Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMarketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir.

Bəs açıq şəkildə satılan quru meyvələr nə qədər təhlükəsizdir? Bu məhsulların satış və saxlanma şəraiti hansı tələblərə cavab verməlidir və istehlakçı alarkən nələrə diqqət etməlidir?
Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, marketlərdə açıq şəkildə, yəni qablaşdırılmadan satılan quru meyvələrin təhlükəsizliyini yalnız məhsulun görünüşünə əsasən qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, quru meyvələrdə su miqdarı təzə meyvələrlə müqayisədə az olduğundan bir çox mikroorqanizmlərin inkişafı məhdudlaşır: "Lakin bu, onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Açıq satış zamanı məhsul toz, çirk, əllə təmas, həşəratlar və digər xarici çirklənmələrə məruz qala bilər. Xüsusilə məhsul uzun müddət açıq saxlanılırsa, onun hansı şəraitdə və nə qədər müddət qorunduğunu müəyyən etmək çətinləşir. Rütubətli mühitdə saxlanılan quru meyvələrdə kif və kif toksinlərinin yaranması da mümkün risklərdəndir. Bundan başqa, bəzi quru meyvələrdə kükürd dioksid kimi qoruyucu maddələrdən istifadə olunur və bu barədə məlumat istehlakçı üçün əlçatan olmalıdır.

Bu məhsulları alarkən təmiz, qapalı və qorunan vitrinlərdə saxlanılan, çeşidləmə və satış üçün xüsusi alətlərdən istifadə olunan məhsullara üstünlük vermək lazımdır. Quru meyvənin üzərində kif, həddindən artıq yapışqanlıq, qeyri-adi qoxu, rəng dəyişməsi və ya həşərat izləri varsa, alınmamalıdır. Məhsulun həddindən artıq parlaq və qeyri-təbii görünməsi də onun tərkibi barədə satıcıdan məlumat almaq üçün səbəbdir.

Ən təhlükəsiz seçim isə istehsalçı, tərkib, son istifadə müddəti və saxlanma şəraiti göstərilən qablaşdırılmış məhsullardır. Açıq məhsul alınacaqsa, onun satış şəraitinə diqqət etmək vacibdir. Evə gətirildikdən sonra da quru, sərin və təmiz, qapaqlı qabda saxlanılması məsləhətdir.

Yəni quru meyvənin açıq satılması avtomatik olaraq onun təhlükəli olduğu demək deyil, amma açıq satış məhsulun çirklənmə və düzgün saxlanmama riskini artırır. Burada həm marketin saxlama və gigiyena qaydalarına əməl etməsi, həm də istehlakçının məhsulun görünüşünə və satış şəraitinə diqqət etməsi mühüm rol oynayır.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 262
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 160
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 187
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 241
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

05.11.2026 416
.