoşulan 8 Fransa vətəndaşına ömürlük həbs cəzası verildi

İraqda terror təşkilatı İŞİD-ə üzv olmaqda təqsirləndirilən 8 Fransa vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib. Daha iki nəfər isə 15 il müddətinə azadlıqdan məhrum olunub. xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb. Bağdaddakı Kərx Cinayət Məhkəməsinin qərarı ilə çıxarıla

11:30 191
.