Güclü qadın olmaq, həyat tərzi və alış-veriş sevgisi - Aygün Kazımova ilə müsahibə
"Geyimlərimin hamısı özümdə qalır. Paltarımı nə hədiyyə edirəm, nə də satıram. Satmaq mənlik deyil. Hər bir geyimim mənim üçün xatirədir. Bir dəfə geyinsəm belə, onu saxlayıram. Həm də sıradan geyimlər geyinmirəm".
Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Aygün Kazımova deyib. Pop kraliça ona ünvanlanan sualları cavablandırıb. Səhnəyə çıxmağın onun üçün xüsusi hazırlıq tələb etdiyini bildirən ölkənin əsas ulduzu bunları söyləyib:
"Demək olar ki, hər gün səhnədəyəm. Hər çıxış üçün yeni obraz, yeni geyim hazırlanmalıdır. Mənim üçün bu, əsl sənət əsəridir. Fərqi yoxdur, böyük konsertdir, yoxsa bir mahnı və ya bir saatlıq proqram. İllərdir birlikdə çalışdığım böyük komandam var - Rüfət İsmayıl, Ruxa, Günəş Nur və digərləri. Hətta bir mahnı oxuyacağım çıxış üçün belə ciddi hazırlıq görülür".
Kazımova alış-verişə olan sevgisindən də danışıb:
"Mən mağazaya getmirəm, mağaza bizə gəlir. Çox alış-veriş edirəm. Ruxa hər dəfə deyir ki, bu qədər geyimə pul xərcləmə. Amma sonradan baxıb deyir, yaxşı ki, almısan. Bu, həm qadınlığımdan, həm də sənətimə olan sevgidən irəli gəlir. Aldığım geyimlərin hamısını da saxlayıram".
Xalq artisti günə necə başladığını da açıqlayıb:
"Səhərlər çox erkən oyanıram. Axşam çıxışım yoxdursa, tez yatıram. Sevdiyim qızlarım - Yanita, Şarlin və Merlin həmişə yanımda olur. Günə isti su və zeytun yağı ilə başlayıram, sonra qəhvəmi içirəm. Ardınca idman edirəm. Yay aylarında dəniz kənarına gedir, günəş vannası qəbul edib gəzintiyə çıxıram. Sonra evə qayıdıb yemək yeyirəm, bir qədər dincəlirəm və günün ən maraqlı hissəsi başlayır: bu gün nə geyinəcəyimi düşünürəm".
"Güclü qadın olmaq sizin üçün nə deməkdir" sualını isə A.Kazımova belə cavablandırıb:
"Güclü qadın olmaq Aygün Kazımova deməkdir. Qadını cazibədar edən onun təmkinli və hövsələli olmasıdır. Əsl qadına xas xüsusiyyətlərə sahib olmaq vacibdir. Güclü qadın olmaq həm üstünlük, həm də məsuliyyətdir. Gözəl qadına əvvəlcə görünüşünə görə yanaşırlar. Amma onu tanıyandan, danışığını eşidəndən sonra fikirləri dəyişir. Bəzən gözəllik qadına problem də yarada bilir. Güclü qadın isə harada necə davranacağını, nəyi deyib-deməyəcəyini bilir və bu da ona uğur qazandırır".
Kazımova görünüşündəki dəyişiklik və plastik əməliyyatlarla bağlı sualı da cavablandırıb:
"Əsas məsələ insanın enerjisidir. Təkcə plastik əməliyyatla heç nə həll olunmur. Hər şey kompleks şəkildə edilməlidir. Sevindirici haldır ki, xanımlarımız artıq peşəkar həkimlərə müraciət edirlər. Mənim də həkimlərim hər zaman öz sahələrinin ən yaxşıları olublar, hamı onlara müraciət etsin (gülür)".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kızılcık şerbeti"nə yeni aktyor gəlir
Türkiyəli aktyor Ali Muratın yeni işi bəlli olub. Axşam.az xəbər verir ki, aktyor "Kızılcık şerbeti" serialında çəkiləcək. O, 148-ci bölümdən etibarən "Ali Murat" obrazını canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Seray Kaya və Emre Dinler paylaşır
13.11.2026 467 Serenayla Mert ayrıldı
Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya ilə müğənni Mert Demirin ayrıldığı iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Akif Yaman yayıb. Məlumata görə, dəfələrlə ayrılıq iddiaları ilə gündəmə gələn cütlük bu dəfə yollarını ayırmaq qərarına gəlib. Onları
11.11.2026 491 "Klassik yumor 15 saniyəlik videolara qalib gələcək"
Aktyor Nicat Rəhimov sosial şəbəkələrdə yayılan qısa yumor videoları ilə klassik yumoru müqayisə edib. Axşam.az xəbər verir ki, aktyor bu barədə "Həyatın dadı" verilişində danışıb. O, klassik yumorun zamanla daha çox dəyər qazanacağını bildirib:. "Klassik yumor sosial şəbəkələrdəki 1
15.11.2026 381 Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar
08.11.2026 402 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
08.11.2026 461 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:
08.11.2026 625 "Əsl kişilik bığ, saqqal saxlamaqla olmur"
"Kişi qadının gözəlliyindən, xanımlığından, mədəniyyətindən zövq almalıdır". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Sevilən səhər" proqramında qonaq olarkən deyib. Müğənni bir çox kişilərin ona paxıllıq etməsindən danışıb:. "Mən də analığı, nənəliyi
12.11.2026 461 Xoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
08.11.2026 759 Ailəsi Xalq artistini belə təbrik etdi - Fotolar
Bu gün Xalq artisti Natiq Şirinovun 51 yaşı tamam olur. Axşam.az xəbər verir ki, bu münasibətlə ailəsi nağara ifaçısını təbrik edib. N.Şirinovun həyat yoldaşı Sevinc xanım onunla fotosunu paylaşaraq "Mənim həyat ritmim. Ad günün mübarək!" sözlərini yazıb. Oğlu Ümid Xalq artistini bu sözlərl
10.11.2026 480