Uşaqlar üçün təhlükəsiz dərs vəsaiti: yoxlama və nəzarət məsələsi

Uşaqlar üçün təhlükəsiz dərs vəsaiti: yoxlama və nəzarət məsələsi"Dərs vəsaitlərində uşaqların yaşına, psixoloji inkişafına və etik çərçivələrə uyğun olmayan ifadələrin mövcudluğu göstərir ki, problem təkcə ayrı-ayrı səhvlərdən yox, məzmun nəzarətinin sistemli zəifliyindən qaynaqlanır. Təhlillər göstərir ki, bu cür məlumatlara "dırnaqarası" yanaşma təsadüfi deyil, illər ərzində formalaşmış institusional praktikanın nəticəsidir. Problem yalnız bir cümlənin və ya bir sözün səhvi deyil, təhsil siyasətində məzmun təhlükəsizliyinə verilən real dəyərin göstəricisidir.

Uşaq üçün dərs vəsaiti sadəcə neytral mətn deyil, davranış modeli, dəyər ötürücüsü və psixoloji təsir alətidir. Bu reallıq nəzərə alınmadıqda nəticə qaçılmaz olur".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, "Təhsil haqqında" Qanunun 3-cü maddəsi təhsilin əsas prinsipləri sırasında humanistlik, şagird şəxsiyyətinə hörmət və yaş xüsusiyyətlərinin nəzərə alınmasını, 7-ci maddəsi isə tədris materiallarının elmi, pedaqoji və etik normalara uyğun hazırlanmasını açıq şəkildə tələb edir. Normativ baza aydındır: dərs vəsaiti uşağın inkişafına zərər verə bilməz. Lakin praktikada bu norma çox vaxt formal sənəd kimi qalır. Aparılan monitorinqlər göstərir ki, son illərdə ictimai narazılıqların təxminən 65-70 faizi məzmun uyğunsuzluğu, yaşa uyğun olmayan ifadələr və etik filtrin işləməməsi ilə bağlıdır. Bu göstərici problemi epizodik yox, davamlı olduğunu sübut edir:

"Dırnaqarası yanaşmanın əsas səbəblərindən biri dərs vəsaitlərinin hazırlanması və təsdiqi prosesində məsuliyyətin parçalanmasıdır. Müəllif mətn yazır, redaktor dil və texniki düzəliş edir, ekspert rəy verir, lakin son məhsula görə real institusional cavabdehlik zəifdir. Səhv ortaya çıxanda konkret məsul şəxs müəyyən edilmir və məsələ "texniki xətadır" kimi təqdim olunur. Halbuki dünya təcrübəsində, xüsusilə Finlandiya və Kanada modellərində dərs vəsaiti hüquqi və etik məsuliyyət sənədi sayılır, hər mərhələnin cavabdeh subyekti əvvəlcədən müəyyən edilir. OECD məlumatlarına görə, bu ölkələrdə dərslik və dərs vəsaitlərinin təsdiqindən əvvəl 4-6 mərhələli məzmun filtrasiyası aparılır və ən azı iki mərhələ uşağın psixoloji təhlükəsizliyinə həsr olunur. Azərbaycanda isə ekspertiza əsasən akademik uyğunluq və faktoloji doğruluq üzərində qurulur, pedaqoji-psixoloji təsir ikinci plana keçir.
Uşaqlar üçün təhlükəsiz dərs vəsaiti: yoxlama və nəzarət məsələsiMəsələyə laqeyd yanaşmanın digər səbəbi ictimai nəzarətin gec mərhələdə işə düşməsidir. Problem çox vaxt dərs vəsaiti artıq çap olunub məktəblərə paylanandan sonra üzə çıxır. Bu mərhələdə geri çağırma və korrektə həm maliyyə, həm də reputasiya baxımından çətin olduğuna görə məsələ yumşaldılır. Avropa ölkələrində problemli məzmun aşkarlananda dərs vəsaitinin dövriyyədən çıxarılması orta hesabla 2-3 həftə çəkir, Azərbaycanda isə bu proses aylarla uzana və ya ümumiyyətlə baş verməyə bilər.

