Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI
Gündəlik istifadə etdiyimiz smartfonlar təhlükəli bakteriya və virusların toplanması üçün əlverişli mühitə çevrilə bilər. Biotibbi elmlər üzrə mütəxəssislər bildirirlər ki, risk xüsusilə telefonun tualetdə istifadə edildiyi hallarda kəskin şəkildə artır.
Lent.az xarici mediaya istinadla xəbərinə görə, bu barədə açıqlama verən Salford Universitetinin tədqiqatçısı, doktor Qaret Nay qeyd edib ki, unitazın sifonu çəkilərkən mikroskopik nəcis hissəcikləri havaya qalxır və ətraf səthlərə, o cümlədən smartfonlara çökür.
Alimin sözlərinə görə, hətta əllər ideal şəkildə yuyulsa belə, çirkli telefona toxunulduqda yenidən bakteriyalarla təmas baş verir.
Mütəxəssis əlavə edib ki, telefonun ekranı barmaqların toxunduğu bütün çirkləri sürətlə üzərinə yığır və xüsusilə qış aylarında bakteriyalar üçün effektiv "inkubator" rolunu oynayır.
Oxşar nəticələr daha əvvəl də irəli sürülüb. Genişmiqyaslı araşdırma aparan doktor Lotti Tadcəri 24 ölkədən 56 elmi tədqiqatı təhlil etdikdən sonra mobil telefonlarda canlı mikroorqanizmlərin aşkarlandığını bildirib.
Bond Universitetinin komandası telefon nümunələrində bağırsaq çöpləri və qızılı stafilokokk kimi infeksiya törədicilərini müəyyən edib. Bu mikroblar yüngül xəstəliklərdən tutmuş potensial təhlükəli infeksiyalara qədər müxtəlif problemlərə səbəb ola bilər.
Tadcərinin sözlərinə görə, mobil telefonlar mikroblar üçün "beşulduzlu otel" kimidir: onları isti ciblərdə saxlayırıq, danışarkən tüpürcək damcıları düşür, yeməkdən sonra əlimizlə toxunuruq və demək olar ki, heç vaxt dezinfeksiya etmirik.
Məlumata əsasən, CDCnin məlumatına görə, infeksiyaların təxminən 80 faizi əllərlə əlaqəlidir. Ekspertlər vurğulayırlar ki, çirklənmiş smartfona toxunduqda əllər yenidən mikroblarla çirklənir.
Mütəxəssislər cihazların mütəmadi təmizlənməsini tövsiyə edirlər. Which? təşkilatının məsləhətlərinə görə, 70 faiz spirt tərkibli salfetlər, mayenin telefonun deşiklərinə düşməməsi şərti ilə, ən təhlükəsiz dezinfeksiya üsullarından biridir. Pul kisəsi kimi istifadə edilən telefon örtüklərinin də təmizlənməsi xüsusi önəm daşıyır.
Qeyd olunur ki, əllərin ilıq su və sabunla yuyulması respirator infeksiyalar riskini təxminən 20 faiz, bağırsaq infeksiyalarını isə 30 faiz azalda bilər.
Mütəxəssislərin fikrincə, soyuq mövsümdə həm əllərin, həm də smartfonların gigiyenasına diqqət yetirmək qorunmanın ən effektiv yollarından biri olaraq qalır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM
İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar
24.08.2021 957 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira
29.08.2021 1334 Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki
11.09.2021 998 Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır
Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs
21.08.2021 1128 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454 Yuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833