Aİ Litva ilə SAFE proqramı çərçivəsində 6,4 milyard avroluq kredit sazişi imzalayıb
Avropa Komissiyası və Litva mayın 9-da Security Action for Europe (SAFE) müdafiə proqramı çərçivəsində Vilnüsə təxminən 6,4 milyard avro məbləğində kreditin ayrılması haqqında saziş imzalayıb.
"Report"un Avropa bürosunun məlumatına görə, imzalanma mərasimi Avropa Günündə Vilnüsdə müdafiə və kosmos üzrə Avropa komissarı Andryus Kubilyus, büdcə üzrə Avropa komissarı Pyotr Serafin, Litvanın maliyyə naziri Kristupas Vaytekunas və ölkənin milli müdafiə naziri Robertas Kaunasın iştirakı ilə keçirilib.
Vəsait Rusiya və Belarusdan gələn təhdidlər fonunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
"Bu gün tarixi bir gündür", - A.Kubilyus bildirib və müqavilənin imzalanmasını "Avropa Gününü qeyd etməyin ən yaxşı yolu" adlandırıb.
Öz növbəsində, P.Serafin qeyd edib ki, ümumi dəyəri 150 milyard avro olan SAFE aləti Avropanın müdafiəsinin maliyyələşdirilməsinin vacibliyinə "ilk genişmiqyaslı cavab" oldu. Onun sözlərinə görə, Avropa Komissiyası 2027-ci ildən sonra növbəti uzunmüddətli Aİ büdcəsində müdafiə, kosmos və hərbi mobillik üçün eyni məbləğdə vəsait ayırmağı təklif edir.
"Sülhü qorumaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək və rifahımıza investisiya yatırmaq üçün hərbi baxımdan da güclü olmalıyıq", - P.Serafin bildirib.
O vurğulayıb ki, təhlükəsizlik sahəsinə investisiya qoyuluşu Rusiya və Belarusla həmsərhəd olan NATO-nun şərq cinahı ölkələri üçün xüsusilə vacibdir.
A.Kubilyus qeyd edib ki, SAFE mexanizmi artan təhlükəsizlik təhdidləri şəraitində Litvaya müdafiə layihələrinin həyata keçirilməsini sürətləndirməyə imkan verəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 480 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
02.10.2026 347 Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 154 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
02.10.2026 192 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba
02.10.2026 265 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
02.10.2026 174 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 108 "Hərənin arxasında, böyük bir dayı var"
"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim
02.10.2026 211 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
02.10.2026 168 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 280