Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır

Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılırƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial layihəsi çərçivəsində kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzillərin satışı davam edir.

Milli.Az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, həmçinin çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.

Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilərsiniz.

Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.

Mənzili bron edərək alan şəxslə ƏƏSMN arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.

Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 591   Tarix: 14 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir. "Qafqazinfo" xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-da

15:02 310
.

Torpağın qiymətini nə müəyyən edir: yerləşmə, yoxsa hüquqi təyinat?

Torpaq bazarında ən çox müzakirə olunan məsələlərdən biri qiymətə hansı amilin daha çox təsir etməsidir: yerləşmə, yoxsa hüquqi təyinat? Mənim fikrimcə, bu iki amili bir-birindən ayırmaq düzgün deyil. Çünki yerləşmə torpağın bazar cəlbediciliyini, hüquqi təyinat isə onun hansı iqtisadi məqsədlər üçü

11:35 229
.

Ermənistan Rusiyaya dair mövqeyini açıqladı

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ölkənin İctimai Televiziyasına müsahibəsində Rusiya ilə münasibətlərdə "körpülərin yandırılması" ehtimalı barədə danışıb. xəbər verir ki, Kostanyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın dekabrın 3-də Moskvaya səfəri planlaşdırılır

10:58 202
.

Kəlbəcər turizmin yeni ünvanına çevrilir: Təbii gözəlliklər, tarixi irs və böyük inkişaf perspektivləri

Azərbaycanın ən füsunkar guşələrindən biri olan Kəlbəcər işğaldan azad edildikdən sonra ölkənin sosial-iqtisadi, mədəni və turizm həyatında yeni mərhələyə qədəm qoyub. Uzun illər ərzində doğma yurdlarından ayrı düşmüş insanların qayıdış arzusu ilə yanaşı, bu qədim diyarın yenidən qurulması, iqtisad

18:30 159
.

Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi

Azərbaycan toylarında süfrəyə təqdim olunan yeməklərin çeşidinin çoxluğu zaman-zaman müzakirələrə səbəb olur. Milli Məclisin deputatı Fazil Mustafanın toylarda 20 çeşid yeməyin təqdim edilməsini "vəhşilik" adlandırması bu mövzunu yenidən gündəmə gətirib. Lakin məsələ təkcə israfçılıqla məhdudlaşmır

19:30 139
.

Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdc

15:52 198
.

Filarmoniyaya bilet aldı, konsert əvəzinə divarı izlədi

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert izləməyə gələn tamaşaçı zalda oturacaqların yerləşməsindən şikayətlənib. Axşam.az xəbər verir ki, o, amfiteatr hissəsinə bilet alsa da, səhnəni görə bilmədiyini bildirib. Tamaşaçı qeyd edib ki, stollar elə formada düzülüb ki, ancaq divarı görmək mümkündür:

24.11.2026 515
.

Maaş xərclərə çatmır, çıxış yolu kredit olur

Əhalinin borc yükündən qurtula bilməməsini yalnız insanların şəxsi maliyyə vəsaitlərini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Bu problemin yaranmasında həm maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik zəruri xərcləri tam qarşılamaqda çətinlik çəkməsi eyni vaxtda rol oynayır

12:09 237
.

Məktəbi kimlər idarə etməlidir? - Dünya və bizdə bu məsələnin PƏRDƏARXASI

Məktəb direktoru olmaq üçün yaxşı müəllim olmaq kifayətdirmi? Yüksək imtahan nəticəsi göstərən hər bir namizəd yüzlərlə şagirdin, onlarla müəllimin çalışdığı təhsil müəssisəsini uğurla idarə edə bilərmi?. Son illər Azərbaycanda məktəb direktorlarının fəaliyyətində aşkarlanan nöqsanlar, valideynləri

18:15 168
.