Faşizm qayıdır, yoxsa cəmiyyətlər dəyişir? Avropanın yeni siyasi mənzərəsi

Faşizm qayıdır, yoxsa cəmiyyətlər dəyişir? Avropanın yeni siyasi mənzərəsiAlmaniyada siyasi mənzərə son illərin ən ciddi dəyişikliklərindən birini yaşayır. Uzun müddət ölkənin siyasi sistemində əsas xətt mərkəzçi partiyalar, xüsusilə Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyası (SPD) arasında formalaşsa da, son illərdə bu siyasi balans tədricən dəyişməyə başlayıb. İndi isə bu dəyişiklik daha aydın şəkildə özünü göstərir. Belə ki, sağ və xüsusilə ifrat sağın təmsilçisi hesab olunan Alternativ für Deutschland (AfD) getdikcə daha böyük seçici kütləsini öz ətrafında birləşdirir.

Məsələn, AfD Saksoniya-Anhalt əyalətində ifrat sağçı hesab olunan siyasi qüvvələr arasında rekord nəticə göstərərək tarixə keçib. Qeyd edək ki, AfD-nin bu nəticəsi 1932-ci ildə səslərin 40,88 faizini qazanan NSDAP-ın (nasistlərin) göstəricisini də üstələyib. Bu səbəbdən nəticə həm siyasi, həm də tarixi baxımdan Almaniyada və bir çox digər ölkələrdə ciddi müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verəm politoloq Turan Rzayev bildirib ki, əslində, hazırda dünyanın bir çox ölkəsində sağ partiyaların yüksəlişi müşahidə olunur. Münaqişələrin yenidən alovlandığı, yeni müharibələrin başladığı, köhnə ittifaqların zəiflədiyi və yeni siyasi blokların formalaşdığı geosiyasi şəraitdə bu proses müəyyən narahatlıq doğurur:

"Sağın yüksəlişi həm də dünyanın kollektiv yaddaşındakı tarixi travmaları yenidən gündəmə gətirib. Belə ki, əvvəlcə İtaliyada baş nazir Corciya Meloninin hakimiyyətə gəlməsi, daha sonra Yaponiyada sərt millətçi və mühafizəkar xətti təmsil edən Sanae Takaichinin siyasi yüksəlişi, indi isə diqqətlərin Almaniyada Alice Weidelin rəhbərlik etdiyi AfD-nin sürətlə güclənməsinə yönəlməsi XX əsrin birinci yarısında İtaliyada Benito Mussolininin faşistlərinin, Yaponiyada militarist və millətçi qüvvələrin, Almaniyada isə Adolf Hitlerin rəhbərliyi altında nasizmin yüksəlişi ilə paralellərin aparılmasına səbəb olur.

Qeyd edək ki, bir əsr əvvəl İtaliya, Yaponiya və Almaniyada millətçi və daha radikal siyasi qüvvələrin ardıcıl şəkildə güclənməsi bu ölkələrin xarici siyasətində də ciddi dəyişikliklər yaratdı və nəticədə dünya İkinci Dünya müharibəsinə sürükləndi. Bu gün isə yenidən həmin üç ölkədə - fərqli formalarda və tamamilə fərqli siyasi sistemlər daxilində - milli maraqların, sərhədlərin, təhlükəsizliyin, hərbi gücün və milli kimliyin siyasətdə daha çox ön plana çıxmasının şahidi oluruq.

Tarix təkrardan ibarətdir. Lakin tarixin eyni formada təkrarlanacağını söyləmək üçün heç bir əsas yoxdur. Sağın yüksəlişinə birbaşa "faşizmin qayıdışı" prizmasından baxmaq da bir qədər qeyri-real yanaşmadır. Bugünkü vəziyyət, daha çox, 1930-cu illəri xatırladan müəyyən siyasi mexanizmlərin yenidən meydana çıxması kimi qiymətləndirilə bilər.

Əsas məsələ cəmiyyətdə yaranan narazılıqların necə idarə edilməsidir. Əgər iqtisadi, sosial və demoqrafik problemlərə mərkəzçi siyasi qüvvələr inandırıcı cavab verə bilmirlərsə, daha sərt millətçi və populist qüvvələr üçün siyasi məkan genişlənir.

Əslində, diqqət çəkən məqam təkcə adıçəkilən siyasətçilərin ideoloji mövqeləri deyil. Daha əhəmiyyətlisi, onların yüksəlişinin müxtəlif ölkələrdə oxşar sosial narahatlıqlar fonunda baş verməsidir. Miqrasiya, milli kimlik, təhlükəsizlik, iqtisadi qeyri-müəyyənlik, qloballaşmadan narazılıq və ənənəvi siyasi elitalara inamın azalması sağ və millətçi qüvvələrin əsas siyasi kapitalına çevrilir.

Bu baxımdan, bugünkü siyasi prosesləri birbaşa faşizm və nasizmin qayıdışı kimi qiymətləndirmək doğru olmaz. Lakin tarixdən məlum olan müəyyən siyasi mexanizmlərin yenidən meydana çıxması cəmiyyətlərin və siyasi institutların diqqətli olmasını zəruri edir. Əsas sual faşizmin geri qayıdıb-qayıtmaması deyil, müasir cəmiyyətlərin yaranan sosial, iqtisadi və siyasi narazılıqları hansı yollarla idarə edə bilməsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 187
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.