Dünya Şəhər Forumu Bakıya hansı üstünlükləri qazandıracaq?

Dünya Şəhər Forumu Bakıya hansı üstünlükləri qazandıracaq?"BMT tərəfindən təşkil olunan World Urban Forum 13 (WUF13) urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu platformalarından biridir. Forumun əsas məqsədi sürətli urbanizasiyanın şəhərlərə, iqtisadiyyata, ekologiyaya və sosial həyata təsirini müzakirə etməkdir".

Bunu BiG.AZ-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

O, qeyd edib ki, 2026-cı ildə forumun Bakuda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və urbanizasiya sahəsində artan rolunun göstəricisidir. Təsadüfi deyil ki, ölkədə 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan olunub. Bu, Azərbaycanın dayanıqlı şəhər idarəçiliyinə yeni mərhələdə yanaşdığını göstərir:

"WUF13-ün əsas mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar"dır. Hazırda dünyada milyonlarla insan qeyri-qənaətbəxş yaşayış şəraiti və evsizlik problemi ilə üzləşir. Müharibələr, iqlim dəyişikliyi və sürətli urbanizasiya bu problemləri daha da artırır. Bu baxımdan forum yalnız şəhərsalma deyil, həm də sosial rifah və insan həyatının keyfiyyəti ilə bağlı qlobal dialoq platformasıdır.

Dünya Şəhər Forumu Bakıya hansı üstünlükləri qazandıracaq?Turizm baxımından isə tədbirin strateji əhəmiyyəti böyükdür. 180 ölkədən 30 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq tədbir və biznes turizmi sahəsində mövqeyini gücləndirir. Xüsusilə regiondakı gərginliklər fonunda belə mötəbər tədbirin Bakıda keçirilməsi mühüm uğur hesab olunur.

Forum Bakının beynəlxalq tədbir və MICE turizmi mərkəzi kimi nüfuzunu daha da artıracaq. Formula 1 Azerbaijan Grand Prix və COP29 kimi tədbirlərdən sonra WUF13 də Azərbaycanın bu sahədəki təcrübəsini gücləndirəcək.

Eyni zamanda forum şəhər infrastrukturunun inkişafına, yaşıl məkanların yaradılmasına, rəqəmsal xidmətlərin genişlənməsinə və inklüziv turizm imkanlarının artırılmasına töhfə verəcək. Tədbirin ISO 20121 beynəlxalq standartlarına uyğun təşkili isə Azərbaycanın dayanıqlı tədbir idarəçiliyi sahəsində nümunəvi model formalaşdırdığını göstərir.

WUF13 yalnız bir forum deyil. Bu tədbir Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyini möhkəmləndirmək, Bakını regional urban və tədbir turizmi mərkəzinə çevirmək, eyni zamanda daha yaşıl və dayanıqlı şəhər modeli formalaşdırmaq üçün mühüm fürsətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.