Astma tutmalarını illər öncədən proqnozlaşdırmaq olacaq
"Mass General Brigham" və Karolinska İnstitutunun tədqiqatçıları bronxial astmanın kəskinləşmələrini əvvəlcədən proqnozlaşdırmağa imkan verən yeni metod hazırlayıblar. Bu yanaşma astma tutmaları riski yüksək olan pasiyentləri vaxtından xeyli əvvəl müəyyən etməyə şərait yaradır.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.
Bronxial astma dünyada ən geniş yayılmış xroniki xəstəliklərdən biridir və hazırda bu xəstəlikdən 500 milyondan çox insan əziyyət çəkir. Astmanın kəskinləşmələri, yəni astmatik tutmalar, hospitalizasiyaların əsas səbəblərindən biri olaraq qalır və səhiyyə xərclərinin artmasına gətirib çıxarır. Buna baxmayaraq, həkimlərin hələ də xəstəliyin stabil gedişi olan pasiyentlərlə gələcəkdə ağır tutma riski yüksək olanları etibarlı şəkildə ayırd etməyə imkan verən biomarkerləri mövcud deyil.
Yeni araşdırma çərçivəsində alimlər onilliklər ərzində elektron tibbi qeydlər vasitəsilə izlənilən, 2500-dən çox astma xəstəsini əhatə edən üç böyük pasiyent kohortunun məlumatlarını təhlil ediblər. Analiz üçün qanda olan kiçik molekulların yüksək məhsuldarlıqla öyrənilməsinə əsaslanan metabolomika metodundan istifadə olunub.
Müəlliflər müəyyən ediblər ki, riskin əsas göstəricisi ayrı-ayrı maddələr deyil, iki metabolit sinfinin - sfingolipidlər və steroidlər arasındakı nisbətdir. Məhz sfingolipidlərin səviyyəsinin steroidlərə nisbəti gələcəkdə astmanın kəskinləşmələrinin ən dəqiq proqnozlaşdırıcısı kimi çıxış edib. Bəzi hallarda model yüksək və aşağı risk qruplarını ilk tutmanın baş vermə vaxtına görə təxminən bir il fərqlə ayırd edə bilib.
"Astmanın müalicəsində əsas problemlərdən biri odur ki, hazırda hansı pasiyentin yaxın illərdə ağır tutma keçirəcəyini etibarlı şəkildə müəyyən edə bilmirik.Nəticələrimiz mühüm klinik ehtiyacı qarşılayır. Qanda sfingolipidlər və steroidlər balansının analizi yüksək riskli pasiyentləri təxminən 90 faiz dəqiqliklə müəyyən etməyə imkan verir", deyə "Mass General Brigham"ın şəbəkə tibbi şöbəsinin dosenti və Harvard Tibb Məktəbinin əməkdaşı Cessika Laski-Su bildirib.
Tədqiqatçıların sözlərinə görə, ayrı-ayrı metabolitlər yalnız məhdud informasiya təqdim edir, halbuki onların nisbəti iltihab prosesləri və xəstəliyin nəzarəti ilə əlaqəli metabolik yolların fundamental pozuntularını əks etdirir.
Müəlliflər hesab edirlər ki, əldə olunan nəticələr astmanın müalicəsində fərdiləşdirilmiş tibbin klinik praktikaya yaxınlaşmasına mühüm töhfə verir. Müəyyən edilmiş metabolik nisbətlərə əsaslanan qan analizi standart laboratoriyalarda tətbiq oluna və zahirən stabil vəziyyətdə olan pasiyentlərdə belə "gizli" yüksək riski aşkar etməyə imkan yarada bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1140 Tarix: 20 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!
Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə
17.09.2021 1439 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI
Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı
22.08.2021 1318 Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa
23.08.2021 1865 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914 "Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric
22.08.2021 1038 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM
İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar
24.08.2021 957 Yuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428