Sİ-ni "Psixoloq" kimi istifadə etmək: Emosional dəstək, yoxsa təhlükəli yanılsama?
"İnsanların süni intellektlə (Sİ) dərdlərini və problemlərini bölüşməsi bir növ emosional boşluğu doldurmaq cəhdi kimi görünə bilər. Lakin burada ciddi risklər də var.
Sİ insanın hisslərini real şəkildə yaşamır və anlamır. O, istifadəçinin yazdığı kədərli ifadələrə uyğun statistik olaraq ən münasib təsəlli sözlərini seçir. Bu, real empatiya deyil, empatiyanın simulyasiyasıdır.
Digər mühüm məsələ klinik məsuliyyətin olmamasıdır. Əsl psixoloq pasiyentdə depressiya və ya özünə zərər vermə riski gördükdə peşəkar və hüquqi məsuliyyət daşıyır. Sİ isə proqramdır və yanlış və ya təhlükəli məsləhət verdiyi halda onun arxasında klinik məsuliyyət daşıyan mütəxəssis yoxdur.
Bu səbəbdən Sİ-dən düşüncələri ifadə etmək və onları sistemləşdirmək üçün istifadə etmək faydalı ola bilər. Lakin onu psixoloji müalicəni əvəz edən vasitə kimi qəbul etmək təhlükəlidir".
Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.
Sİ-ni "falçı" kimi istifadə etmək: Ehtimal, yoxsa taleyin proqnozu?
O, qeyd edib ki, Sİ-nin gələcəyi bildiyini düşünmək onun iş prinsipini yanlış anlamaqdır. Süni intellekt gələcəkdə baş verəcək hadisələri bilmir; o, verilən suala uyğun ən ehtimal olunan cavabı formalaşdırır:
"Məsələn, Sİ-dən "Sabah işim necə olacaq?" soruşduqda o, fal deyil, mövcud məlumatlar və ümumi ehtimallar əsasında proqnoz xarakterli cavab verir. Bu, hesablayıcıdan "bəxtim necədir?" soruşmağa bənzəyir: o, rəqəmləri hesablaya bilər, amma insanın taleyini müəyyənləşdirə bilməz.
Bu, Sİ-dən "ucuz istifadə"dirmi?
Buna "pis istifadə" deməkdənsə, "mövzuya yanlış yanaşma" demək daha doğru olar.
Süni intellekt insanın intellektual imkanlarını genişləndirən güclü vasitədir. Onu kod yazmaq, xərcləri təhlil etmək, yeni dillər öyrənmək, məlumatları sistemləşdirmək və mürəkkəb problemləri həll etmək əvəzinə yalnız "falçı" və ya "psixoloq" kimi istifadə etmək böyük potensialın itirilməsi deməkdir.
Burada sosial risk də var. Əgər cəmiyyət Sİ-dən əsasən emosional və mənəvi boşluqları doldurmaq üçün istifadə etməyə alışarsa, texnologiyanın elm, iqtisadiyyat, təhsil və yeni kəşflər üçün yaratdığı imkanlardan kifayət qədər yararlana bilmərik.
Nəticə etibarilə, süni intellekt insan ruhunun əvəzedicisi deyil, zəkanın genişləndiricisi olmalıdır. Ondan falçı kimi deyil, məsləhətçi; psixoloq kimi deyil, düşüncə tərəfdaşı kimi istifadə etmək daha doğrudur.
Sİ sizə nə edəcəyinizi diktə edən "qismətçi" deyil, nələr edə biləcəyinizi göstərən "imkanlar xəritəsi" olmalıdır. Texnologiyanı ruhunuzu əvəz etmək üçün deyil, imkanlarınızı genişləndirmək üçün istifadə edin".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1030 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 52 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 368 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 330 Ərdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
05.11.2026 400 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
05.11.2026 475 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
05.11.2026 412 Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark
05.11.2026 264 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 406 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 308