Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?

Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur.

Bununla bağlı Sonxeber.az-a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bildirib ki, Ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi ideyası Azərbaycan təhsil sistemində ən ciddi və prinsipial müzakirələrdən birinə çevrilə bilər:

"İlk baxışdan bu qərar kifayət qədər cəlbedici görünür: gənc universiteti daha tez bitirir, əmək bazarına daha erkən daxil olur, ailənin təhsil xərcləri azalır, dövlət isə daha qısa müddətdə daha çox mütəxəssis hazırlaya bilir.Amma məsələ heç də bu qədər sadə deyil.Burada əsas sual bir ilin ixtisar olunması deyil. Əsas sual budur: dörd ildə əldə olunması nəzərdə tutulan bilik, bacarıq və peşə hazırlığı üç ildə tam şəkildə verilə biləcəkmi?Əgər cavab "bəli"dirsə, bu, təhsil sisteminin modernləşdirilməsi istiqamətində ciddi addım ola bilər. Əgər cavab "xeyr"dirsə, onda söhbət islahatdan yox, sadəcə təhsil müddətinin kağız üzərində qısaldılmasından gedəcək.Diplomun müddətini azaltmaq asandır, keyfiyyəti qorumaq çətindir.

Təhsil sistemində ən təhlükəli yanaşmalardan biri rəqəmləri dəyişməklə nəticələrin də dəyişəcəyini düşünməkdir.
Dörd ili üç ilə salmaq texniki baxımdan mümkündür. Amma tələbənin fundamental biliklərini, analitik düşüncəsini, ixtisas hazırlığını, praktiki bacarıqlarını və dünyagörüşünü bir il ərzində necə kompensasiya etmək məsələsi daha ciddi yanaşma tələb edir.

Əgər proqram sadəcə sıxlaşdırılacaqsa, tələbə daha çox fənni daha qısa müddətdə mənimsəməyə məcbur olacaq. Bu isə tədrisin keyfiyyətinə, tələbənin psixoloji və akademik yükünə, mənimsəmə səviyyəsinə təsir göstərə bilər.
Ona görə də üçillik modelin fəlsəfəsi belə olmalıdır:"Dörd ilin proqramını üç ilə sıxışdırmaq" yox, "dörd ildəki lazımsız və təkrarlanan yükü aradan qaldıraraq üç ildə keyfiyyətli mütəxəssis hazırlamaq".Fərq məhz bundadır".

Təranə Paşayeva vurğulayıb ki, Universitetlər üçün rahatlıq dövrü başa çatmalıdır:

Əgər üçillik ali təhsil modeli tətbiq olunacaqsa, bundan sonra universitetlərin "diplom verən qurum" kimi fəaliyyət göstərməsi kifayət etməyəcək.Universitet öz məzununa cavabdeh olmalıdır.Məzun universiteti bitirdikdən sonra əmək bazarında öz ixtisası üzrə işləyə bilirmi? Praktiki bacarığı varmı? Müasir texnologiyalardan istifadə edə bilirmi? Xarici dil, rəqəmsal savadlılıq, komanda işi, analitik düşüncə kimi bacarıqlara sahibdirmi? Əgər bu sualların cavabı mənfidirsə, onda tələbənin universitetdə 3 il, 4 il, hətta 5 il oxumasının özü də problemi həll etmir.Deməli, söhbət təkcə müddətdən getmir. Söhbət universitetin verdiyi nəticədən gedir.

Əmək bazarı diplom yox, bacarıq tələb edir. Bu gün işəgötürən üçün diplomun üzərində yazılan tarixdən daha vacib məsələ məzunun nə bacardığıdır. Ali məktəbi bitirən gənc real iş mühitinə daxil olduqda "mən bu ixtisas üzrə diplom almışam" deməklə kifayətlənə bilməz. O, aldığı nəzəri bilikləri praktikada tətbiq etməyi bacarmalıdır.
Üçillik model məhz bu istiqamətdə qurularsa, ciddi üstünlük yarada bilər.

Tələbə daha tez məzun olur, daha tez işə başlayır, daha tez təcrübə toplayır. Bir gəncin əmək bazarına bir il daha erkən daxil olması onun peşəkar inkişafında əhəmiyyətli fərq yarada bilər.Amma bunun bir şərti var: universitet həmin gənci iş həyatına hazırlamalıdır.Əks halda üç il ərzində diplom almaq gəncin iş tapmaq imkanını avtomatik artırmayacaq.
Bütün ixtisasları eyni qəlibə salmaq olmazƏn ciddi məsələlərdən biri də budur.
Ali təhsilin bütün istiqamətləri eyni deyil. Bir ixtisas üzrə üç il kifayət edə bilər, digərində isə fundamental hazırlığın həcminə görə daha uzun müddət tələb oluna bilər.Xüsusilə yüksək səviyyədə nəzəri və praktiki hazırlıq tələb edən sahələrdə müddətin mexaniki şəkildə azaldılması yolverilməzdir.Ona görə də üçillik model tətbiq ediləcəksə, "hamıya eyni müddət" yanaşmasından uzaqlaşmaq lazımdır".

