COVID-19-un bu variantı yenidən narahatlıq yaradır: Hansı əlamətlərə diqqət etməli? - AÇIQLAMA

COVID-19-un bu variantı yenidən narahatlıq yaradır: Hansı əlamətlərə diqqət etməli? - AÇIQLAMACOVID-19 virusunun yeni alt variantları ilə bağlı məlumatlar ictimaiyyətdə yenidən narahatlıq yaradıb. TA.1 xətti də SARS-CoV-2-nin genetik variantlarından biri kimi bəzi ölkələrin genomik müşahidə hesabatlarında qeydə alınıb. Bununla belə, ÜST-ün 19 noyabr 2026-cı il tarixli məlumatında TA.1 ayrıca izlənilən narahatlıq doğuran variantlar sırasında göstərilmir. Şiddətli boğaz ağrısı, halsızlıq və mədə-bağırsaq problemləri COVID-19 zamanı müşahidə oluna bilsə də, bunların məhz TA.1 variantına xas olduğunu təsdiqləyən yetərli sübut yoxdur.

Bəs, TA.1 variantının yayılması nə dərəcədə narahatlıq doğurur və onun əvvəlki COVID-19 ştammlarından fərqli xüsusiyyətləri hansılardır? Şiddətli boğaz ağrısı, halsızlıq və mədə-bağırsaq problemləri bu variantın xarakterik əlamətləri hesab edilə bilərmi? COVID-19-u qrip və mövsümi soyuqdəymədən simptomlara əsasən fərqləndirmək mümkündürmü, yoxsa laborator müayinə vacibdir? Yaşlılar, xroniki xəstəliyi olanlar və immun sistemi zəif şəxslər hansı ehtiyat tədbirlərinə əməl etməlidirlər?
COVID-19-un bu variantı yenidən narahatlıq yaradır: Hansı əlamətlərə diqqət etməli? - AÇIQLAMAMövzu ilə bağlı BiG.AZ-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, COVID-19 pandemiyası başa çatsa da, epidemik ocaqlar hələ də davam edir. Çünki SARS-CoV-2 virusu tamamilə aradan qalxmayıb.

"Omikron ştammının müxtəlif mutasiya variantları yayılmaqda davam edir. TA.1 variantı da bu mutasiyalardan biridir.

Ümumiyyətlə, virusun müxtəlif ştammları yoluxma intensivliyinə və xəstəliyin ağırlıq dərəcəsinə görə bir-birindən fərqlənir. Sonuncu variant da ümumi intoksikasiya, halsızlıq, zəiflik, boğaz ağrısı, qusma və diareya kimi əlamətlərlə müşayiət olunur. Xəstələrdə qripə bənzər, eləcə də rotavirus infeksiyasına xas simptomlar müşahidə edilə bilər. COVID-19 da digər soyuqdəymə xəstəlikləri kimi orqanizmdə müəyyən təsirlər buraxa bilər.

COVID-19-un xarakterik əlamətlərindən biri dadbilmə və qoxubilmə hissinin itirilməsidir. Virusun ağız və burun boşluğundan orqanizmə daxil olması zamanı reseptorların zədələnməsi bu hisslərin zəifləməsinə və ya tamamilə itməsinə səbəb ola bilər. Bununla belə, bu əlamət bütün xəstələrdə müşahidə olunmur.

COVID-19 zamanı ağciyərlərdə "buzlu şüşə" sindromu da xarakterik əlamətlərdən biri hesab edilir. Lakin bu görüntü yalnız COVID-19-a xas deyil. Xəstəlik digər yuxarı tənəffüs yolu infeksiyaları kimi ümumi simptomlarla müşayiət oluna bilər. Buna görə də bəzən laborator və digər diaqnostik müayinələr aparılmadan COVID-19-u başqa infeksiyalardan fərqləndirmək çətin olur.

Ən vacib məsələ insanların yoluxmadan qorunmaq üçün profilaktik tədbirlərə əməl etməsidir. Bunun üçün maskadan istifadə etmək, məsafə saxlamaq və xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır. Xəstə şəxslər də həm özlərini, həm də ətrafdakıları qorumalı, maska taxmalı və onun həm ağızı, həm də burnu tam örtməsinə diqqət yetirməlidirlər. Maskanın mütəmadi olaraq dəyişdirilməsi də vacibdir".

Röyalə Xəyal


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 125   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 1159
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 1001
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

15.11.2026 659
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 856
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1188
.

Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?

Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"

17.11.2026 756
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 1014
.

İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın

Qastroenteroloq Dilyar Lebedev enerjiyə "məsul" olan iki hormonun adını çəkib. Bu hormonlar həmçinin çəki artımı və azalma prosesində fəal iştirak edir, şişkinlik əmələ gətirir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, onlarla bağlı bir problem yarandıqda, enerjini

26.11.2026 365
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 1037
.