Kuba və ABŞ rəsmiləri görüşüb

Kuba və ABŞ rəsmiləri görüşübKuba Daxili İşlər Nazirliyi Havanada qurum nümayəndəsi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff arasında görüş keçirildiyini bildirib.

"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, Amerika nümayəndə heyətinin səfəri ABŞ hökumətinin xahişi ilə təşkil edilib. Kuba tərəfi nümayəndə heyətinin qəbulunu və Kuba Daxili İşlər Nazirliyinin nümayəndəsi ilə danışıqlarını təsdiqləyib.

Qurum qeyd edib ki, görüş mayın 14-də Kuba-Amerika münasibətlərinin çətin vəziyyəti fonunda baş tutub və iki ölkə arasında siyasi dialoqun təşviq edilməsi məqsədi daşıyır. Danışıqlar zamanı Kuba tərəfi Havanadan ABŞ-nin milli təhlükəsizliyinə təhdidin olmadığını təsdiqləyən məlumatlar təqdim edib.

Nazirlik həmçinin bildirib ki, Vaşinqtonun Kubanı ABŞ-ın terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etmək üçün heç bir hüquqi əsası yoxdur.

"Kuba terrorçu və ya ekstremist təşkilatları dəstəkləmir, maliyyələşdirmir və ya ərazisinə buraxmır. Kuba ərazisində heç bir xarici hərbi və ya kəşfiyyat bazası yoxdur", - deyə nazirlik vurğulayıb.

Havana bildirib ki, ölkə öz ərazisindən ABŞ-yə və ya hər hansı digər ölkəyə qarşı düşmənçilik fəaliyyəti üçün istifadə olunmasını dəstəkləməyib və dəstəkləməyəcək.

Bundan əlavə, görüşdən sonra tərəflər iki dövlətin təhlükəsizliyi, eləcə də regional və beynəlxalq sabitlik maraqları naminə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?

"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb

24.09.2026 224
.

"Daxili istehsalı artırmasaq, ətin qiymətində sabitlik olmayacaq" - NATİQ CƏFƏRLİ

Ətin qiymətində artımın davam edəcəyi ilə bağlı narahatlıqlar artır. Son 5 ildə heyvanların və kənd təsərrüfatı ilə məşğul olanların sayının azalması, yem və örüş problemləri daxili istehsala təzyiq göstərir. Bu tendensiya davam edərsə, ət bazarında qiymət sabitliyini təmin etmək çətin olacaq. İqtisadç

11:24 125
.

Bakıda kişi sükan arxasında öldü

Bakıda kişi sükan arxasında ölüb. xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 68 yaşlı Zahab İrez oğlu Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobildə qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılı

24.09.2026 320
.

Kişilər komandasının qadın baş məşqçisi istefaya göndərildi

"İnqolştadt" klubu Sabrina Vittmanın baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb. 35 yaşlı Vittmann 2024-cü ilin aprel ayından bəri "İnqolştadt" klubuna rəhbərlik edib. -ın xarici mediaya istinadən xəbərinə görə, o, Almaniyada peşəkar kişilər komandasının baş məşqçisi təyi

24.09.2026 227
.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24.09.2026 230
.

Paşinyan partiyasına xəbərdarlıq etdi: "Rusiya ilə bağlı mövzuları az müzakirə edin"

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının Rusiyanı tənqid edən qanadından Moskvaya qarşı tənqidi dayandırmağı xahiş edib. xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki mənbə məlumat verib. "İndilik Rusiya ilə bağlı mövzuları daha az müzakir

11:43 117
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

11:21 152
.

Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dövlət məktəblərinin maliyyələşdirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyat

11:04 178
.

Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa

24.09.2026 213
.