Həkimdən SOS: mövsümi viruslar ölümcül fəsadlara yol aça bilər

Həkimdən SOS: mövsümi viruslar ölümcül fəsadlara yol aça bilərHazırda mövsümi virus infeksiyaları geniş vüsət alıb. Demək olar ki, hər gün ətrafımızda bu və ya digər virus xəstəliyinə yoluxan insanların sayının artdığı müşahidə olunur. Xəstələnənlərin sayı kifayət qədər çoxdur və bu vəziyyət həm uşaqlar, həm də böyüklər arasında özünü açıq şəkildə göstərir.

Xüsusilə hava şəraitinin dəyişkənliyi, temperatur fərqləri və immun sisteminin zəifləməsi virusların daha sürətlə yayılmasına şərait yaradır. Nəticədə tənəffüs yolları infeksiyaları, qripə bənzər əlamətlər və ümumi halsızlıq halları daha tez-tez qeydə alınır. Bəs özümüzü mövsümi virus infeksiyalarından necə qoruyaq?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb:

Virus infeksiyalarının il boyu yayılması, xüsusilə də noyabrdan başlayaraq artan dinamikada təzahürü məntiqi görünür. Çünki qrip - influenza, xüsusilə A forması yenidən peyda olur.
Qripin 2000-dən çox ştammı var. Qarşıdakı illərdə qrip pandemiyasının olma ehtimalı da elmi proqnoz olaraq, ÜST-ün xəbərdarlığı kimi qeyd olunmuşdur.

Bu gün ölkəmizdə qriplə yanaşı, SARS-2 virusunun Omicron ştamıının mutasiya variantları davam etməkdədir. Bununla yanaşı, respirator sinsitial virus, metapnevmovirus da yayılmışdır. Bunlar hava-damcı yolu ilə yoluxduğundan yayılma potensialı böyükdür. Bu respirator virus infeksiyaları analoji əlamətlərlə - öskürmə, asqırma, zökəm, yüskək hərarət, bel, əzələ və baş ağrıları, ümumi halsızlıq, zəiflik şikayətləri ilə özünü göstərir".

Professor qeyd edib ki, insanlar yoluxduğu ilk günlər buna əhəmiyyət vermədikdə ciddi fəsadlara səbəb ola bilir:

"Xəstəlik aşağı tənəffüs yolların nüfuz edərək ağ ciyər iltihabına, ödeminə, həyati vacib orqanların zədələnməsinə, interferonun düşük olduğu xəstələrdə immun sistemin tətiklənməsinə və aşırı immun və humoral reaksiyalara səbəb ola bilər.

Viruslar həyatın qeyri hüceyrəvi forması olduğundan onlar yaşamaq və artəb çoxalmaq üçün əvvəlcə hüceyrə daxilinə keçir, hüceyrənin resurslarından istifadə edib replikasiya edir, yəni artıb çoxalır, hər yeni yaranmış viriona isə yeni hüçeyrə tələb olunur. Nəticədə, qısa müddətdə yüksək virulentli viruslar, xüsusilə böyük titrlə bədənə daxil olduqda, orqanizmdə yaratdığı dağıdıcı proseslər o qədər sürətli olur ki, onlar həyatla bir araya sığmır. Bu isə ağır fəsadlara yol açır və ölümlə nəticələnir.

Nəzərə alaq ki, qripdən hər il bütün dünyada 200 min nəfərdən 700-800 min nəfərə qədər insan tələfatı qeydə alınır. Real statistika daha ciddidir, yəqin ki".

Adil Qeybulla bu cür fəsadlardan uzaq olmağın yollarından da danışıb:

"Respirator virus infeksiyaları ilə xəstələnmə xaricdə soyuqdəymə xəstəlikləri adlanır. Bu zaman xəstələrə ilk tövsiyə olunan vasitələr - təcrid olunma, yataq rejimi, bol maye qəbulu, fiziki aktivliyin artırılması, vitaminli qidaların (meyvə-tərəvəzin) bol qəbulu kimi tədbirlərdən ibarətdir.
Hər bir şəxsin devizi bu olmalıdır: Xəstələnməmək və başqasını xəstələndirməməyə çalışmaq.
Qapalı yerlərdə (ictimai nəqliyyatda, sinif otaqlarında, auditoriyada, toplantılarda və s.) maska taxmaq, məsafədə dayanmaq. Əlləri istənilən təmasdan sonra dezinfeksiya etmək və ya teztez isti suda sabunla bir-neçə dəfə yumaq tövsiyə olunur. Belə dövrlərdə sağlam qidalanma da çox önəmlidir. Özbaşına müalicə aparmamağa çalışın".

