Ürək və damarlar üçün faydalı 7 konservləşdirilmiş qida

Ürək və damarlar üçün faydalı 7 konservləşdirilmiş qidaQanda xolesterinin yüksək səviyyəsi bu yağlı maddənin qan damarlarında həddindən artıq yığılması zamanı yaranır. Onu azaltmaq üçün rasionu dəyişmək, o cümlədən bəzi konservləşdirilmiş məhsulları qida menyusuna əlavə etmək kifayətdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Verywellhealth" nəşri yazıb.

Materialın məzmunu qeydiyyatdan keçmiş diyetoloq Elizabet Barns tərəfindən yoxlanılıb və təsdiqlənib.

Nəşr xolesterini azaltmaq üçün istehlak edilməsi tövsiyə olunan 7 konserv məhsulunu təqdim edib.

1. Konservləşdirilmiş lobya

Lobya ürək üçün faydalı paxlalı bitkidir və həzm sistemində xolesterinlə birləşərək onun orqanizmdən xaric olunmasına kömək edən həll olunan liflə zəngindir. "ScienceDirect" jurnalında dərc olunan 2019-cu il tədqiqatı göstərib ki, gündə bir stəkan lobya istehlakı aşağı sıxlıqlı lipoproteinlərin (LDL), yəni "pis" xolesterinin səviyyəsini azalda bilər.

Paxlalı bitkilər rasionda faydalı bitki zülalı ilə önəmlidir. Heyvani mənşəli zülaldan fərqli olaraq, bu zülal xolesterini artırmır. Bundan əlavə, lobya ilə zəngin qidaların qəbulu diabet, piylənmə və yüksək qan təzyiqi riskini azalda bilər. Bu fakt "MDPI" nəşrində dərc olunan 2020-ci il tədqiqatında da təsdiqlənib.

2. Konservləşdirilmiş balqabaq

Balqabaq da LDL xolesterinin səviyyəsini azaltmağa kömək edən həll olunan lif mənbəyidir. Bu konserv məhsulunun bir stəkanında 7 qram lif, həmçinin bir sıra vitamin və minerallar mövcuddur.

Konservləşdirilmiş balqabaq alarkən etiketə diqqət yetirmək tövsiyə olunur. Mütəxəssislər əlavə şəkər ehtiva edə bilən balqabaq piroqu üçün içlik deyil, məhz balqabaq püresinin seçilməsini məsləhət görürlər.

3. Konservləşdirilmiş ispanaq

İspanaq xolesterinin səviyyəsini azaltmağa kömək edən qida maddələri ilə zəngindir. Bir stəkan konservləşdirilmiş ispanaqda 5 qram lif var. O, həmçinin ürək tutması və insult riskini azaldan lutein adlı antioksidant ehtiva edir.

Təzə ispanaqda qida maddələri daha çox olsa da, konservlər yaşıllıqları rasiona daxil etməyin rahat yoludur.

4. Balıq konservləri

Balıq konservləri zülal və omeqa-3 yağ turşularını tez və asan şəkildə əldə etməyə imkan verir. Konservləşdirilmiş tunets, qızılbalıq və sardina kimi yağlı balıqlar yüksək sıxlıqlı lipoproteinlərin (HDL), yəni "yaxşı" xolesterinin səviyyəsini artıra bilər.

Omeqa-3 yağ turşuları ilə zəngin qidaların qəbulu həmçinin ürək-damar xəstəlikləri, hipertoniya, insult və metabolik sindrom riskini azaldır.

5. Konservləşdirilmiş pomidor

Konservləşdirilmiş pomidorlar lif və likopinlə zəngindir. Likopin qan damarlarında iltihabı azaldan və LDL xolesterinin yığılmasının, nəticədə damarların tutulmasının qarşısını ala bilən antioksidantdır.

Pomidor konservi seçərkən "duz əlavə olunmayıb" qeydini daşıyan etiketlərə üstünlük verilməlidir. Çünki bir çox konserv məhsulları natriumla zəngindir və bu, yüksək qan təzyiqinə, uzunmüddətli perspektivdə isə ürək xəstəlikləri riskinin artmasına səbəb ola bilər.

6. Konservləşdirilmiş armud

Armud liflə zəngindir: konservləşdirilmiş məhsulun bir stəkanında 4 qram lif var. "CochraneLibrary"də dərc olunan 2022-ci il tədqiqatı armudun tərkibindəki həll olunan lifin LDL xolesterinin səviyyəsini azaltdığını göstərib.

Mütəxəssislər armudu şərbətdə deyil, suda və ya öz şirəsində konservləşdirilmiş formada seçməyi, həmçinin həddindən artıq şirin növlərdən uzaq durmağı tövsiyə edirlər. Çünki şəkərlə zəngin pəhriz xolesterinin səviyyəsini artıra bilər.

7. Konservləşdirilmiş okra

Okra yeməli çiçəkli bitkidən əldə olunan qidalı tərəvəzdir. O, suda həll olunan selikli maddə ehtiva edir və bu maddə LDL xolesterinlə birləşərək onun orqanizmdən çıxarılmasına kömək edir. Konservləşdirilmiş okranı şorbalara, güveçlərə və makaron yeməklərinə əlavə etmək mümkündür.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1087   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.