Bununla yanaşı, müsbət tərəflər də mövcuddur. Elm və Təhsil Nazirliyinin son illərdə dərslik siyasətində apardığı dəyişikliklər problemi sistemli həll etməyə yönəlib. Dərs vəsaitlərinin rəqəmsal platformalarda açıq yerləşdirilməsi, ictimai rəy mexanizmlərinin genişləndirilməsi və müəllim-valideyn iştirakının təşviqi doğru və mütərəqqi addımlardır. Nazirliyin məlumatına görə, son iki ildə ictimai rəy və ekspert rəyləri əsasında dərs vəsaitlərində edilən düzəlişlərin sayı əvvəlki dövrə nisbətən 30-35 faiz artıb. Bu, nəzarət mexanizminin tədricən gücləndiyini göstərir.

Müqayisəli təhlil göstərir ki, dərs vəsaitlərində məzmun təhlükəsizliyi təhsil keyfiyyəti ilə birbaşa əlaqəlidir. Dünya Bankının araşdırmalarına görə, erkən yaş dövrlərində uyğun olmayan mətnlərlə qarşılaşan şagirdlərin məktəbə emosional bağlılıq göstəriciləri 15-20 faiz azalır, bu isə uzunmüddətli perspektivdə akademik uğursuzluq riskini artırır. Azərbaycanda bu risklərin ciddiliyi nəzərə alındıqda, uyğunsuz ifadələrin "xırda detal" kimi qiymətləndirilməsi pedaqoji baxımdan qəbulolunmazdır.

Mövcud yanaşma dəyişdikcə nəticə də dəyişəcək. Dərs vəsaitlərinə münasibət texniki məhsul yox, strateji təhlükəsizlik məsələsi kimi qəbul edildikdə, ekspertiza mərhələsinə uşaq psixoloqları, inkişaf pedaqoqları və etik mütəxəssislər sistemli şəkildə cəlb olunacaq, məsuliyyət institusional xarakter alacaq və ictimai rəy preventiv alətə çevriləcək. Elm və Təhsil Nazirliyinin atdığı addımlar göstərir ki, problem inkar edilmir, əksinə mərhələli şəkildə həll olunur.

Hesab edirəm ki, dərs vəsaitlərində uyğunsuz ifadələrə dırnaqarası yanaşma problemin özündən daha təhlükəlidir, çünki laqeydlik normaya çevrildikdə səhv təkrarlanır. Müsbət tərəf ondan ibarətdir ki, artıq dönüş nöqtəsi yaranıb və Nazirliyin siyasəti məzmun keyfiyyətini prioritetə çevirir. Sistemli nəzarət, şəffaflıq və elmi əsaslandırılmış ekspertiza gücləndikcə dərs vəsaitləri uşaqlar üçün risk mənbəyi yox, təhlükəsiz və inkişaf etdirici təhsil alətinə çevriləcək. Bu isə yalnız bugünkü şagirdin deyil, gələcək cəmiyyətin də keyfiyyətinə birbaşa təsir edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 552   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18.09.2026 110
.

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Azərbaycan QHT-ləri ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir:. "Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkredit

18.09.2026 149
.

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək - Katz

Qəzzada artıq başa düşürlər ki, HƏMAS yolu uğursuzluğa düçar olub. xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb. "Baş nazir Benyamin Netanyahu ilə birlikdə həyata keçirdiyim siyasət aydın prinsipə əsaslanır: cihadçı terror təşkilatları qarşısında İsrail onları

18.09.2026 164
.

Qonaqlara yeməyin içərisində 49 min qarışqa yedirən məşhur restoran cərimələndi

Cənubi Koreyanın paytaxtı Seulda iki "Michelin" ulduzuna sahib "Evett" restoranı yeməklərdə istifadəsinə icazə verilməyən qarışqalardan istifadə etdiyi üçün cərimələnib. xarici mediaya istinadla xəbər verir ki, restoranın sahibi 18,4 min manat, müəssisəni idarə edən şirkət isə 12,

18.09.2026 170
.

Rusiya-Ukrayna müharibəsində gərginlik artır: qarşılıqlı zərbələr davam edir

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları və diplomatik səylər fonunda gərginlik davam edir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə dron və raket zərbələri endirib. Kiyev və ətraf ərazilərə hücumlar nəticəsində azı 19 nəfərin, o cümlədə

18.09.2026 248
.

Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO

Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasın

18.09.2026 208
.

15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video

Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa

18.09.2026 138
.

Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?

"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin dah

18.09.2026 201
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18.09.2026 186
.