PFL prezidenti yenidən əməliyyat olunacaq
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov yenidən əməliyyat olunacaq.
Bu barədə "Report"a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
O, qurum rəhbərinin durumunun hazırda yaxşı qiymətləndirildiyini söyləyib:
"Elxan bəyin sağlıq durumu yaxşıdır və müntəzəm olaraq işə çıxır. Həftə ərzində davamlı şəkildə fizioterapiya keçir. Həkimlər hər şeyin qaydasında getdiyini bildirirlər. Qarşıdakı iki ayda yenidən əməliyyat olacağı gözlənilir".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 761 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Liverpul" Aleksis Makallister ilə müqavilənin müddətini uzatmaq niyyətindədir
İngiltərənin "Liverpul" klubu yarımmüdafiəçi Aleksis Makallister ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, mersisayd təmsilçisi dünya çempionu olan argentinalı futbolçunu komandada saxlamaq istəyir. Buna səbəb onun sabit çıxış
08.03.2026 519 Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda yarımfinala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb. "Report" xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gəlib. Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinal
14.03.2026 403 Qurbanovdan Maqsud Adıgözəlovun açıqlamasına cavab - Video
Xəbər verdiyimiz kimi, "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov Qurban Qurbanovun oyundan sonrakı müsahibəsində ötən mövsüm Azərbaycan kubokunun finalında "Sabah"ın qazandığı qələbəyə kölgə saldığını demişdi. "Qafqazinfo" xəbər verir ki, "Qarabağ"ın baş məşqçis
04.03.2026 670 "Turan Tovuz" "Qəbələ"yə qarşı
Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, turun son oyununda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. "Turan Tovuz" son zamanlar ev oyunlarını keçirdiyi "Azərsun Arena" təmirə bağlandığı üçün rəqibini Sumqayıtd
21.03.2026 380 Natiq Bağırov: "Avropa Kubokunda iştirakçı ölkərin sayının artmasını istəyirik"
Azərbaycan Cüdo Federasiya (ACF) ölkəmizdə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda iştirakçı ölkələrin sayının artmasını istəyir. "Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə ACF prezidentinin müşaviri Natiq Bağırov jurnalistlərə açıqlamasında bildirib. Quru
04.04.2026 216 Azərbaycan klubu səfərə getməyə pul tapmır
Azərbaycan II Liqasında çıxış edən "Quba" futbol klubu maddi problemlərlə üzləşib. Qaynarinfo xəbər verir ki, bu haqda klubun feysbuk sosial şəbəkəsi vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilib. "Bu gün "Araz Saatlı" ilə oyuna çıxmalı idik. Amma açıq deyək, bu oyun
23.03.2026 741 "Real"ın keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər
Madridin "Real" klubunun keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər. "Report" xəbər verir ki, İspaniya millisinin sabiq forvardı ilə bir neçə komanda maraqlanır. Onun hazırda çıxış etdiyi Qətərin "Əl-Qarafa" klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır
29.03.2026 301 Messinin formasını istədiyi "Neftçi"li - "Çox təəccüblənmişdim"
Hazırda "Neftçi"də çıxış edən malili müdafiəçi Falaye Sako maraqlı açıqlaması ilə gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, futbolçu bir müddət öncə verdiyi açıqlamada argentinalı ulduz Lionel Messinin onun formasını istəməsindən söz açıb. O, 2022-ci ildə PSJ və "Sent Etyen"
17.03.2026 575 Peruda stadionda izdiham zamanı 1 nəfər həlak olub
Perunun paytaxtı Limada yerləşən stadionda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib, onlarla insan xəsarət alıb. "Report" "La Republica" nəşrinə istinadən xəbər verir ki, hadisə aprelin 3-də "Alyansa Lima" klubunun ev arenasındakı kütləvi toplaşma zaman
04.04.2026 222