Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır.
BiG.AZ Lent.az-a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:
- Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur.
İnsana isti olanda və ya insan stress vəziyyətə düşəndə, tərləmə artır. Bu da normaldır.
İsti hava və (və ya isti paltar), isti qidaların, mayelərin qəbulu, aktiv fiziki iş (idman və s.), bədəndə olan istiliyin miqdarını artırır və orqanizmdə qoruyucu reaksiya işə salınır - bədən tərləyir və nəticədə soyur.
Stress də tərləməni artırır. İnsan orqanizmi elə yaranıb ki, stress insanın gücünü sanki səfərbər edir, bədənimiz özünü müdafiə etməyə hazırlaşır (qaçmaq, dalaşmaq və s.). Belə müdafiə güclü fiziki gərginlik tələb edir ki, bunun nəticəsində orqanizmdə istilik artır. Beləliklə, orqanizm əvvəlcədən özünü istiliyin artmasına hazırlaşdıraraq tərləyir və soyur.
Tərləmə normal fizioloji prosesdir. Lakin həddən artıq tərləmə orqanizmdə hər hansı pozulmanın əlaməti ola bilər.
Belə ki, uşaqlarda həddən artıq tərləmə raxitin əlaməti ola bilər.
Bütün yaşda olan insanlarda isə belə güclü tərləmə vərəmin, ürək-damar, endokrin sistemi (ilk növbədə qalxanvari vəzi), böyrək xəstəliklərin əlaməti ola bilər. Burada söhbət ümumi tərləmədən gedir. Güclü yerli tərləmə (yalnız ayaqlar və ya əllər, qoltuqaltı nahiyələr və s. tərləyir) isə heç bir xəstəliyin əlaməti sayılmasa da, insanda bir çox hallarda güclü psixoloji narahatçılıqlara səbəb olur.
Bəzi hallarda güclü tərləmə də fizioloji sayıla bilər (yəni heç bir xəstəliyin əlaməti deyil). Belə ki, həddən artıq kök insanlar güclü tərləyir. Kök bədən daha çox istilik ifraz edir və bu istilikdən azad olmaq üçün tər vəziləri daha fəal şəkildə işləməyə məcbur olur. Yeniyetmə qızlar və klimaks dövründə olan qadınlar onların orqanizmində gedən ciddi hormonal dəyişikliklərə görə adətən güclü tərləyirlər.
Uşaqlar daha çox hərəkət edir və bu səbəbdən də daha çox tərləyir. Bundan əlavə pediatrların tövsiyyələrinə baxmayaraq anaların əksəriyyəti uşaqları lazım olandan artıq qalın geyindirir və bu da güclü tərləməyə səbəb olur. Analar nəzərə almalıdır ki, tərləmiş uşağın xəstələnmək ehtimalı daha yüksək olur.
Ovuclarımız və pəncələrimiz tər vəziləri ilə zəngindir və bu səbəbdən bu nahiyələr daha çox tərləyir.
Beləliklə, əgər siz özünüzdə tərləmənin səbəbsiz olaraq artmasını müşahidə etmisinizsə, mütləq həkimə müraciət edin.
Əgər həkim sizdə heç bir pozulma aşkar etməzsə, güclü tərləmə ilə mübarizədə bu kimi tövsiyələrdən istifadə edə bilərsiniz:
- İsti havada daha tez-tez ilıq duş qəbul edin. Bu bədənin soyumasına və tərləmənin azalmasına səbəb olacaq.
Digər tərəfdən insanın dərisi təmiz olduqda, insandan tər iyi gəlmir. Tər, demək olar, iysizdir. Tərin iyinə dəridə olan bakteriyalar səbəb olur.
- İstiotlu, duzlu, çox isti qidalardan imtina edin, isti çay içməyin.
- Təbii parçalardan olan paltarlara və dəri ayaqqabılara üstünlük verin.
- Havaya uyğun geyinin.
- Palıd qabığı dəmləməsi, zəy, sirkə (suya əlavə edib ayaq vannaları etmək və s.) kimi təbii vasitələr tərləmə ilə mübarizədə çox yaxşı effekt verir.
- Pəncələrin güclü tərləməsi zamanı Teymurov pastasından (apteklərdə satılır) istifadə edə bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1367 Tarix: 18 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuxusuzluq kökəlmənin gizli səbəbi ola bilər
Rusiyalı psixoloq Rodion Çepalov bildirib ki, yuxusuzluq çəki artımına təkcə fizioloji deyil, psixoloji baxımdan da birbaşa təsir edir. Ölkə.az-ın xəbərinə görə, o, " "ya açıqlamasında qeyd edib ki, insan az yatanda beyin ətraf mühiti daha stresli və təhlükəli qəbul edir, orqanizm isə sürətl
26.05.2026 336 Daha yaxşı yuxu üçün nə lazımdır? - 6 məhsul
Melatonin insan beyninin yuxu və oyaqlıq dövrlərini tənzimləmək üçün istehsal etdiyi hormondur. O bəzi qidalarda da təbii şəkildə mövcuddur. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin məlumatına əsasən, müəyyən məhsullar orqanizmdə melatonin səviyyəsinin artmasına və daha keyfiyyətli yuxuy
29.05.2026 349 İnfarktdan əvvəl ürək necə ağrıyır, nəyi bilmək vacibdir?
Ürək tutmaları dünyada vaxtından əvvəl ölümün ən çox yayılmış səbəblərindən biridir. Həkimə vaxtında müraciət etmək çox vaxt həyatınızı xilas edə bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, həkimlər müntəzəm olaraq ürək sağlamlığınıza qayğı göstərməyin vacibliyini vurğulayırlar: balanslı qidalanma
24.05.2026 519 İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edirlər? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qalxanabənzər vəz xəstəlikləri barədə müzakirə aparılıb. - Qalxanabənzər vəzin əsas funksiyası nədir?. - Haşimoto necə inkişaf edir?. - Yod çatışmazlığı bu vəzə necə təsir edir?. - Stres qalxanabənzər vəzə təsir edə bilər?. - Saç tökülməs
30.05.2026 281 Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir
Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta
03.06.2026 456 45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?
45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir. Qaynarinf
03.06.2026 448 Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
Qocalma prosesi hər zaman eyni sürətlə və düz xətt üzrə getmir. "Stanford Universiteti"nin rəhbərliyi ilə aparılan mühüm bir elmi araşdırma insan bədənində qocalma ilə bağlı molekulyar dəyişikliklərin xüsusilə 44 və 60 yaş civarında kəskin şəkildə sürətləndiyini ortaya qoyub. xəbər verir ki
31.05.2026 437 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər
Osaka Metropoliten Universitetinin professor Hiroaki Kanouçinin rəhbərlik etdiyi elmi qrupu suda həll olunan vitaminlərin çatışmazlığı ilə xroniki yorğunluq sindromunun yaranması arasında qarşılıqlı əlaqə müəyyən edib. "Report"un məlumatına görə, araşdırmanın nəticələri "Medical Xpress"
31.05.2026 276 Bu məhsullar böyrək daşlarının yaranmasına səbəb olur
Böyrək daşları ən geniş yayılmış uroloji xəstəliklərdən biridir və onun yaranması əsasən həyat tərzi və qidalanma ilə əlaqələndirilir. Yanlış məhsul seçimi problemi dərinləşdirə bildiyi kimi, düzgün pəhriz yeni daşların əmələ gəlmə riskini də azalda bilər. Qaynarinfo xəbər verir ki, BBC ekspertlərə istinadə
29.05.2026 451