İnsan şüuru necə formalaşır? - Alim açıqladı

İnsan şüuru necə formalaşır? - Alim açıqladıŞüur və düşüncə yalnız ayrı-ayrı neyronlardan yaranmır, əksinə, beynin qabığındakı dalğavari öz-özünə təşkilatlanmadan əmələ gəlir.

Qaynarinfo xəbər verir ki, bu nəticəyə Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Erl Miller gəlib.

O, 30 ildən çoxdur ki, beynin düşüncələri necə formalaşdırdığını araşdırır. Hər il keçirilən "Society for Neuroscience" konfransında o, geniş eksperimentlər toplusuna əsaslanan bir konsepsiyanı təqdim edəcək: beyin analoq hesablamalar aparmaq üçün ötən dalğalardan istifadə edir – məhz bu, kognitiv proseslərin əsasını təşkil edir. Bu barədə "Picower Institute for Learning and Memory" (PILM) məlumat verir.

Millerin sözlərinə görə, beyin qabığını sabit "modullar" dəstəsi kimi qəbul etmək olmaz. Əksinə, milyonlarla neyron daim mürəkkəb qarşılıqlı təsir göstərir və onların elektromaqnit fəaliyyəti bütöv dalğalara çevrilir, bu dalğalar beyində yayılır və informasiya axınını idarə edir.

"Beyin bu dalğalardan özünü təşkil etmək üçün istifadə edir. Şüur – qabığın təşkil olunmuş dolaşığıdır", deyə tədqiqatçı vurğulayıb.

Professorun ideyası analoq informasiya işləmə prinsipi əsasında qurulub: davamlı siqnallar rəqəmsal 0 və 1-dən daha çox dəyəri kodlaya bilər. Beyində bu rolu osillasiya – müxtəlif tezlikli dalğalar yerinə yetirir, onlar bir-birinin üzərinə düşür və faza dəyişiklikləri vasitəsilə mənanı ötürür. Laboratoriya eksperimentləri göstərir ki, məhz bu dalğalar hansı informasiyanın şüurlu olacağını, hansının isə "fon" rejimində qalacağını müəyyən edir.

Belə ki, yavaş beta və alfa dalğaları (15–35 Hz) yuxarıdan aşağıya qaydaları və məqsədləri – daxili fəaliyyət planını – daşıyır. Yüksək tezlikli gamma-osillasiyalar (35–60 Hz) isə sensor məlumat axınını kodlayır – yəni beynin xaricdən aldığı hər şeyi. Millerin geniş tədqiqatları göstərir ki, beta ritmləri gamma-aktivliyi zəiflədə və ya gücləndirə bilər, beyinə öz qaydalarını diktə edir. Bu, məsələn, insanın iş yaddaşından lazım olan məlumatı xatırlayaraq restoranda menyunu yadına salmasına imkan verir.

2020-ci ildə alimlər qrupu göstərib ki, dalğaların tezliyi yavaş-yavaş oksipital sahələrdən frontal sahələrə doğru artır. 2023-cü ildə Miller "məkan hesablaması" nəzəriyyəsini irəli sürüb: beyinin lazım olan şəbəkələri "çəkməsi", yavaş dalğaların sürətli dalğalarla müəyyən qabıq sahələrində üst-üstə düşməsi prosesi.

Dalğaların şüur fenomeni ilə necə bağlı olduğunu anlamaq üçün alimlər onların ümumi anesteziya təsirində dinamikasının necə dəyişdiyini öyrənirlər. Əməkdaşı Emeri Braun ilə birlikdə Miller göstərib ki, narkoz beta və gamma-dalğalarının balansını pozur, onların sensor və assosiativ sahələr arasında yayılmasını pozur və ritmləri fazadan çıxarır – yəni beyini analoq hesablamalar aparmaq imkanından məhrum edir.

Son tədqiqatlar göstərir ki, müxtəlif anestetiklər qabığı fərqli şəkildə "senkronizasiyasızlaşdırır", amma nəticə eynidir – informasiyanı vahid təcrübəyə çevirmək imkanı itir.

"Şüur fəaliyyətləri planlamaq və səhv qərarları ləğv etmək üçün mövcuddur. Qalan zaman isə o, sadəcə beynin nə etdiyini müşahidə edir", deyə Miller yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1114   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı

Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b

04.09.2026 353
.

Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?

Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki

21.09.2026 323
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 414
.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 291
.

Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər

Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala

14.09.2026 368
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12.09.2026 267
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 274
.

Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər

Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib

08.09.2026 436
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13.09.2026 516
.