Təranə Paşayeva söyləyib ki, təhsil siyasətində çeviklik olmalıdır. İxtisasın xüsusiyyətləri, beynəlxalq standartlar, peşə tələbləri və əmək bazarının ehtiyacları nəzərə alınmalıdır:

Tələbənin vaxtı və ailənin büdcəsi də nəzərə alınmalıdır. Məsələnin sosial tərəfi də var.Universitet təhsilinin bir il qısalması ailələr üçün maliyyə yükünün azalmasına, tələbənin daha tez əmək fəaliyyətinə başlamasına və gənclərin iqtisadi müstəqilliyə daha sürətli çatmasına şərait yarada bilər.Bu, xüsusilə təhsil xərclərinin artdığı bir dövrdə əhəmiyyətli məsələdir. Lakin burada da bir paradoks ortaya çıxır: əgər təhsil müddəti azalır, amma keyfiyyət aşağı düşürsə, ailə bir il qənaət etməklə gələcəkdə övladının əlavə kurslara, sertifikatlara və yenidən ixtisaslaşmaya daha çox pul xərcləməsinə məcbur qala bilər.Bu halda qənaət görüntüsü yaranar, amma real iqtisadi yük azalmaya bilər.

Üçillik modelin ictimaiyyətə düzgün təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır.Bu dəyişiklik "artıq universiteti tez bitirmək mümkündür" kimi sadə şüara çevrilməməlidir.

Əsas mesaj tamam başqa olmalıdır:

Daha az müddətdə, daha keyfiyyətli, daha praktik və əmək bazarına daha hazırlıqlı mütəxəssis.
Əgər sistem yalnız "üç ilə diplom" məntiqinə keçərsə, bu, ali təhsilin mahiyyətinə zərbə vura bilər.Universitet sadəcə diplom almaq üçün keçilən mərhələ deyil. Universitet insanın dünyagörüşünün, peşəkar düşüncəsinin və intellektual potensialının formalaşdığı mühüm mərhələdir.

Üçillik model universitetləri də sınağa çəkəcək.Bu dəyişiklikdən sonra ən ciddi məsuliyyət universitetlərin üzərinə düşəcək.Tədris proqramları yenilənməli, lazımsız fənn və təkrarçılıq azaldılmalı, praktiki dərslər artırılmalı, laboratoriya və təcrübə imkanları genişləndirilməli, işəgötürənlərlə əlaqələr gücləndirilməlidir.
Universitetlər tələbəyə yalnız auditoriyada bilik verməklə kifayətlənməməlidir.Tələbə real layihələrdə iştirak etməli, istehsalat və peşə təcrübəsi keçməli, ixtisası üzrə konkret bacarıqlar əldə etməlidir. Əks halda üçillik sistem sadəcə "qısaldılmış bakalavr" modelinə çevriləcək.

Təhsildə əsas ölçü müddət yox, nəticədir.Əslində bu müzakirənin mərkəzində bir həqiqət dayanır:
Keyfiyyətli təhsili illərin sayı ilə ölçmək olmaz.Dünyada müxtəlif ali təhsil modelləri mövcuddur. Əsas məsələ həmin modelin hansı nəticə verməsidir.Əgər üç il ərzində tələbə fundamental bilik, praktik bacarıq və müasir əmək bazarına uyğun kompetensiyalar əldə edirsə, üçillik model kifayət qədər səmərəli ola bilər.Amma üç il yalnız "daha tez diplom" deməkdirsə, bu, islahat yox, sadəcə statistikanın dəyişdirilməsi olacaq.

İndi əsas məsuliyyət qərarvericilərin üzərindədir. Ali təhsilin müddətinin azaldılması barədə qərar veriləcəksə, ictimai müzakirə yalnız "3 il yaxşıdır, yoxsa 4 il?" sualı ətrafında aparılmamalıdır.

Daha ciddi suallar verilməlidir:
Üç il ərzində hansı fənlər tədris olunacaq?
Tədris yükü necə bölüşdürüləcək?
Praktiki hazırlıq necə təşkil ediləcək?
Məzunun kompetensiyaları necə ölçüləcək?
Universitetlərin maddi-texniki bazası buna hazırdırmı?
İşəgötürənlər bu məzunları hansı səviyyədə qəbul edəcək?
Bütün ixtisaslar üçün eyni model tətbiq ediləcəkmi?

Bu suallara aydın cavab verilmədən üçillik ali təhsil modelinin effektivliyi barədə qəti hökm vermək çətindir.

Üç il ola bilər, amma üçillik keyfiyyət olmamalıdır.Azərbaycanın ali təhsil sistemi dəyişən dünya ilə ayaqlaşmalıdır. Gənclər əmək bazarına daha tez çıxmalı, universitetlər daha çevik olmalı, təhsil proqramları müasir iqtisadiyyatın tələblərinə cavab verməlidir.Bu baxımdan ali təhsilin üç ilə endirilməsi ciddi imkanlar yarada bilər.
Amma bir şərtlə:

Bir il təhsildən yox, səmərəsiz və təkrarlanan tədris yükündən ixtisar edilməlidir.Çünki universitetdə bir il az oxumaq problem deyil. Problem üç ilin sonunda tələbənin əvvəlki dörd ildə əldə etməli olduğu bilik və bacarıqlardan məhrum qalmasıdır. Bu səbəbdən yeni modelin əsas şüarı belə olmalıdır:"Az müddət - çox keyfiyyət, az nəzəri yük - çox praktika, tez diplom - daha güclü mütəxəssis".Əgər bu balans qorunarsa, üçillik ali təhsil Azərbaycan təhsil sisteminin modernləşməsində mühüm mərhələ ola bilər" - deyə, Təranə Paşayeva bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 262
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 160
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 187
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

05.11.2026 416
.