9 May - Qələbə Günü: Tarixin Unudulmayan Zəfər Salnaməsi - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA

9 May - Qələbə Günü: Tarixin Unudulmayan Zəfər Salnaməsi - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA9 May - Qələbə Günü hər il postsovet məkanında olduğu kimi Azərbaycanda da xüsusi ehtiramla qeyd olunur. Bu tarix İkinci Dünya Müharibəsində faşizm üzərində qazanılan qələbənin simvolu kimi yadda qalıb.

Müharibənin ağır və faciəli illərində milyonlarla insan həyatını itirib, minlərlə azərbaycanlı isə cəbhədə qəhrəmanlıq göstərərək tarixin gedişinə təsir edən döyüşlərdə iştirak edib. Bu gün həm keçmişin ağrılı xatirələrini yada salmaq, həm də qəhrəmanların göstərdiyi şücaəti ehtiramla anmaq baxımından böyük əhəmiyyət daşıyır.
9 May - Qələbə Günü: Tarixin Unudulmayan Zəfər Salnaməsi - HƏRBİ EKSPERTDƏN AÇIQLAMAMövzu ilə bağlı hərbi ekspert Emin Həsənli BiG.AZ-a açıqlamasında bildirdi ki, ikinci dünya müharibəsi bəşəriyyətdə ən böyük müharibə hesab olunur və ən çox insan itkisi, ən çox texnikanın iştirakı, ən böyük dövlətlərin iştirakı ilə yadda qalıb. Onun sözlərinə görə, çox az saylı kiçik dövlətlər bu müharibədə bitərəf qaldılar: "ABŞ-ın Yaponiyaya atom bombası atması ilə ikinci dünya müharibəsi çox fərqli müharibə oldu və yeni reallıqlar yaratdı. İkinci dünya müharibəsindən sonra BMT yaradıldı. Düzdür sonradan beynəlxalq hüquqa bir çox dövlətlər əməl etmədilər və demək olarki təşkilatın qərarları icra olunmur. Azərbaycan torpaqlarının işğalı zamanı bunu gördük. Bizim babalarımızda bu müharibədə iştirak edib. 700 mindən çox azərbaycanlı təkcə Sovet İttifaqının tərkibində Azərbaycan Respublikasının vətəndaşı kimi gedirdi. Yerdə qalan şəxslər isə Qərbi Azərbaycandan iştriak edib. O zaman Sovetlər Birliyinin tərkibində Ermənistan adlandırılırdı və onun tərkibində gedirdi.

Eyni zamanda Gürcüstan və Dağıstanda yaşayan bir çox azərbaycanlılarda bu müharibədə iştirak edib. Orta Asiya türklərinidə əlavə etdikdə 3 milyondan çox türk Sovet İttifaqı tərəfindən bu müharibədə iştirak edib. Bəzi mənbələrə görə bu rəqəm 4-5 milyondan çoxdur və onlarında böyük hissəsi bu müharibədə həlak olub. Bu müharibədə 300 mindən çox Azərbaycanlı həlak olub və onların əziz xatirəsi ehtiramla yad edilir. Demək olarki hər bir ailədən itki olub bu müharibədə. Hər bir nəsildən bir neçə nəfər həlak olub, itkin düşüb və ya yaralanıb. Bu çox ağır bir müharibə idi və 9 May tarixində demək olarki Almaniya təslim oldu.

Daha sonra isə ABŞ-ın Yaponiyaya avqust ayında atdığı nüvə bombasından sonra Sentyabr ayında bu müharibə bütövlükdə başa çatdı və müharibənin sonunda da BMT yaradıldı. Bu gün bu müharibədən nəticə çıxardılmalıdır. Bəzi ekspertlər bildirir ki, 3-cü dünya müharibəsi başlayıb və müxtəlif istiqamətlərdə davam edir. Silahın yaradıcısı Enşteyn deyirdi ki, üçüncü dünya müharibəsi olacaqsa, dördüncü dünya müharibəsi ox-yay müharibəsi olacaq. Yəni dünya dağılıb yenidən yaranacaq. Ona görədə vətənpərvər insanlar, dünyanın gələcəyini düşününənlər hesab edirəm ki, bunu nəzərə almalıdırlar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 636   Tarix: 09 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

02.10.2026 188
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 139
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

02.10.2026 219
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

02.10.2026 198
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

02.10.2026 167
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

02.10.2026 156
.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

02.10.2026 125
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 180
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 240
.