WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?

WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?WhatsApp vasitəsilə həyata keçirilən sosial mühəndislik və kiberdələduzluq halları istifadəçilər üçün ciddi təhlükə yaradır. Fırıldaqçılar insanların etibarından sui-istifadə edərək pul əldə etməyə, şəxsi məlumatları ələ keçirməyə və hesabları mənimsəməyə çalışırlar. Belə hallardan qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl etmək və şübhəli mesajlara qarşı diqqətli olmaq vacibdir.
Fırıldaqçılar çox vaxt yaxın dostunuzun, ailə üzvünüzün və ya tanıdığınız başqa bir şəxsin adından yazaraq "Təcili pula ehtiyacım var", "Bank kartım bloklanıb" və ya "Bu investisiyaya qoşul, çox qazan" kimi bəhanələr gətirirlər. Belə mesaj aldıqda tələsməyin və dərhal pul göndərməyin. Mesajın tanıdığınız şəxsin hesabından gəlməsi onun həqiqətən həmin şəxs tərəfindən göndərildiyini sübut etmir. Həmin şəxsin WhatsApp hesabı ələ keçirilmiş ola bilər.
Tanışınız sizdən pul istəyirsə, məlumatı başqa rabitə vasitəsilə təsdiqləyin. Onun əvvəlcədən tanıdığınız telefon nömrəsinə zəng edin və ya başqa platforma vasitəsilə əlaqə saxlayın. Zərurət olduqda, yalnız sizin və həmin şəxsin bildiyi məlumatla bağlı sual verə bilərsiniz. Bununla belə, şəxsi məlumatların da ələ keçirilə biləcəyini nəzərə alaraq yalnız bu üsula güvənməyin. Pul köçürmək üçün sizə təzyiq göstərilirsə, tələbi müstəqil şəkildə yoxlamadan heç bir əməliyyat aparmayın.
WhatsApp hesabınızın təhlükəsizliyini gücləndirmək üçün iki addımlı təsdiqləmə funksiyasını aktivləşdirin. Bunun üçün tətbiqin parametrlərində "Hesab" bölməsinə daxil olaraq müvafiq funksiyanı seçin və PIN yaradın. SMS vasitəsilə gələn qeydiyyat kodunu və iki addımlı təsdiqləmə PIN-ini heç kimlə paylaşmayın. Həmçinin "Qoşulmuş cihazlar" bölməsini mütəmadi yoxlayın və tanımadığınız cihazların bağlantısını kəsin. Profil şəklinizin, son görülmə vaxtınızın və digər şəxsi məlumatlarınızın kimlərə görünəcəyini məxfilik parametrləri vasitəsilə məhdudlaşdırın.
Naməlum keçidlərə də xüsusi diqqət yetirin. "Hədiyyə qazandınız", "Bu videoya baxın" və ya "Hesabınız təhlükədədir" kimi mesajlarda təqdim olunan linklər şəxsi məlumatları və şifrələri oğurlamaq məqsədilə hazırlana bilər. Şübhəli keçidlərə daxil olmayın, tanımadığınız mənbələrdən göndərilən faylları açmayın və heç bir saytda şəxsi məlumatlarınızı yoxlamadan paylaşmayın.
Fırıldaqçılığı müəyyənləşdirməyə kömək edən əsas əlamətlərdən biri təcili qərar verməyə məcbur edilməkdir. "Dərhal pul göndər", "Vaxt yoxdur" və ya "Heç kimə demə" kimi ifadələr psixoloji təzyiq vasitəsi ola bilər. Kriptovalyuta, hədiyyə kartları və ya naməlum şəxslərin hesablarına pul köçürmək tələbləri də ciddi şübhə doğurmalıdır. Həddindən artıq gəlir vəd edən investisiya təkliflərinə ehtiyatla yanaşın. Tanıdığınız şəxsin əvvəlki yazışma üslubundan fərqli mesajlar da şübhə yarada bilər, lakin yazı səhvləri təkbaşına fırıldaqçılığın sübutu deyil.
Fırıldaqçılıqla qarşılaşdıqda həmin hesabı WhatsApp vasitəsilə şikayət edin və bloklayın. Şübhəli mesajları başqalarına göndərməyin, linkləri açmayın və şəxsi məlumatlarınızı paylaşmayın. Əgər bank kartınızın məlumatlarını, şifrələrinizi və ya təsdiqləmə kodlarını paylaşmısınızsa, dərhal bankınızla əlaqə saxlayın, şübhəli əməliyyatlar barədə məlumat verin və zərurət olduqda kartın bloklanmasını istəyin. Hesablarınızın şifrələrini təhlükəsiz cihazdan dəyişin və WhatsApp hesabınızın təhlükəsizlik parametrlərini yoxlayın.
Əgər nəticədə maddi ziyana məruz qalmısınızsa və ya şəxsi məlumatlarınız mənimsənilibsə, polisə müraciət edin. Yazışmaları, telefon nömrələrini, ödəniş qəbzlərini və digər mümkün sübutları silmədən qoruyub saxlayın. Bu məlumatlar araşdırma zamanı əhəmiyyətli ola bilər.
Kiberdələduzluqdan qorunmaq üçün diqqətli olmaq, şəxsi məlumatları qorumaq və rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Heç bir mesajı yalnız tanışınızın adından gəldiyinə görə etibarlı hesab etməyin. Pul göndərməzdən və ya hər hansı linkə daxil olmazdan əvvəl məlumatı müstəqil şəkildə yoxlayın.
Unutmayın: Dayan, yoxla, təsdiqlə! Bir neçə dəqiqəlik diqqət sizi maddi itkidən və şəxsi məlumatlarınızın oğurlanmasından qoruya bilər.

Fərid Musayev
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti,
Xəzər Universitetinin İT departament rəhbəri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.