El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər
Sakit okeanın tropik hissəsində suyun temperaturunun yüksəlməsi ilə müşahidə olunan El-Ninyo iqlim hadisəsi 1950-ci ildən bəri qeydə alınan ən güclü həddə çata bilər. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bu ehtimalı təxminən 60 faiz qiymətləndirib.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, builki El-Ninyo artıq NOAA-nın təsnifatında ən yüksək olan "çox güclü" kateqoriyasına çatıb. Sosial mediada yayılan "Meqa El-Ninyo" ifadəsi isə rəsmi təsnifata daxil edilməyib.
Müzakirələr amerikalı meteoroloq Rayan Maunun Peru və Qalapaqos adaları sahillərində suyun temperaturunun normadan 10 dərəcə yüksək olduğunu göstərən xəritə paylaşmasından sonra başlayıb. NOAA-nın təhlilinə görə, Sakit okeanın şərqində temperatur normanı təxminən 4-6 dərəcə üstələyib. Mütəxəssislər hadisənin ümumi gücünü qiymətləndirmək üçün ayrı-ayrı ərazilərdəki gündəlik göstəricilər əvəzinə okeanın tropik hissəsində üç aylıq orta temperatur fərqini əsas götürürlər.
Kanadalı iqlimşünas Devid Fillipsin sözlərinə görə, El-Ninyo Kanadada qışın daha mülayim keçməsinə səbəb ola bilər. Bununla belə, soyuq hava dalğaları və qar fırtınaları da mümkündür. Qar örtüyünün az olması yazda quraqlıq riskini artıra və meşə yanğınları mövsümünün daha erkən başlamasına şərait yarada bilər.
İnsan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyinin El-Ninyonu daha tez-tez və ya daha güclü edib-etmədiyi hələ dəqiqləşməyib. Alimlər bildirirlər ki, daha isti atmosfer daha çox rütubət saxlayır. Bu amil güclü El-Ninyo ilə üst-üstə düşdükdə yağıntılı bölgələrdə leysanlar daha intensiv ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 70 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahzadənin evinə basqın: nələr oğurlandı?
Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun malikanəsindən oğurlanan əşyaların siyahısı açıqlanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 23-də Norfolk qraflığında, kral II Çarlzın şəxsi mülkünün ərazisində yerləşən "Anmer Hall" malikanəsində qeydə alınıb
19:30 1 Bakıda Estoniya səfirliyi açıldı - Fotolar
Bu gün Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və estoniyalı həmkarı Marqus Tsaxkna da iştirak ediblər. Açılı
15:13 178 Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb
Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib. "Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Polis saxta sənədlərin hazırlanmasında şübhəl
26.11.2026 356 166 minlik brilyantla hava limanında saxlanıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar ediblər. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı malların aşka
26.11.2026 359 Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - Ekspert
Qiymətləndirmə mexanizmlərində yenilənməyə ehtiyac var. xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır. Ekspert bildirib ki, qəbul imtahanlarında açıq tipli sualların sayı artırılmalı, abituriyentləri
18:45 1 Dünənki iğtişaşlarda 3 polis xəsarət alıb - 16 nəfər saxlanılıb
Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin "Beşiktaş"Hapoel Beer-Şeva" matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanı
12:22 246 Azərbaycanın tütün idxalına çəkdiyi xərc 16%-dək artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 123,5 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Hesabat dövründə ölkənin tütün idxalı xərcləri illik müqayisədə 15,8% çoxdur
20:30 0 Süni İntellektin Yeni Üfüqləri və Gizli Təhlükələri
Texnoloji inkişafın sürəti artıq təcrübə mərhələsini geridə qoyaraq real inqilaba çevrilib. 2025-ci ilə nəzər saldıqda görürük ki, süni intellekt (Sİ) artıq sadəcə suallara cavab verən köməkçi deyil. O, mürəkkəb məntiqi nəticələr çıxaran, elmi tədqiqatları sürətləndirən və eyni zamanda hələ bütün miqyasın
15:05 182 Süni intellekt Putinə ünvanlanan vətəndaş müraciətlərini təhlil edir
Rusiya Prezidenti Vladimir Putinlə keçirilən "Birbaşa xətt" zamanı vətəndaşlardan daxil olan müraciətlərin təhlili imkanları süni intellektin (Sİ) tətbiqi sayəsində son bir ildə əhəmiyyətli dərəcədə genişlənib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilib ki, süni intellek
10:33 190