Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur.
Bəs bu dəyişiklik dövlət qurumlarında əməkhaqqı sisteminə necə təsir göstərə bilər? Gələcəkdə dövlət sektorunda maaşların hesablanması və əlavələrin müəyyənləşdirilməsi hansı prinsiplər əsasında aparıla bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, büdcədənkənar vəsait hesabına əməkhaqqına əlavələrə limit qoyulması dövlət qurumlarında maaş sisteminin daha şəffaf və vahid prinsiplər əsasında qurulmasına səbəb ola bilər. Onun sözlərinə görə, burada əsas məqsəd eyni və ya oxşar vəzifələr üzrə əməkhaqqında kəskin fərqlərin yaranmasının qarşısını almaq və əlavə ödənişlərin şəxsi qərarlardan daha çox konkret meyarlarla müəyyənləşdirilməsini təmin etməkdir: "Gələcəkdə əməkhaqqının əsas hissəsinin və əlavələrin vahid tarif və ya vəzifə sistemi üzrə tənzimlənməsi, əlavələrin isə işin nəticəsi, vəzifənin məsuliyyət səviyyəsi, peşəkarlıq və fəaliyyət göstəriciləri ilə əlaqələndirilməsi mümkündür.
Bu halda daha çox işləyən və daha yüksək nəticə göstərən əməkdaşın əlavə gəlir əldə etməsi üçün şəffaf mexanizm yaradılmalıdır. Eyni zamanda, dövlət qurumlarında müxtəlif mənbələr hesabına formalaşan əməkhaqqı fərqlərinin azaldılması dövlət qulluğunda vahid və proqnozlaşdırılan gəlir sisteminin formalaşmasına xidmət edə bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 918 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 185 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 361 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 307 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
15:15 112 Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
14:30 132 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 459 Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
11:00 217 Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq
Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"
11:45 192 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 297