50 yaşdan sonra qaraciyər yağlanmasına çarə - Faydalı içkilər

50 yaşdan sonra qaraciyər yağlanmasına çarə - Faydalı içkilər50 yaşdan sonra qaraciyərin yağlanması ən çox rast gəlinən metabolik problemlərdən biridir. Mütəxəssislər bildirirlər ki, düzgün həyat tərzi və qidalanma bu riskin azaldılmasında mühüm rol oynayır.

Qaynarinfo-nun İspaniyanın "El Economista" nəşrinə istinadən məlumatına görə, aralıqlı oruc maddələr mübadiləsini tənzimləməyə kömək edə bilər. Bununla yanaşı, gündəlik qəbul edilən bəzi içkilər qaraciyərin təmizlənməsi və yağ yığılmasının azaldılması prosesini dəstəkləyə bilər.

Tibbdə qaraciyər steatozu adlanan bu vəziyyət orqanda artıq yağın toplanması ilə yaranır. Zamanla bu proses iltihaba, fibroza, hətta ağır hallarda sirroza səbəb ola bilər. Yaş artdıqca metabolizmin zəifləməsi, insulin müqaviməti və hormonal dəyişikliklər riski daha da artırır.

Mütəxəssislərin fikrincə, aralıqlı oruc metabolik stressi azaltmağa və qaraciyər funksiyasını yaxşılaşdırmağa kömək etsə də, gündəlik qidalanma və maye qəbulu da həlledici əhəmiyyət daşıyır.

Qaraciyər üçün faydalı hesab olunan içkilər bunlardır:
•limon çayı
•qəhvə
•yaşıl çay
•çuğundur suyu
•zəncəfil dəmləmələri
•sarıkök suyu
•təbii qreyfrut suyu
•sadə su

Bu içkilər antioksidant xüsusiyyətləri, iltihabəleyhinə təsirləri və maddələr mübadiləsinə müsbət təsiri ilə seçilir.

Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, təkcə faydalı içkilər balanssız həyat tərzini kompensasiya edə bilməz. Qaraciyər yağlanması olan şəxslərə spirtli içkilərdən, şəkərli məhsullardan, ultra emal olunmuş qidalardan və doymuş yağlardan uzaq durmaq tövsiyə edilir.

Qeyd olunur ki, xüsusilə 50 yaşdan sonra orqanizm pəhriz və aralıqlı oruc rejiminə fərqli reaksiya verir. Bu səbəbdən diabet, metabolik pozğunluqlar və ya xroniki xəstəlikləri olan şəxslər hər hansı ciddi qidalanma dəyişikliyini həkimlə məsləhətləşərək etməlidir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 807   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 1076
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 1049
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 871
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 771
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 664
.