Çörəksiz bir ay - Bədəninizdə nə baş verir?
Britaniyalı jurnalist Rozamund Din bir ay müddətinə çörəkdən imtina edərək bu məhsulun sağlamlığına real təsirini yoxlamaq qərarına gəlib.
Lent.az xəbər verir ki, müddət başa çatandan sonra o, tibbi müayinədən keçib və nəticələrin gözlədiyindən daha fərqli olduğunu bildirib. Rozamund Din yalnız çörəkdən deyil, həm də ultra emal olunmuş qidalardan uzaq durmağa çalışıb. Lakin o, çörəyin bir çox gözlənilməz məhsulların tərkibində gizləndiyini fərq edib. Məsələn, burgerlərin içində istifadə olunan panir suxariləri, briyoş bulka və hətta lavaş kimi məhsullar da çörək kateqoriyasına daxildir. Bu səbəbdən o, gündəlik qidalanmasında bir sıra dəyişikliklər etməli olub.
Bir ayın sonunda aparılan yoxlamalar zamanı bir neçə müsbət dəyişiklik qeydə alınıb.
O, 2 kiloqramdan artıq çəki itirib. Arterial təzyiq göstəriciləri normaya düşüb və xolesterin səviyyəsi də sağlam diapazona qayıdıb. Bu nəticələr onun üçün gözlənilməz olub və qidalanma vərdişlərinin sağlamlığa təsirini bir daha göstərib.
Mütəxəssislər isə bildirirlər ki, bu cür təcrübələrin nəticələri hər insanda eyni olmaya bilər. Qidalanmada əsas məsələ məhsulu tamamilə çıxarmaqdan çox, balansı qorumaq, keyfiyyətli və az emal olunmuş qidalara üstünlük verməkdir. Çörəkdən imtina bəziləri üçün faydalı olsa da, digərləri üçün vacib enerji və lif mənbəyinin azalması anlamına gələ bilər. Buna görə də hər hansı kəskin pəhriz dəyişikliyi etməzdən əvvəl mütəxəssis məsləhəti almaq tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun
Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "HuffPost" nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər. Mütəxəssisləri
21.07.2026 792 Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan və 300 mindən çox insanı əhatə edən genişmiqyaslı araşdırmada periodontitlə 2-ci ti
08.08.2026 175 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında yoğun bağırsaq xərçəngi barədə müzakirə aparılıb. Yoğun bağırsaq xərçəngi nədir?. İrsi meyillilik xəstəliyin yaranma riskini artırırmı?. Qidalanma yoğun bağırsaq xərçənginə necə təsir edir?. Bütün poliplər təhlükəlidirmi?. Gənclərdə yoğu
11.07.2026 499 Dünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT
Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey
12.07.2026 589 Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti
01.08.2026 236 Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul
Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasın
02.08.2026 270 İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO
"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18.07.2026 370 Azərbaycanda Daun sindromlu şəxslərin sayı 30 faiz artıb
Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı artıb. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin 2021-2025-ci illər üzrə açıqladığı statistik göstəricilər göstərir. Məlumata görə, Daun sindromu ilə qeydiyyatda olanların ümumi sayı 2021-ci ildə 85
16.07.2026 561 Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
01.08.2026 249