Prezident ailəsi ilə sərgidə - Fotolar

Prezident ailəsi ilə sərgidə - FotolarAzərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.

"Qafqazinfo" xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirib. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, həmçinin təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.

Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə rəng, işıq və kolorit vasitəsilə öz ifadəsini tapıb.

Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu emosional hisslər də var.

Xalq rəssamının yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir. Sərgi Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində kəsb etdiyi mənanı üzə çıxarır.

Prezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - FotolarPrezident ailəsi ilə sərgidə - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 164   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

15:30 170
.

"Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız"

"İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlada

11:12 208
.

Prezident ailəsi ilə sərgidə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl"

16:57 107
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

14:03 179
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

11:26 194
.

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edildi (RƏSMİ)

Bakının Xətai rayonunda silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə BİG.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, general Ə.Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmd

10:20 196
.

Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA

"Azərbaycanda kontinental, yəni roman-german hüquq sistemi tətbiq olunur. Ancaq həm anqlo-sakson, həm də roman-german hüquq sistemlərində cinayət təqibi prosesi tarixən bir neçə mərhələdən keçib. Hazırda dünyada tətbiq olunan cəza sistemi həm vurulmuş zərərin ödənilməsinə, həm də sosial ədaləti

13:48 198
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

12:45 289
.

Dəyişdirməyin vaxtı gəldi: payız üçün 5 ideal ətir

Ağ müşk notlarına malik ətirlər populyarlığını qoruyub saxlayır. Müşk tərkibli ətirlər mövsümdən və moda tendensiyalarından asılı olmayaraq universal seçim hesab edilir. xəbər verir ki, payız mövsümündə xüsusilə isti, zərif və rahatlıq hissi yaradan ətirlərə üstünlük verilir. Ağ müşk notları təmiz dəri

1
.