Daşınmaz əmlak alarkən bu səhvə yol verməyin - pulunuzu itirə bilərsiniz

Daşınmaz əmlak alarkən bu səhvə yol verməyin - pulunuzu itirə bilərsiniz"Daşınmaz əmlakla bağlı hüququn ən etibarlı təminatlarından biri dövlət qeydiyyatıdır. Vətəndaş torpaq, mənzil və ya qeyri-yaşayış sahəsi əldə edərkən həmin əmlakın hüquqi statusunu mütləq araşdırmalıdır. Əmlakın kimə məxsus olması, üzərində həbs, ipoteka, icarə hüququ və ya digər məhdudiyyətlərin olub-olmaması əvvəlcədən yoxlanılmalıdır".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, xüsusilə torpaq sahələrinin alqı-satqısı zamanı vətəndaşlar daha diqqətli olmalıdırlar. Çünki praktikada rast gəlinən əsas problemlərdən biri təyinatı və hüquqi statusu tam aydın olmayan torpaqların satılmasıdır. Torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara və ya digər kateqoriyalara aid olması gələcəkdə həmin ərazidən istifadə imkanlarına birbaşa təsir göstərir:
Daşınmaz əmlak alarkən bu səhvə yol verməyin - pulunuzu itirə bilərsiniz"Vətəndaş yalnız "torpağın sənədi var" ifadəsi ilə kifayətlənməməlidir. Torpağın çıxarışı, texniki sənədləri, planı, ölçüləri, sərhədləri və təyinatı diqqətlə araşdırılmalıdır. Həmçinin faktiki istifadə olunan sahə ilə dövlət qeydiyyatında göstərilən sahənin uyğunluğu yoxlanılmalıdır.

Mənzillərlə bağlı isə ən çox rast gəlinən problemlərdən biri ilkin müqavilə, order, etibarnamə və ya digər sənədlər əsasında faktiki istifadə olunan, lakin dövlət qeydiyyatından keçməmiş əmlaklarla bağlıdır. Vətəndaş anlamalıdır ki, müəyyən sənədin mövcudluğu hər zaman mülkiyyət hüququnun tam şəkildə rəsmiləşdirilməsi demək deyil.

Daşınmaz əmlak alarkən əsas prinsiplərdən biri "əvvəl hüquqi yoxlama, sonra maliyyə qərarı" olmalıdır.

Yəni vətəndaş hər hansı mənzil və ya qeyri-yaşayış sahəsi üçün pul ödəməzdən əvvəl həmin əmlakın hüquqi vəziyyətini peşəkar şəkildə araşdırmalıdır. Əmlakın əvvəlki sahibləri, mülkiyyət tarixçəsi, mümkün məhkəmə mübahisələri, ipoteka və digər yüklülüklər də əvvəlcədən yoxlanılmalıdır.

Digər vacib məsələ isə daşınmaz əmlakla bağlı bütün sənədlərin sistemli şəkildə saxlanılmasıdır. Çıxarışlar, alqı-satqı müqavilələri, ödəniş qəbzləri, texniki pasportlar, plan və ölçü sənədləri, kommunal ödənişlər və digər hüquqi əhəmiyyətli sənədlər gələcəkdə yarana biləcək mübahisələr zamanı mühüm sübut vasitəsinə çevrilə bilər.

Əgər vətəndaşın torpaq, mənzil və ya qeyri-yaşayış sahəsi ilə bağlı hüququ pozulubsa, ilk növbədə məsələ hüquqi sənədlər əsasında təhlil edilməlidir. Problemin inzibati qaydada, danışıqlar yolu ilə, mediasiya vasitəsilə və ya məhkəmə qaydasında həll edilməsinin mümkünlüyü müəyyənləşdirilməlidir.

Hər bir mübahisəni dərhal məhkəməyə çıxarmaq ən optimal yol olmaya bilər. Bəzi hallarda düzgün hüquqi mövqe, peşəkar danışıqlar və sənədlərin hüquqi təhlili problemin daha qısa müddətdə həllinə imkan verir.

Lakin mülkiyyət hüququnun pozulması, qanunsuz müdaxilə, torpaq sərhədləri ilə bağlı mübahisələr, qanunsuz tikinti, icarə münasibətlərindən yaranan problemlər və ya mülkiyyət hüququnun tanınması məsələləri yarandıqda hüquqi müdafiə mexanizmlərindən vaxtında istifadə etmək vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 262
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 160
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 187
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

05.11.2026 416
.