Əliniz keyiyirsə, səbəb yorğunluq deyil - Həkimdən xəbərdarlıq
Barmaqlarda ağrı və keyimə, ön qollarda gücsüzlük, boyun və çiyin nahiyəsində yaranan gərginlik çox zaman sadə yorğunluq kimi qiymətləndirilsə də, əslində bədənin verdiyi ciddi xəbərdarlıq siqnalları ola bilər. Bu cür narahatlıqların səbəbi adətən klaviatura deyil, onun düzgün olmayan istifadəsidir.
Milli.Az-ın məlumatına görə, rusiyalı terapevt Alina Əzizova RT-yə açıqlamasında düzgün erqonomikanın təmin edilməsinin və iş zamanı fasilələrə əməl olunmasının bu problemlərin qarşısını almaqda əsas rol oynadığını qeyd edib.
Mütəxəssis klaviaturanın masa kənarından təxminən 30 sm aralıda yerləşdirilməsini tövsiyə edir. Bu, dirsəklərin masa üzərində və ya stulun qoltuqaltılarında rahat və düzgün bucaq altında dayanmasına imkan verir. Həmçinin hər 30-60 dəqiqədən bir qısa fasilə vermək, əllər və barmaqlar üçün sadə isinmə hərəkətləri etmək faydalıdır. Yumruqları sıxıb buraxmaq və biləkləri yüngül şəkildə çevirmək əzələ gərginliyini azaltmağa kömək edir.
Əzizovanın sözlərinə görə, geniş yayılmış düşüncənin əksinə olaraq, çap zamanı əsas təhlükə barmaq oynaqlarının zədələnməsi deyil. Oynaqlar incə motor hərəkətlər üçün uyğunlaşmış quruluşa malikdir və yazı prosesi onlara ciddi yük yaratmır. Əsas risk əzələlər, vətərlər və sinirlərin uzun müddət həddindən artıq yüklənməsi ilə bağlıdır. Xüsusilə biləyin səhv mövqedə, daimi əyilmiş vəziyyətdə qalması bu riski artırır.
Belə uzunmüddətli statik yüklənmə nəticəsində karpal tunel sindromu yarana bilər. Bu sindrom bilək nahiyəsində median sinirin dar kanalda sıxılması ilə əlaqədardır və özünəməxsus əlamətlərlə müşahidə olunur.
Belə ki, baş, şəhadət və orta barmaqlarda, eləcə də ovuc içində ağrı və keyimə hiss olunur. Bu əlamətlər sancı, sıxılma və ya partlayıcı ağrı şəklində özünü göstərə, xüsusilə gecə saatlarında daha da şiddətlənə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır
Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub
30.08.2021 1188 Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri
Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno
20.08.2021 1329 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Həddən artıq arıq olmaqdan bezmisiniz?
Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini
08.09.2021 1767 Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA
Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur
17.08.2021 1695 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ
Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür
17.08.2021 1744 Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!
Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə
17.09.2021 1439