Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır.
Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafiq icazə əsasında fəaliyyət göstərən mərc oyununda könüllü şəkildə iştirak edərək pul uduzubsa, həmin məbləği sonradan məhkəmə vasitəsilə geri tələb edə bilməz. Çünki mərcdə iştirak edərkən şəxs oyunun şərtlərini və mümkün maliyyə risklərini qəbul etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1085.1-ci maddəsinə əsasən, oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz.
Qanunsuz mərc və qumar oyunlarında isə vəziyyət fərqlidir. Belə oyunlarda iştirak edən şəxs də hüquqi məsuliyyətlə üzləşə bilər. Azərbaycan qanunvericiliyində qanunsuz qumar oyunlarının təşkili və keçirilməsinə görə cinayət məsuliyyəti, qumar oyunlarında iştirak etməyə görə isə inzibati məsuliyyət nəzərdə tutulur. Bu baxımdan, qanunsuz oyunda pul itirən şəxsin həmin vəsaiti geri almaq üçün hüquqi müstəviyə müraciət etməsi də avtomatik olaraq onun məsuliyyətdən azad olunması demək deyil.
Beləliklə, mərcdə uduzulmuş pulun geri qaytarılması məsələsi oyunun hüquqi statusundan və konkret hallardan asılıdır. Şəxs bilməlidir ki, qanuni mərcdə könüllü şəkildə riskə atdığı vəsaiti sonradan geri tələb etmək hüququna malik deyil. Qanunsuz oyunlarda isə həm təşkilatçıların, həm də iştirakçıların məsuliyyəti ayrıca hüquqi qiymətləndirilə bilər.

Rəşad Əliyev-Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 82   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

17 Noyabr - Azərbaycanın müstəqilliyə gedən yolunun mühüm mərhələsi

17 Noyabr - Milli Dirçəliş Günü xalqımızın milli oyanışının və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Bu tarix Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə

14:30 111
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 94
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16.11.2026 394
.

Məşhur teleaparıcıdan milyonluq zinət əşyaları nümayişi

Rusiyalı teleaparıcı Kseniya Borodina ümumi dəyəri 20 milyon dollar olan zinət əşyalarını nümayiş etdirib. xəbər verir ki, zərgərlik məmulatlarının qiymətləri Super nəşri tərəfindən açıqlanıb. 43 yaşlı məşhur güzgü qarşısında ağ kostyumda, qayışlı top və ətəkdən ibarət dəstdə poza verib. O, həmçini

11:02 237
.

Yeni Azərbaycan Partiyası: 34 illik siyasi tarix və güclü dövlətçilik strategiyası

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ölkəmizin dövlətçilik salnaməsinə, siyasi inkişaf yoluna və milli ideologiyasının formalaşmasına nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilə

12:33 159
.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü - güclü dövlətçilik və milli birliyin siyasi təməli

Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin olduqca mürəkkəb siyasi, iqtisadi və ictimai böhranla üzləşdiyi bir dövrdə meydana çıxaraq Azərbaycanın müstəqilliyinin qorunması

12:28 163
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

11:27 339
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16.11.2026 463
.

Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

11:01 189
.