İynəsiz, həbsiz arıqlama: Aclığı azaldan dörd effektiv üsul
İynə və həblərdən istifadə etmədən aclıq hissini azaltmağın dörd effektiv yolu var.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı endokrinoloq Natalya Tanıqina Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, aclığı azaltmaq üçün asan həzm olunan (sürətli) karbohidratların məhdudlaşdırılması, yuxu rejiminin normallaşdırılması, müntəzəm fiziki aktivlik və qida rasionunda zülalın artırılması əsas rol oynayır.
Natalya Tanıqina bildirib ki, aclıq hormonu olan qrelin orqanizmdə insulin ifrazı ilə birbaşa əlaqəlidir. İnsan nə qədər çox ac qalarsa, insulin ifrazı da bir o qədər güclənir. Bu, insulinin karbohidratların beyinə daşınmasını sürətləndirməsi ilə izah olunur. Nəticədə qanda şəkərin səviyyəsi düşür və bu zaman insan özünü qıcıqlanmış və ya yorğun hiss edə, şirin qidalara meyil göstərə bilər. Lakin belə istəklərə dərhal tabe olmaq tövsiyə edilmir.
"Şirin qidalar qəbul edildikdən sonra qanda şəkərin səviyyəsi çox sürətlə yüksəlir, mədəaltı vəzi daha çox insulin ifraz edir və bu da növbəti aclıq dalğasını yaradır. Belə "şəkər yelləncəkləri" insulin ifrazında, dolayısı ilə qrelin hormonunda balanssızlığa səbəb olur. Bu vəziyyət tez-tez onunla nəticələnir ki, insan kifayət qədər kalorili qida qəbul etsə belə, əgər şirniyyat yeməyibsə, özünü tox hiss etmir", - deyə həkim izah edib.
Belə halların qarşısını almaq üçün qida rasionuna mürəkkəb karbohidratlar - orqanizmi uzunmüddətli enerji ilə təmin edən tam taxıllar, paxlalılar və nişastalı tərəvəzlər - daxil edilməlidir. Mütəxəssisin sözlərinə görə, aclıq hissini ən effektiv şəkildə azaldan əsas qida elementi isə zülaldır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 305 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 364 Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
18:30 109 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır. xəbər verir ki, bunu rusiyalı somnoloq və terapevt Karina Aqibalova -ya müsahibəsində deyib. O, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib. Həkim bildirib ki, yuxunun əsas funksiyalarında
30.08.2026 276 Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15.09.2026 357 Qaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
01.09.2026 345 Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
06.09.2026 484 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 371 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 484