Adil Qeybulla virus infeksiyasında antibiotiklərin istifadəsi məsələsinə də toxunub:
"Təəssüflər olsun ki, antibiotiklərin virusa heç bir təsiri yoxdur. Əksinə, antibiotiklərin yan təsirləri bu halda daha zərərli ola bilər. İnsanlar bəzən bunun fərqinə varmırlar. Antibiotiklər həm
də bədəndə immun systemin apardığı mübarizəni zəiflədir, orqan və toxumaları, qara ciyəri bu antibiotiklərin mübadiləsi üçün əlavə yükləyir. Təəssüf ki, apteklərin özlərində müraciət edənlərəbəzən antibiotik tövsiyə olunur, çarəsiz insanlar bununla tora düşmüş olurlar. Özbaşına müalicə etmək olmaz. Çünki orqanizmin öz xüsusiyyətləri, yanaşı problemləri ola bilər. Özbaşına müalicə yeni problemlərə yol açmış ola bilir.

Hərarəti dərhal salmağa çalışmaq lazım deyil. Bu orqanizmin mübarizə reaksiyasının təzahürüdür. Yüksək hərarət zamanı, xüsusən 38,5-dən yuxarı olan zaman parasetamol həblərindən istifadə ediləbilər. Bir də ki, həkim təyinatı ilə immun sistemə təkan verə bilən terapiya aparılması məsləhətdir. Bu müalicə müxtəlif infuziyalar, vitamin terapiyası ola bilər. İntoksikasiya zamanı bədəndə ən çox sərf olunan, utilizasiya olunan vitamin Askorbin turşusudur, yəni C vitamindir. C vitaminin yüksək dozlu infuziya məhlulu şəklində istehsal olunur və aptek şəbəkələrində də satılır.

Hazırda respirator infeksiyaların tüğyan etdiyi bir zamanda yüksək dozlu C vitaminin gündə 1 dəfə olmaqla 3 gün müddətində ambulator istifadəsi daha məqsədəuyğun hesab edilə bilər.
Məlumdur ki, vitamin C antioksidant və immunomodulyator vasitə kimi orqanizmin immun sisteminin xəstəliklərlə mübarizəsində ciddi resurs yaradır. Bir tərəfdən antiviral təsiri, digər tərəfdən, immun hüceyrələrin viruslara hücumunun effektini artırması respirator xəstəliklərlə mübarizədə etibarlı seçim imkanı deməkdir. Belə ki, yüksək dozlu C vitamini virusların artıb çoxalmasını dayandırır, nəticədə orqanizmdə mümkün qədər az hüceyrələrin viruslar tərəfindən zədələnməsi təmin olunur, sağalma və bərpa prosesləri sürətlənir.

Nəzərə almaq lazımdır ki, virus infeksiyaları bir sıra hallarda sağaldıqdan sonra belə orqanizmdə dərin izlər buraxır. Bu proseslər yenidən virusa yoluxmağa şərait yaradır, xəstələrdə uzun müddət öskürək, burun axması, halsızlıq müşahidə olunur.

Qeyd etmək yerinə düşərdi ki, yüksək dozlu vitamin C məhlulu təkcə respirator virus infeksiyasında deyil, bir çox patoloji hallarda da faydalıdır. Belə ki, orqanizmdə lövbər salmış herpes viruslarında yüksəkdozlu vitamin C preparatı virusun replikasiyasını tezliklə dayandırır və zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir. Bununla yanaşı, allergik və iltihabi proseslərdə güclü antioksidant xüsusiyyəti sayəsində orqanizmdə toplanmış sərbəst radikalları neytrallaşdırır, hüceyrə stresini azaldır, damar endotelinin funksiyasını qoruyur, immun cavabı modulyasiya edir və allergik həssaslıq simptomlarını azaldır, xroniki yorğunluğu aradan qaldırır. Onkoloji xəstələrin kombinə olunmuş müalicəsində və sonrakı reabilitasiyasında immun sistemə dəstək baxımdan faydalıdır".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 949   Tarix: 17 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 215
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 305
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22.09.2026 232
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 395
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 308
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 241
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23.09.2026 272
.

Ürək üçün faydalı olan 6 dəniz məhsulu

Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql

14.09.2026 492
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 331
.