İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDIBir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…

Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən!"

İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq.

Əvvəllər bir boşqab yemək qonşudan qonşuya gəzər, boşqab geri qaytarılanda heç vaxt boş göndərilməzdi. İçinə mütləq nəsə qoyulardı. Çünki məsələ yemək deyildi; məsələ diqqət, könül və paylaşmaq idi.

İndi süfrələrimiz böyüyüb, amma paylaşmağı unutmuşuq. Evlərimiz gözəlləşib, amma könüllərimiz bir-birindən uzaqlaşıb.

Bəs biz nəyi itirdik?

Əvvəlcə qonşuluğu itirdik.

Əvvəllər qonşu insanın ailəsindən sonra sığına biləcəyi ən yaxın liman idi. Evdə nəsə çatışmayanda qonşunun qapısı döyülərdi. Kimsə xəstələnsə, köməyə ilk gələn qonşu olardı. Uşaqlar küçədə hamılıqla böyüyər, böyüklər bir-birinin övladına öz balası kimi baxardılar.

İndi isə yan mənzildə yaşayan insanın nələr yaşadığından xəbərimiz yoxdur. Bəzən eyni liftə minir, bir-birimizin üzünə baxmadan mərtəbəmizə qalxırıq.

Qapılarımızı oğrulardan qorumaq üçün kilidlədik, amma könüllərimizi bir-birimizə nə vaxt bağladığımızın belə fərqinə varmadıq.

Sonra dostluğu itirdik.

Əvvəllər dost dediyin insan yaxşı günündə yanında olan deyil, pis günündə əlini buraxmayan idi. Cibində pulun olmasa da, onun süfrəsində yerin vardı. Vəzifən olmasa da, hörmətin vardı.

İndi isə dostluqların belə öz hesabı var. Kimin harada işlədiyi, nə qədər qazandığı, hansı vəzifəyə yüksəldiyi bəzən insanın dəyərini müəyyənləşdirən amilə çevrilib.

Mənfəət bitəndə münasibətin də bitdiyi dostluqlar çoxalıb.

Halbuki əsl dost sən yüksələndə səni alqışlayan deyil, yıxılanda əlindən tutandır.

Bir də vəfanı itirdik.

İnsanlar bir-birinə zəng etməyi, hal-əhval tutmağı, köhnə günləri xatırlamağı unutdular. Birlikdə çörək kəsdiyimiz, çətin günümüzdə yanımızda olan insanları bəzən bir vəzifəyə, bəzən də kiçik bir mənfəətə görə həyatımızdan çıxardıq.

Nə acıdır ki, bəzi insanlar özlərinə edilən yaxşılığı tez unudur, özlərinə edilməyən kiçik bir yaxşılığı isə illərlə yadda saxlayırlar.

Vəfa yalnız keçmiş günlərdən danışmaq deyil. Vəfa həmin günlərdə yanında olan insanı bu gün də unutmamaqdır.

Hörməti də itirməyə başladıq.

Böyüklərin təcrübəsini dinləmək əvəzinə hər şeyi bildiyimizi düşünürük. Kiçiklərin arzularını anlamaq əvəzinə onları tənqid edirik. Bir-birimizi dinləmədən hökm verir, anlamadan günahlandırırıq.

Əvvəllər bir böyüyün sözünə qulaq asılardı. İndi isə bəzən insanın yaşına deyil, sosial şəbəkələrdəki izləyicilərinin sayına meyar kimi baxılır.

Əlbəttə, keçmişdə hər şeyin gözəl olduğunu deyə bilmərik. O dövrün də yanlışları vardı. Amma keçmişdən götürəcəyimiz gözəl dərslər də az deyildi. Bizim üçün darıxdığımız şey təqvim vərəqləri deyil, o günlərin insani dəyərləridir.

Bu gün övladlarımıza ən yaxşı məktəblərdə təhsil vermək, ən gözəl geyimləri, ən yeni telefonları almaq üçün çalışırıq. Bəs onlara paylaşmağı, mərhəməti, vəfanı və hörməti nə qədər öyrədirik?

Çünki övladlarımıza qoyacağımız ən böyük miras evimiz, avtomobilimiz və ya bank hesabımız deyil; insanlarla necə davranmağı göstərən gözəl əxlaqdır.

Bir düşünün…

Bir gün qapımız döyüləndə içəriyə yalnız bir qonşu deyil, insanlıq xatirinə gəlmiş bir insan daxil olsa, nə gözəl olardı.

Telefonumuz zəng çalanda zəng edənin bizdən nə istəyəcəyini düşünmədən, sadəcə halımızı-əhvalımızı soruşmaq üçün zəng etdiyini bilsək…

Bir dostumuz uğur qazananda ona qısqanclıqla yanaşmaq əvəzinə, onunla qürur duysaq…

Bir insan yıxılanda arxasınca danışmaq əvəzinə, əlindən tutsaq…

Məhz o zaman bəlkə də itirdiklərimizi yenidən tapmağa başlayarıq.

Böyüklərimiz deyərdi: "Qonşu qonşunun külünə möhtacdır". Bu söz sadəcə köhnə bir atalar sözü deyil, birlikdə yaşamağın, həmrəyliyin və insan olmağın mahiyyəti idi.

Bu gün bəlkə evlərimiz daha böyük, süfrələrimiz daha zəngin, imkanlarımız daha çoxdur. Amma könüllərimizin bir-birindən bu qədər uzaq olması mütləqdirmi?

Unutmayaq ki, insanın həqiqi zənginliyi neçə evi, neçə avtomobili olması deyil, neçə insanın qəlbində yer tutmasıdır.

Çünki əvvəllər insanlar bir-birinin qapısını döyərdi, indi isə bir-birinin həyatından səssizcə çıxıb gedirlər.

Və bəlkə də əsl itkimizi məhz elə burada başlayırıq.

Hakan Dikmen


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 76   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigarın yeni avtomobili

"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir

11:19 324
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 476
.

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda

22:29 0
.

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi

14:59 304
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17:46 258
.

Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena

22:00 91
.

"Qadın bədəni sınaq meydanına çevrilib"

Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amm

11:50 300
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

13:26 381
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17:43 219
.