Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA

Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMANATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir.

Onun sözlərinə görə, Moskvanın bu addımları Avropa ölkələrinin müdafiə xərclərini artırmasının vacibliyini daha da ortaya qoyur. NATO baş katibi həmçinin Avropanın öz təhlükəsizliyinə daha böyük məsuliyyət götürməli olduğunu vurğulayıb.

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Rusiyanın Avropaya qarşı təhdidlərinin artması NATO-nun müdafiə siyasətinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, NATO baş katibi Mark Ruttenin Rusiyanın Avropada yaratdığı təhlükə ilə bağlı açıqlaması alyans daxilində təhlükəsizlik məsələlərinin yenidən ön plana çıxdığını göstərir: "Rusiya ilə bağlı kiberhücum, sabotaj və digər hibrid təhdidlərin gündəmə gətirilməsi Avropa ölkələrinin müdafiə xərclərini artırmaq siyasətinin əsas arqumentlərindən birinə çevrilir. Ruttenin açıqlamalarını yalnız Ukrayna müharibəsi kontekstində qiymətləndirmək düzgün olmaz. Burada söhbət NATO ilə Rusiya arasında birbaşa hərbi qarşıdurmadan daha çox, Avropanın təhlükəsizlik arxitekturasının dəyişməsindən gedir. Avropa dövlətləri artıq Rusiyadan gələn təhlükəni yalnız klassik hərbi təhdid kimi deyil, kiberhücumlar, sabotaj, pilotsuz uçuş aparatları və digər hibrid vasitələr üzərindən də qiymətləndirirlər.

NATO-nun müdafiə xərclərinin artırılması ilə bağlı mövqeyinin arxasında da məhz bu amillər dayanır. Avropa ölkələri hesab edirlər ki, təhlükəsizlik sahəsində ABŞ-dan asılılığı azaltmaq və öz hərbi imkanlarını gücləndirmək lazımdır. Ruttenin açıqlaması həm də Rusiyaya siyasi mesajdır. NATO göstərmək istəyir ki, Avropanın təhlükəsizliyinə yönələn hər hansı təhdid alyans tərəfindən ciddi qəbul edilir və buna uyğun tədbirlər görüləcək. Bununla yanaşı, belə bəyanatlar gərginliyin daha da artmasına səbəb olmamalı, diplomatik kanallar da açıq saxlanılmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 849   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən

11.10.2026 186
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy

11.10.2026 203
.

Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını

11.10.2026 114
.

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO

2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi

11.10.2026 181
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11.10.2026 190
.

ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi

ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş

11.10.2026 141
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11.10.2026 194
.

İranın Azərbaycan uşaqlarına mümkün təsiri: "Zəhərləmə" iddiasının siyasi, informasiya və milli təhlükəsizlik aspektlərində analitik TƏHLİL

"Azərbaycan uşaqlarının təhlükəsizliyi ətrafında yaranan müzakirələrə yalnız ayrı-ayrı hadisələr prizmasından yanaşmaq kifayət deyil. Bu məsələ daha geniş çərçivədə - regional siyasi münasibətlər, informasiya müharibəsi, dini ideoloji təsirlər, ictimai təhlükəsizlik və milli kimliyin qorunması kontekstind

11.10.2026 280
.

ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər

11.10.2026 180
.