"Epşteyn intihar etməyib, qətlə yetirilib" - Video
Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddia irəli sürülüb. Tanınmış məhkəmə eksperti Epşteynin rəsmi açıqlamalarda iddia edildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib.
"Qafqazinfo"nun xəbərinə görə, BBC-nin "Newsnight" proqramına açıqlama verən professor Maykl Friman məhkəmə ekspertizasının sənədlərini və fotoşəkillərini nəzərdən keçirdikdən sonra Epşteynin, çox güman ki, arxadan boğulduğu qənaətinə gəldiyini açıqlayıb.
Meyiti şəxsən görməyən, lakin təhlilini mərhumun qardaşı Mark Epşteynin təqdim etdiyi sənədlər və fotolar əsasında aparan Friman tədqiqatının tamamilə müstəqil olduğunu vurğulayıb. Onun sözlərinə görə, Epşteynin sol çiynində dərin qanaxma və üzündə zərbə izləri mövcuddur. Boyundakı izlər arxadan boğulma halına uyğun gəlir və qurbanın ipi boynundan çıxarmağa çalışarkən yaranan dırnaq izləri də nəzərə çarpır.
"Yaralanmalar və cəsədin tapılma şəkli bir-birinə uyğun gəlmir. Yeganə izahat ölümün qətl olmasıdır", - ekspert qətiyyətlə bildirib.
Xatırladaq ki, 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı Metropoliten İslah Mərkəzində ölü tapılan Epşteynin ölümündən sonra meyitin müayinəsini həyata keçirən baş məhkəmə eksperti Dr. Barbara Sampson əvvəllər belə demişdi: "Epşteynin ölümünün səbəbi və şəkli ilə bağlı gəldiyimiz qənaətin tamamilə arxasındayam".
Müayinədə iştirak edən patoloqlar da Ədliyyə Nazirliyinə təqdim etdikləri hesabatda xəsarətlərin asılma ilə uyğun gəldiyini, boğulma qurbanlarında müşahidə olunan müdafiə xəsarətlərinin isə mövcud olmadığını bildirmişdilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 61 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
11:40 255 "20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
11:27 485 Niyə istədiyiniz insanı tapa bilmirsiniz? - Problem taledə deyilmiş
Tanışlıq tətbiqləri, dost tövsiyələri və çoxsaylı görüşlər bəzən uzunmüddətli münasibət qurmaq üçün kifayət etmir. Yeni araşdırmaya görə, bunun səbəblərindən biri insanın münasibət qurmaq istəyinin arxasında dayanan motivlərlə bağlı ola bilər. xarici mediaya istinadla xəbər verir ki, Toronto Universitetind
18:15 207 "Epşteyn intihar etməyib, qətlə yetirilib" - Video
Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddia irəli sürülüb. Tanınmış məhkəmə eksperti Epşteynin rəsmi açıqlamalarda iddia edildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib. "Qafqazinfo"nu
23:30 1 Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
15:30 290 Rumıniya baş naziri: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Pilotsuz uçuş aparatlarının Qara dənizdə ticarət gəmilərinə endirdiyi zərbələr qəbuledilməzdir və dəniz təhlükəsizliyi üçün ciddi təhdid yaradır. xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Luka Nikulesku X sosial şəbəkəsində paylaşım edib. "Qara dənizdə dəniz təhlükəsizliyi yenidən təhdi
11:25 234 "Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
16:19 266 Tikinti şirkəti mənzili vaxtında təhvil vermirsə, vətəndaş hansı hüquqlara malikdir?
Mənzil tikintisi sektorunda vətəndaşlarla tikinti şirkətləri arasında yaranan mübahisələrin əsas səbəblərindən biri müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Vətəndaşlar bəzən illərlə topladıqları vəsaiti mənzil almaq məqsədilə tikinti şirkətlərinə ödəyir, lakin müqavilədə göstərilə
15:20 273 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi
Milli Məclis "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsini qəbul edib. xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 2027-ci il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əməkqabiliyyətli əhali üçün 33
21:00 157