"Oxumayım, YouTube-a video çəkim" - Bu düşüncə niyə təhlükəlidir?
"Yalnız "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi üzərində karyera qurmaq risklidir və bu model nadir hallarda dayanıqlı olur. Uğur mümkündür, amma bu yol çoxları üçün təsəvvür edildiyi qədər real deyil".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, statistik olaraq YouTube, TikTok, Instagram və digər sosial media platformaları üzərindən sabit və yetərli gəlir əldə edənlərin sayı kifayət qədər azdır. Əgər insanın konkret ixtisası və ya dərin biliklərə malik olduğu bir sahə yoxdursa, "Video çəkim, bəlkə tutdu" yanaşması olduqca qeyri-sabit modeldir. Bu, daha çox uzunmüddətli səbr və davamlılıq tələb edən qeyri-müəyyən məşğuliyyətdir:
"Biznes və reklam məqsədli kontentləri kənara qoysaq, sosial mediadan davamlı gəlir əldə edənlərin böyük hissəsi müəyyən peşəyə və bacarığa sahib insanlardır. Məsələn, müəllim dərs izah edir, mühəndis texnologiyalar haqqında məlumat verir, həkim maarifləndirici sağlamlıq videoları hazırlayır, usta isə praktiki bacarıqlarını nümayiş etdirir. Bu halda YouTube və digər platformalar onların əsas işi deyil, sahib olduqları peşənin vitrininə çevrilir.
Hekayə danışmağı bacaran, cəmiyyətin marağına toxunan və diqqət çəkən insanlar da sosial mediada fərqlənə bilərlər. Lakin bu, xüsusi bacarıq və istedad tələb edir və hər kəsdə eyni səviyyədə olmur.
Sadəcə "məşhur olum" düşüncəsi ilə sosial mediaya daxil olmaq isə ən riskli yanaşmalardan biridir. Çünki bu modeldə konkret dəyər təklifi olmadıqda uzunmüddətli və sadiq auditoriya formalaşdırmaq çətinləşir.
Ən sağlam model əvvəlcə peşə və bacarıq əldə etmək, daha sonra sosial mediadan həmin peşəni inkişaf etdirmək və tanıtmaq üçün istifadə etməkdir.
Məsələn, kənddə yaşayan bir gənc elektrik ustalığını öyrənir və eyni zamanda YouTube-da "evdə elektrik təmiri" mövzusunda videolar paylaşır. Bir neçə ildən sonra onun həm real peşəsi, həm də onlayn auditoriyası formalaşır. Bu isə daha real və dayanıqlı karyera modelidir.
"Oxumayım, ixtisas öyrənməyim, sadəcə YouTube üçün video çəkim" düşüncəsi doğru yanaşma deyil. Çünki sosial media gəliri heç vaxt tam zəmanətli deyil. Peşə və bacarıq isə insanın əlində uzun illər qala bilən kapitaldır.
Ona görə də yalnız sosial media üzərindən, hər hansı peşə və ya konkret bacarıq olmadan pul qazanmağa ümid bağlamaq riskli yanaşmadır. Ən doğru yol peşə sahibi olmaq, sosial medianı isə həmin peşənin inkişafı və gəlir imkanlarının artırılması üçün bir vasitəyə çevirməkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 724 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!
Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz
05.11.2026 262 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
05.11.2026 258 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 290 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327 Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"
05.11.2026 221 Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki
05.11.2026 160 Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar
Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş
05.11.2026 187 Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark
05.11.2026 241 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
05.11.2026 416