Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO

Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEOMayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Oxu.Az xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb.

"Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım, çünki torpaqlar işğaldan azad olunandan sonra birinci göstərişlərdən biri də o idi ki, bu torpaqları biz yenidən əkin dövriyyəsinə qaytaraq. Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir. Ölkə üzrə yaxşı gedir, indi köhnə leksikonla desək, təqribən 35 sentner/hektardan, əslində, 3,5 ton. Maraqlanıram, Qarabağda nə qədərdir, çox az və sual yaranır ki, nə üçün? Çünki burada məsələn, torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər o cümlədən, ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar. Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız", - dövlət başçısı qeyd edib.

Sakinlər: Bəli, pambıqçılıq, üzümçülük, ən qabaqcıl kolxoz olub bizimki. 6-7 kənd bizə baxırdı. Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin kolxozu idi.

Prezident İlham Əliyev: Burada nə idi o kolxozun ixtisaslaşması?

Sakinlər: Burada üzümçülük, baramaçılıq, maldarlıq məşğul idik. Bizim 1200 baş iribuynuzlu mal-qaramız olub.

Prezident İlham Əliyev: Hamısını bərpa etmək lazımdır.

Sakin: Kolxozun mühasibi idi bu.

Kişi sakin: 12 min baş qoyunumuz olub, toyuğun sayı-hesabı yox idi.

Prezident İlham Əliyev: Siz gərək o səviyyəyə qaldırasınız. Həm siz, həm gənc nəsil. Çünki burada heyvandarlıq da, üzümçülük də olub. Bu bölgədə - Zəngilanda, Qubadlıda tütünçülük də olub, burada necədir bilmirəm.

Sakinlər: Bizdə tütün olmayıb.

Prezident İlham Əliyev: Olmayıb. Maldarlıqla bağlı.

Sakinlər: Maldarlıq bizdə ən yüksək səviyyədə idi. İpək olub - biz ildə 19 ton əvəzinə, 26 ton barama vermişik.

Prezident İlham Əliyev: Camaat da yaxşı dolanırdı.

Sakinlər: Çox, çox, yəni milyoner kolxoz idik biz.

Prezident İlham Əliyev: Gərək siz buranı dövlətin dəstəyi ilə o hala gətirəsiniz.

Kişi sakin: Bizim kolxozumuz çox qabaqcıl kolxoz olub.

Prezident İlham Əliyev: Sonra Sovet İttifaqı dağıldı. Kolxoz qalmışdı, ya dağıldı?

Sakinlər: Yox, dağılmadı, bizdə qaldı. Köçəri Babayev rəhmətə getdi, kolxoz da dağıldı. O, çox işləyən adam olub, 71 yaşında rəhmətə gedib. Mən onunla çox işləmişəm. Yəni o, ölən gününə qədər işlədi. Bir yerə gedəndə bir 12 vərəqli dəftər yazırdı ki, filan işlər görülsün. Çox qayda-qanunla işləyirdi.

Prezident İlham Əliyev: İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var. Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə. Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir.

Kişi sakin: Biz üzümü vaqonla xaricə satırdıq.

Prezident İlham Əliyev: Zavod var idi?

Sakinlər: Şərab zavodu, çox böyük idi. Ən böyük bizdə idi.

Prezident İlham Əliyev: Sisternlərlə göndərilirdi?

Sakinlər: Bəli, sistern gəlib dayanırdı, çənlərdən içinə şərab vurulurdu.

Prezident İlham Əliyev: Yaxın gələcəkdə biz kənd təsərrüfatının inkişafına dair dövlət proqramı qəbul edəcəyik, bu məsələlər orada nəzərdə tutulacaq, o cümlədən dövlət vəsaiti. Əsas odur ki, buraya qayıdan keçmiş köçkünlər gecə-gündüz çalışsınlar, həm öz dolanışıqlarını təmin etsinlər, həm də dövlətə xeyir versinlər.

Kişi sakin: Möhtərəm Prezident, rayonun, səhv etmirəmsə, 28 müəssisəsinin idarəsi burada - bu kənddə idi. Kimya birliyi, kənd təsərrüfatı texnikası stansiyası, kinoprakat.

Prezident İlham Əliyev: Ən böyük kəndlərdən biri idi? Bundan böyüyü var idi?

Sakinlər: Mərcanlı böyük idi. Böyük Mərcanlı, Soltanlı. O, bizdən böyük idi, amma stansiya burada olduğuna görə rayponun anbarı burada idi. Çünki məsələn, başqa yerdə olsa, daşımaq gərək idi.

Kişi sakin: 7-8 rayonun kinoprokat idarəsi burada yerləşirdi.

Prezident İlham Əliyev: Soltanlıda indi yarımstansiya və aqroparklar açılır. Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur.

Sakinlər: Bəli. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Bunu yaşatmaq, uşaqlara öyrətmək lazımdır. Tərbiyə etmək lazımdır. Bizim qədər, tam, yəni mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə və ondan sonra da olmayıb. Bax bu, qürur mənbəyidir.

Kişi sakin: Dünya da bizi tanıdı.

Prezident İlham Əliyev: Və hörmət etməyə başladı.

Qadın sakin: Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq.

Kişi sakin: Bəli, son 200 ildə.

Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sakinlər: Sağ olun.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 446   Tarix: 09 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

11:43 94
.

Türkiyədə turistləri daşıyan gəmi yandı - 115 nəfər özünü dənizə atdı

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turistləri daşıyan gəmi yanğın baş verib. yerli mediaya istinadla xəbər verir ki, hadisə Katrancı körfəzində qeydə alınıb. "Toys Boat" adlı gəminin mətbəx hissəsində hələlik məlum olmayan səbəbdən başlayan yanğın qısa müddətdə bütün gəmini bürüyüb

13.08.2026 236
.

Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirili

11:45 89
.

Fidanın Benqazi səfəri nə deməkdir? - Türkiyənin Liviyada yeni strategiyası

Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkib. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə

12:24 93
.

Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi

13.08.2026 222
.

Rəqəm və ədəd arasındakı əsas fərqlər

Gündəlik ünsiyyətdə bu sözləri tez-tez sinonim kimi işlətsək də, əslində onlar müxtəlif anlayışları ifadə edirlər. Qayda olaraq nə vaxt "ədəd", nə vaxt "rəqəm" demək lazımdır? Rəqəm və ədəd arasındakı fərq nədən ibarətdir?. xarici mediaya istinadən rəqəm və ədəd arasındakı fərqi

13.08.2026 219
.

İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi

14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət

11:09 100
.

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı (SİYAHI)

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb. -ın Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb. Bu ixtisas üzr

10:16 138
.

Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır

"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fəri

12:31 76
.

TOP MP3