Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIMİlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın.

BiG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür.

Elementar görsənsələr də, bu qaydalara daimi əməl edənlər effektivliyini təsdiqləyə bilərlər.

1. Özünüzə kalori qıtlığı yaradın

Kalori qıtlığı yeməklə qəbul edilən enerjidən daha artığını sərf etməyə deyilir. Bu, arıqlamağın təməl prinsiplərindəndir.

Kaloriyi çatışmazlığı üç yolla əldə edilir:

daha az yemək
daha çox hərəkət etmək
daha az yeyib daha çox hərəkət etmək (ən effektiv variant)

Bir həftə ərzində bu prinsipə riayət etsəniz, artıq ilkin nəticəlləri görəcəksiniz.

2. Makroslara diqqət edin

Makroslar (makronutrientlər) qida ilə qəbul olunan zülal, yağ və karbohidratlardır.

Gün ərzində çəkinizin hər kiloqramına 1.6-1.8 qram zülal qəbul edin.

Rasionunuzda yağların miqdarı gündəlik kalorilərin azı 20% -ni təşkil etməlidir.

Karbohidrat və yağların ideal nisbətini axtarmayın, yoxdur. Özünüzə ən rahat olan balansı seçin. Əsas, gündə 25-30 qram lif qəbul etməyi unutmayın.

3. İdman zalına gedin

Güc məşqləri həm bir sessiyaya 250-300 kkal yandırmaq imkanı verir, həm əzələ kütləsini artırır, həm də Sağlamlığınıza etdiyiniz gözəl bir investisiyadır.

4. Sağlam qıdaları seçin

Süd və ət, balıq və yumurta, meyvə-tərəvəz, taxıl məhsulları və qoz-fındıq - bütün bunlar masanızın üzərində yer almağa layiqdir. Qısa yol axtarıb, arıqladıcı "detox" çayları və digər "sehirli iksirlər"in dalıyca qaçmayın.

5. Ağıllı həyat tərzi sürün

Zəngin və balanslaşdırılmış şəkildə qidalanın. Mütəmadi olaraq məşq edin. Bol su için. Planınızdan kənara çıxmayın. Bunu yalnız yüksək əhval ruhiyyədə yox, motivasiyanız olmayanda da davam etdirin. Bir anlıq zəiflik göstərdikdə isə, dərhal geri çəkilməyin, yenidən qaldığınız yerdən başlamağı bacarın. Məqsədinizə çatmadan dayanmayın.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 957   Tarix: 24 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

100 yaşdan çox yaşamağın sirri açıldı

100 yaşdan çox yaşayan insanlarla bağlı araşdırma alimlərə sağlam qocalmanın mexanizmləri barədə yeni detallar verib. Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları uzunömürlü insanlarda daha çox rast gəlinən nadir immun hüceyrəsi müəyyən ediblər. "Qafqazinfo" xəbər verir ki, "Cell Reports"

26.08.2026 429
.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir. Axşam.az xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur. Yod çatışmazlığının orqanizmə verdiyi zərərlər isə təhlükəlidir. Yod təbiətd

30.08.2026 330
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 398
.

Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı

Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b

04.09.2026 330
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 308
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

14.09.2026 227
.

Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında yoluxucu dermatoloji problemlərdən danışılıb. Qoturluğun ilk əlamətləri hansılardır?. Qısa müddətli təmas zamanı yoluxa bilərmi?. O necə müalicə olunur?. Müalicədən sonra qoturluğa yenidən yoluxmaq mümkündürmü?. Göbələk xəstəliklərinin diaqnozu nec

30.08.2026 273
.

Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?

Çörəyi rasiondan çıxarmaq çəki itkisinə səbəb ola bilər. Lakin karbohidrat ehtiyacını tamamilə azaltmaq düzgün deyil. Mütəxəssislər ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya mayalı çörəyə üstünlük verməyi tövsiyə edirlər. Qaynarinfo "Network Okulu"na istinadən xəbər verir ki, çörəkdən imtin

28.08.2026 409
.

"Nature Metabolism": Bir sıra xəstəliklərin risk əlamətləri səkkiz yaşdan etibarən ortaya çıxa bilər

Ürək, böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarının artmış inkişaf riskinin molekulyar əlamətləri səkkiz yaşlı uşaqlarda da ortaya çıxa bilər. "Report" xəbər verir ki, Hyustondakı Texas Universiteti Tibb Elmləri Mərkəzinin alimləri bu qənaətə gəliblər, onların işi "Natur

13.09.2026 229
.